https://sputnik.az/20231116/qerb-dovletleri-azerbaycanla-ermenistanin-sulh-muqavilesi-imzalamasina-imkan-vermirler-460589334.html
Qərb dövlətləri Azərbaycanla Ermənistanın sülh müqaviləsi imzalamasına imkan vermirlər
Qərb dövlətləri Azərbaycanla Ermənistanın sülh müqaviləsi imzalamasına imkan vermirlər
Sputnik Azərbaycan
Deputatın fikrincə, Qərb dövlətləri Fransa və ABŞ başda olmaqla, Cənubi Qafqazın yeni xəritəsini cızmaq, regionu parçalamaq, Ukraynaya çevirmək istəyirlər. 16.11.2023, Sputnik Azərbaycan
2023-11-16T09:30+0400
2023-11-16T09:30+0400
2023-11-16T15:22+0400
imza
təhlil
ermənistan
sülh
sülh sazişi
yeganə hacıyeva
elman nəsirov
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434691160_0:311:3089:2048_1920x0_80_0_0_2df5d92bfcedb83d587dccc03ffb42ca.jpg
BAKI, 16 noyabr — Sputnik. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Ermənistan sülh sazişi ilə bağlı sənədin variantını iki aydan artıqdır gecikdirir. Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə yerli mətbuata müsahibəsində bildirib ki, Azərbaycanla sülh sazişini yekunlaşdırmaq üçün bu formatda danışıqları davam etdirməyə və mümkünsə ilin sonuna qədər sülh sazişi imzalamağa hazırdırlar. Bəs sülh prosesi niyə ləngiyir? Mövzu ilə bağlı millət vəkili Elman Nəsirov və politoloq Yeganə Hacıyeva Sputnik Azərbaycan-a danışıb. Millət vəkilinin fikrincə, Azərbaycan tərəfindən sülh danışıqları prosesi ilə bağlı verilən açıqlamaları Ermənistanın açıqlamaları ilə qarşılaşdırdıqda paradoks yaranır: "Azərbaycan tərəfi bildirir ki, Ermənistan iki aya yaxındır təkliflərə cavab verməyib. Ermənistan tərəfi isə həm Baş nazir Nikol Paşinyan, həm də Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın timsalında ilin sonuna kimi sülh sazişinin imzalana biləcəyini bəyan edirlər. Amma Ermənistan tərəfinin sülh sazişindən danışaraq pozitiv əhval-ruhiyyə nümayiş etdirməsi, real addımlarla uzlaşmır". Elman Nəsirovun sözlərinə görə, Ermənistan proseslə bağlı Azərbaycanın təkliflərinə cavab vermir, prosesi uzadır. Bunun da bəlli səbəbləri var: "Sülh müqaviləsinin imzalanması onların regionla bağlı maraqlarına ziddir. Çünki Qərb dövlətləri Fransa və ABŞ başda olmaqla Cənubi Qafqazın yeni xəritəsini cızmaq, regionu parçalamaq, Ukraynaya çevirmək istəyirlər. Qərb Ermənistanın timsalında Cənubi Qafqazda yeni cəbhə açmaq, bölgənin Ukraynalaşdırılması prosesini həyata keçirmək istəyirlər. Məhz ən təhlükəli tendensiyalar bununla bağlıdır. Hesab edirəm ki, Ermənistanın sülh müqaviləsindən bəhs edib, onu imzalamaqla konkret addımlar atmamasının arxasında dayanan amillər arasında məhz bu sadaladıqlarım önəmli yer tutur" - millət vəkili fikirlərini yekunlaşdırıb. Politoloq Yeganə Hacıyeva isə bildirir ki, Azərbaycan sülh sazişinin imzalanmasında maraqlıdır, amma bu, hazırda bizim üçün həyati əhəmiyyətə malik deyil: "Hazırda iki