DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiya MN: NATO ölkələri Asiya-Sakit Okean regionunda silahlanma yarışını təhrik edirlər

© AP Photo / Jon GambrellAmerikanın kiçik hərbi gəmiləri böyük təyyarədaşıyan gəmini müşayiət edirlər
Amerikanın kiçik hərbi gəmiləri böyük təyyarədaşıyan gəmini müşayiət edirlər - Sputnik Azərbaycan, 1920, 16.11.2023
Abunə olmaq
Söhbət AUKUS (Avstraliya, Böyük Britaniya və ABŞ), QUAD (Avstraliya, Hindistan, ABŞ və Yaponiya) və başqaları kimi yeni hərbi-siyasi bloklardan gedir.
BAKI, 16 noyabr — Sputnik. Asiya-Sakit Okean regionunda) NATO ölkələrinin hərbi və infrastruktur potensialı fəal şəkildə artırılır.
Bunu Rusiya Federasiyası müdafiə nazirinin müavini Aleksandr Fomin bu regionda gərginliyin artdığına, Şimali Atlantika Alyansı ölkələrinin silahlanma yarışına təhrik etdiyinə işarə edərək bildirib.
"Biz hesab edirik ki, əsas səbəb Qərb dövlətlərinin regional sabitliyi pozmaq xəttidir. Asiya-Sakit okean regionunda mövcud təhlükəsizlik arxitekturası öz effektivliyini sübut edib. Burada NATO kimi hərbi bloklar yaratmaq cəhdləri bu sistemi məhv edir", - deyə Fomin vurğulayıb.
Söhbət AUKUS (Avstraliya, Böyük Britaniya və ABŞ), QUAD (Avstraliya, Hindistan, ABŞ və Yaponiya) və başqaları kimi yeni hərbi-siyasi bloklardan gedir.
"AUKUS çərçivəsində qarşılıqlı fəaliyyət iştirakçı ölkələrə təkcə silahlı qüvvələrini adi silahlar baxımından modernləşdirməyə deyil, həm də Asiya - Sakit okean regionunda kütləvi qırğın silahlarının yayılmaması rejiminə ziyan vuran nüvə komponentini inkişaf etdirməyə imkan verir", - deyə Aleksandr Fomin əlavə edib.
Onun sözlərinə görə, çoxtərəfli hərbi təlimlərin miqyasını daim artıran, hava və dəniz qüvvələrinin mövcudluğunu genişləndirən silahlanma yarışına görə Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və Hollandiya məsuliyyət daşıyırlar. Birləşmiş Ştatlar da müntəzəm olaraq laboratoriyalar şəbəkəsi vasitəsilə özünün hərbi bioloji fəaliyyətlərini həyata keçirir.
"Manevrlər zamanı (NATO - redaktorun qeydi) çəkindirmə və əks fəaliyyət ssenariləri hazırlanır. Eyni zamanda, həmin bu Avropa dövlətlərinin təhlükəsizliyinə real hərbi təhdidlər yoxdur", - deyə Rusiya Müdafiə Nazirliyinin rəis müavini qeyd edib.
Bundan əvvəl ABŞ-ın "Military Watch Magazine" jurnalının ekspertləri yazmışdılar ki, Rusiya bütün NATO ölkələrinin birləşdiyindən daha çox hava hücumundan müdafiə mərmiləri istehsal edir.
Xəbər lenti
0