https://sputnik.az/20231116/son-iki-ilde-orta-dehlizin-ehemiyyeti-artib---resad-nebiyev-460601862.html
Son iki ildə Orta Dəhlizin əhəmiyyəti artıb - Rəşad Nəbiyev
Son iki ildə Orta Dəhlizin əhəmiyyəti artıb - Rəşad Nəbiyev
Sputnik Azərbaycan
Rəqəmsal inkişaf və nəqliyyat naziri bildirib ki, birlikdə işləyərək xəritənin icrasına başlayıblar və bir sıra məsələləri sinxronlaşdırblar. 16.11.2023, Sputnik Azərbaycan
2023-11-16T17:55+0400
2023-11-16T17:55+0400
2023-11-16T18:27+0400
zəngilan
iqtisadiyyat
nazir
dəhliz
dəhliz
https://cdnn1.img.sputnik.az/img/07e5/07/17/427531439_0:0:3072:1728_1920x0_80_0_0_d19cad1342edba0912c3f7a825519f62.jpg
BAKI, 16 noyabr — Sputnik. Orta Dəhliz sabitliyin simvolu kimi iştirak edir, buradakı uğurlar gələcəkdə nəqliyyat və logistika sahəsində dəyişikliklərə səbəb olacaq. Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Zəngilan şəhərində keçirilən "Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları" mövzusunda beynəlxalq elmi-praktik konfransda bildirib. "Avropa tərəfdaşlarımız Orta Dəhlizə önəm verirlər. Biz düşünürdük ki, ənənəvi dəhlizlərlə Şərqdən Qərbə və Qərbdən Şərqə yüklərin daşınması kifayətdir, lakin geosiyasi məsələrlə bağlı son iki ildə Orta Dəhlizin əhəmiyyəti artıb", - deyə o qeyd edib. Nazir xatırladıb ki, dəhlizə üzv ölkələrlə birlikdə Yol Xəritəsi hazırlanıb: "Bu, çox mükəmməl bir sənəddir və burda digər tərəflərin məsuliyyətləri də müəyyən edilir. Biz birlikdə işləyərək xəritənin icrasına başladıq və bir sıra məsələləri sinxronlaşdırdıq. Eyni vaxtda bir sıra əməliyyatları və fəaliyyətləri həyata keçirdik", - deyə o əlavə edib. "Bugünkü konfrans çox mühümdür. Burada çox əhəmiyyətli məsələlərin müzakirəsi aparılacaq. Tədbirdə akademik dairələrdən, özəl sektordan nümayəndələr iştirak edirlər", - deyə nazir fikrini tamamlayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/17/427531439_286:0:3017:2048_1920x0_80_0_0_a18bbcc2f98fa213474419923ea8fae9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zəngilan, nazir, dəhliz, dəhliz
zəngilan, nazir, dəhliz, dəhliz
Son iki ildə Orta Dəhlizin əhəmiyyəti artıb - Rəşad Nəbiyev
17:55 16.11.2023 (Yenilənib: 18:27 16.11.2023) Rəqəmsal inkişaf və nəqliyyat naziri bildirib ki, birlikdə işləyərək xəritənin icrasına başlayıblar və bir sıra məsələləri sinxronlaşdırblar.
BAKI, 16 noyabr — Sputnik. Orta Dəhliz sabitliyin simvolu kimi iştirak edir, buradakı uğurlar gələcəkdə nəqliyyat və logistika sahəsində dəyişikliklərə səbəb olacaq.
Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Zəngilan şəhərində keçirilən "Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları" mövzusunda beynəlxalq elmi-praktik konfransda bildirib.
"Avropa tərəfdaşlarımız Orta Dəhlizə önəm verirlər. Biz düşünürdük ki, ənənəvi dəhlizlərlə Şərqdən Qərbə və Qərbdən Şərqə yüklərin daşınması kifayətdir, lakin geosiyasi məsələrlə bağlı son iki ildə Orta Dəhlizin əhəmiyyəti artıb", - deyə o qeyd edib.
Nazir xatırladıb ki, dəhlizə üzv ölkələrlə birlikdə Yol Xəritəsi hazırlanıb: "Bu, çox mükəmməl bir sənəddir və burda digər tərəflərin məsuliyyətləri də müəyyən edilir. Biz birlikdə işləyərək xəritənin icrasına başladıq və bir sıra məsələləri sinxronlaşdırdıq. Eyni vaxtda bir sıra əməliyyatları və fəaliyyətləri həyata keçirdik", - deyə o əlavə edib.
"Bugünkü konfrans çox mühümdür. Burada çox əhəmiyyətli məsələlərin müzakirəsi aparılacaq. Tədbirdə akademik dairələrdən, özəl sektordan nümayəndələr iştirak edirlər", - deyə nazir fikrini tamamlayıb.