ölkə arasındakı məsələlərin Azərbaycan tərəfindən təktərəfli qaydada həll olunmuş və olunmamış hissələri mövcuddur. Sülh sazişi üçün Azərbaycanın 5 baza prinsipi var. Azərbaycan bu prinsiplərdən ortaya çıxan məsələləri təktərəfli qaydada həll etdi. Azərbaycan Ermənistanla sərhədlərinin 98 faizinə nəzarət edir. Qarşı tərəfin bunu tanıyıb-tanımaması ayrı mövzudur. Ermənistan rəsmiləri Azərbaycanın ərazisinin ölçülərini dəfələrlə təsdiqləyən fikirlər səsləndiriblər, amma bunu sənəd üzərində rəsmiləşdirməyiblər. Qalan iki faiz Ermənistanın üçtərəfli sazişdən irəli gələn məsuliyyət və öhdəliyindən yayınmasından irəli gəlir". Politoloq bildirir ki, Ermənistan öhdəliklərini yerinə yetirməmək üçün beynəlxalq missiyaların regionda olmasına çalışır: Yeganə Hacıyeva vurğulayıb ki, bu gün Avropa İttifaqının atdığı addımlar Cənubi Qafqaza sülh vəd etmir: "Bu, Ermənistan üçün də yaxşı heç nə vəd etmir. Bir-birinə qarşı olan qlobal güclərin Ermənistanda mövqelənməsi Ukraynada vəziyyət səngiyən kimi bu ölkədə özünü daha qabarıq şəkildə göstərəcək. Nikol Paşinyan xaricdəki erməni lobbisinin də təmsilçiliyi ilə daxildə balanslı hakimiyyət yürüdür. Yəni Ermənistan hakimiyyəti daxilində ABŞ-dan, Avropa və Yaxın Şərqdən, o cümlədən Rusiyadan olan üç qrup var. Paşinyan bunu Ermənistanda etməklə hakimiyyətini saxlayır və düşünür ki, bunu dünya miqyasında da edə bilər. Amma bu təhlükəli oyun Ermənistan Baş naziri üçün yaxşı heç nə vəd etmir. Paşinyan Ermənistan tarixinə ölkəyə iqtisadi dividentlər gətirən baş nazir kimi düşmək istəyir. Buna görə də kommunikasiyaların açılmasına maraq göstərir. Ermənistanı mövcud vəziyyətdən ancaq real addımlar atması xilas edə bilər"
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434691160_160:0:2891:2048_1920x0_80_0_0_a6913b44e30383c309fd1699272d2f19.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
imza, ermənistan, sülh, sülh sazişi, yeganə hacıyeva, elman nəsirov
imza, ermənistan, sülh, sülh sazişi, yeganə hacıyeva, elman nəsirov
Qərb dövlətləri Azərbaycanla Ermənistanın sülh müqaviləsi imzalamasına imkan vermirlər
09:30 16.11.2023 (Yenilənib: 15:22 16.11.2023) Deputatın fikrincə, Qərb dövlətləri Fransa və ABŞ başda olmaqla, Cənubi Qafqazın yeni xəritəsini cızmaq, regionu parçalamaq, Ukraynaya çevirmək istəyirlər.
BAKI, 16 noyabr — Sputnik. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Ermənistan sülh sazişi ilə bağlı sənədin variantını iki aydan artıqdır gecikdirir.
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə yerli mətbuata müsahibəsində bildirib ki, Azərbaycanla sülh sazişini yekunlaşdırmaq üçün bu formatda danışıqları davam etdirməyə və mümkünsə ilin sonuna qədər sülh sazişi imzalamağa hazırdırlar.
Bəs sülh prosesi niyə ləngiyir?
Mövzu ilə bağlı millət vəkili Elman Nəsirov və politoloq Yeganə Hacıyeva Sputnik Azərbaycan-a danışıb.
