DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aİ ölkələri Ukrayna ilə "dost olmaqdan" imtina etdiklərinə görə cəzalandırılacaqlar

© AP Photo / Olivier Matthys
Aİ - Sputnik Azərbaycan, 1920, 17.11.2023
Abunə olmaq
Əgər ölkə hakimiyyəti Ukrayna ilə sərhəd keçidlərinin bağlanması məsələsini həll etməsə, Avropa Komissiyası Polşaya qarşı cəza proseduruna başlaya bilər.
BAKI, 17 noyabr — Sputnik. Kiyev Ukrayna taxılının idxalına birtərəfli qadağanın müddətinin uzadılmasına cavab olaraq bəzi Polşa kənd təsərrüfatı məhsullarına embarqo tətbiq edəcək.
Bunu Ukraynanın iqtisadiyyat və ticarət nazirinin müavini Taras Kaçka bildirib.
Avropa İttifaqına üzv ölkələr Ukraynanın kənd təsərrüfatı məhsullarının tranziti məsələsində Kiyevlə əməkdaşlıqdan imtina etdiklərinə görə cəzalandırılacaqlar - bu dəfə Avropa Komissiyası (AK) Ukrayna ilə sərhəd keçidlərini bağladığına görə Polşaya qarşı tədbirlər görmək niyyətindədir.
Belə ki, Polşanın "RMF FM" radiostansiyasının məlumatına görə, əgər ölkə hakimiyyəti Ukrayna ilə sərhəd keçidlərinin bağlanması məsələsini həll etməsə, AK Polşaya qarşı cəza proseduruna başlaya bilər. Radiostansiya onu da bildirib ki, Avropa Komissiyası hesab edir ki, Polşa hakimiyyəti problemi həll etmək və Polşanın yükdaşıma şirkətlərinin etirazlarına son qoymaq üçün mümkün olan hər şeyi etmir.
Qeyd edək ki, Polşanın yükdaşıma şirkətləri Ukrayna ilə sərhəddə yol keçid məntəqələrini bağlayıblar və Ukrayna Silahlı Qüvvələri üçün humanitar yardım və təchizat istisna olmaqla, ukraynalı həmkarları üçün əvvəllər ləğv edilmiş icazə sisteminin bərpasını tələb edirlər.
Son vaxtlar Polşa-Ukrayna münasibətləri Ukrayna taxılına qoyulan embarqoya görə xeyli mürəkkəbləşib. Bundan əvvəl Ukraynanın iqtisadiyyat və ticarət nazirinin müavini Taras Kaçka bildirib ki, Ukrayna taxılının idxalına birtərəfli qadağanın müddətinin uzadılmasına cavab olaraq, ölkə Polşanın bəzi kənd təsərrüfatı məhsullarına embarqo tətbiq edəcək. Polşanın baş naziri Mateuş Moravetski buna cavab olaraq, Polşanın Ukraynadan idxalı qadağan olunan məhsulların siyahısını genişləndirəcəyini vəd edib.
Aİ kifayət qədər uzun müddətdir ki, Ukrayna və Ukrayna taxılının öz daxili bazarlarına tədarükünü dayandırmağa çalışan Polşa ilə, üstəlik, Polşanın tərəfini tutaraq ona qoşulan Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiya arasındakı gərginliyin dərəcəsini azaltmaq üçün çalışır. Ancaq sentyabrın 15-də Avropa Komissiyası dörd növ Ukrayna kənd təsərrüfatı məhsullarının Aİ-nin bir neçə sərhəd ölkəsinə idxalına qoyulan məhdudiyyətləri uzatmamaq qərarını qəbul edib, lakin Kiyevi ixraca nəzarət tədbirləri tətbiq etməyə məcbur edib.
Bundan sonra Slovakiya, Macarıstan və Polşa rəsmiləri qadağanı birtərəfli qaydada uzaddıqlarını açıqlayıblar. Bununla bağlı Ukrayna ÜTT-yə şikayət edib. Cavab olaraq üç Aİ ölkəsi Ukrayna taxılına dair koordinasiya platformasının iclaslarını boykot edəcəklərini açıqlayıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0