https://sputnik.az/20231116/revan-inkar-etse-de-demir-yolunun-hemin-hissesi-bakiya-tabe-olub---nazir-muavini-460598336.html
"İrəvan inkar etsə də, dəmir yolunun həmin hissəsi Bakıya tabe olub" - Nazir müavini
"İrəvan inkar etsə də, dəmir yolunun həmin hissəsi Bakıya tabe olub" - Nazir müavini
Sputnik Azərbaycan
Məcidov onu da qeyd edib ki, Azərbaycan Xəzər regionunda öz dəniz sektorunun potensialını tam reallaşdıran ilk dövlət olub 16.11.2023, Sputnik Azərbaycan
2023-11-16T22:08+0400
2023-11-16T22:08+0400
2023-11-16T22:08+0400
dəmir yolu
iqtisadiyyat
nazir müavini
irəvan
zəngəzur dəhlizi
azərbaycan
yaxın şərq
yaxın şərq
https://cdnn1.img.sputnik.az/img/07e4/08/15/424730950_0:56:2560:1496_1920x0_80_0_0_1f699437139fdfc3be84002ef80f6ca7.jpg
BAKI, 16 noyabr — Sputnik. Zəngəzur dəhlizinin bərpası Cənubi Qafqaz regionunu Şərqlə Qərbi birləşdirən əvvəlki roluna qaytaracaq. Bunu Azərbaycanın iqtisadiyyat nazirinin müşaviri Emil Məcidov "Xəzər həftəsi 2023" forumu çərçivəsində jurnalistlərə deyib. "Zəngəzur dəhlizi vaxtilə Sovet İttifaqını Yaxın Şərqlə birləşdirən etibarlı marşrut kimi fəaliyyət göstərib. Dəhliz ilə bağlı bizim məqsədimiz pozulmuş əlaqələri bərpa etməkdir", - E. Məcidov bildirib. E.Məcidov qeyd edib ki, İrəvan bunu inkar etməyə çalışsa da, həmin illərdə dəmir yolunun Ermənistan ərazisindən keçən hissəsi Bakıya tabe olub. Onun sözlərinə görə, Azərbaycan üçün Zəngəzur dəhlizinin bərpası yalnız iqtisadi zərurət deyil, həm də tarixi ədalətin bərpasıdır: "Qafqaz öz təbii vəziyyətinə qayıtmalı, dünyanın müxtəlif hissələrini birləşdirən məkana çevrilməlidir". E.Məcidov onu da qeyd edib ki, Azərbaycan Xəzər regionunda öz dəniz sektorunun potensialını tam reallaşdıran ilk dövlət olub: "Azərbaycan Xəzər dənizi ilə dünya neft-qaz bazarları arasında əlaqə yaradan ilk ölkə olub. O, nisbətən kiçik ərazidə beynəlxalq hava limanları şəbəkəsinin tikintisində də qabaqcıl ölkə kimi seçilir. Biz Xəzər dənizində ən böyük və ən müasir limanı tikmişik. İndi Azərbaycan Zəngəzur dəhlizinin bərpası ilə fəal məşğul olur ki, bu da Xəzər regionu üçün mühüm əhəmiyyət kəsb edir. Beləliklə, Xəzərin dünya iqtisadiyyatına birləşdirilməsi və inteqrasiyası məsələsində Azərbaycan lider olaraq qalmaqdadır".
zəngəzur dəhlizi
yaxın şərq
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/15/424730950_287:0:2282:1496_1920x0_80_0_0_4627addd5ba6c0c11e9d678a6e511867.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dəmir yolu, nazir müavini, irəvan, zəngəzur dəhlizi, azərbaycan, yaxın şərq, yaxın şərq
dəmir yolu, nazir müavini, irəvan, zəngəzur dəhlizi, azərbaycan, yaxın şərq, yaxın şərq
"İrəvan inkar etsə də, dəmir yolunun həmin hissəsi Bakıya tabe olub" - Nazir müavini
Məcidov onu da qeyd edib ki, Azərbaycan Xəzər regionunda öz dəniz sektorunun potensialını tam reallaşdıran ilk dövlət olub
BAKI, 16 noyabr — Sputnik. Zəngəzur dəhlizinin bərpası Cənubi Qafqaz regionunu Şərqlə Qərbi birləşdirən əvvəlki roluna qaytaracaq.
Bunu Azərbaycanın iqtisadiyyat nazirinin müşaviri Emil Məcidov "Xəzər həftəsi 2023" forumu çərçivəsində jurnalistlərə deyib.
"Zəngəzur dəhlizi vaxtilə Sovet İttifaqını Yaxın Şərqlə birləşdirən etibarlı marşrut kimi fəaliyyət göstərib. Dəhliz ilə bağlı bizim məqsədimiz pozulmuş əlaqələri bərpa etməkdir", - E. Məcidov bildirib.
E.Məcidov qeyd edib ki, İrəvan bunu inkar etməyə çalışsa da, həmin illərdə dəmir yolunun Ermənistan ərazisindən keçən hissəsi Bakıya tabe olub.
Onun sözlərinə görə, Azərbaycan üçün Zəngəzur dəhlizinin bərpası yalnız iqtisadi zərurət deyil, həm də tarixi ədalətin bərpasıdır: "Qafqaz öz təbii vəziyyətinə qayıtmalı, dünyanın müxtəlif hissələrini birləşdirən məkana çevrilməlidir".
E.Məcidov onu da qeyd edib ki, Azərbaycan Xəzər regionunda öz dəniz sektorunun potensialını tam reallaşdıran ilk dövlət olub: "Azərbaycan Xəzər dənizi ilə dünya neft-qaz bazarları arasında əlaqə yaradan ilk ölkə olub. O, nisbətən kiçik ərazidə beynəlxalq hava limanları şəbəkəsinin tikintisində də qabaqcıl ölkə kimi seçilir. Biz Xəzər dənizində ən böyük və ən müasir limanı tikmişik. İndi Azərbaycan Zəngəzur dəhlizinin bərpası ilə fəal məşğul olur ki, bu da Xəzər regionu üçün mühüm əhəmiyyət kəsb edir. Beləliklə, Xəzərin dünya iqtisadiyyatına birləşdirilməsi və inteqrasiyası məsələsində Azərbaycan lider olaraq qalmaqdadır".