Millət vəkilinin fikrincə, Azərbaycan tərəfindən sülh danışıqları prosesi ilə bağlı verilən açıqlamaları Ermənistanın açıqlamaları ilə qarşılaşdırdıqda paradoks yaranır:
"Azərbaycan tərəfi bildirir ki, Ermənistan iki aya yaxındır təkliflərə cavab verməyib. Ermənistan tərəfi isə həm Baş nazir Nikol Paşinyan, həm də Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın timsalında ilin sonuna kimi sülh sazişinin imzalana biləcəyini bəyan edirlər. Amma Ermənistan tərəfinin sülh sazişindən danışaraq pozitiv əhval-ruhiyyə nümayiş etdirməsi, real addımlarla uzlaşmır".
Elman Nəsirovun sözlərinə görə, Ermənistan proseslə bağlı Azərbaycanın təkliflərinə cavab vermir, prosesi uzadır. Bunun da bəlli səbəbləri var:
"Ən əsas səbəb Qərbin regiona olan müdaxiləsidir. Qərb dövlətləri ABŞ və Fransa başda olmaqla Ermənistana Azərbaycanla sülh müqaviləsi imzalamağa imkan vermirlər. ABŞ Dövlət Departamentinin anti-Azərbaycan mövqeyi fonunda, Fransanın Ermənistanı silahlandırması reallığında, Ermənistan müdafiə nazirinin NATO Baş Qərargahında apardığı danışıqlar şəraitində, Avropa İttifaqının Ermənistandakı mülki-hərbi missiyasının sıralarının genişlənməsi və bu prosesə Kanadanın, gələcəkdə ABŞ-ın daxil olacağı reallığında belə qənaət hasil olur ki, Qərb dövlətləri Ermənistana təzyiq göstərirlər ki, sülh müqaviləsi imzalanmasın".
"Sülh müqaviləsinin imzalanması onların regionla bağlı maraqlarına ziddir. Çünki Qərb dövlətləri Fransa və ABŞ başda olmaqla Cənubi Qafqazın yeni xəritəsini cızmaq, regionu parçalamaq, Ukraynaya çevirmək istəyirlər. Qərb Ermənistanın timsalında Cənubi Qafqazda yeni cəbhə açmaq, bölgənin Ukraynalaşdırılması prosesini həyata keçirmək istəyirlər. Məhz ən təhlükəli tendensiyalar bununla bağlıdır. Hesab edirəm ki, Ermənistanın sülh müqaviləsindən bəhs edib, onu imzalamaqla konkret addımlar atmamasının arxasında dayanan amillər arasında məhz bu sadaladıqlarım önəmli yer tutur" - millət vəkili fikirlərini yekunlaşdırıb.
Politoloq Yeganə Hacıyeva isə bildirir ki, Azərbaycan sülh sazişinin imzalanmasında maraqlıdır, amma bu, hazırda bizim üçün həyati əhəmiyyətə malik deyil:
"Hazırda iki ölkə arasındakı məsələlərin Azərbaycan tərəfindən təktərəfli qaydada həll olunmuş və olunmamış hissələri mövcuddur. Sülh sazişi üçün Azərbaycanın 5 baza prinsipi var. Azərbaycan bu prinsiplərdən ortaya çıxan məsələləri təktərəfli qaydada həll etdi. Azərbaycan Ermənistanla sərhədlərinin 98 faizinə nəzarət edir. Qarşı tərəfin bunu tanıyıb-tanımaması ayrı mövzudur. Ermənistan rəsmiləri Azərbaycanın ərazisinin ölçülərini dəfələrlə təsdiqləyən fikirlər səsləndiriblər, amma bunu sənəd üzərində rəsmiləşdirməyiblər. Qalan iki faiz Ermənistanın üçtərəfli sazişdən irəli gələn məsuliyyət və öhdəliyindən yayınmasından irəli gəlir".
Politoloq bildirir ki, Ermənistan öhdəliklərini yerinə yetirməmək üçün beynəlxalq missiyaların regionda olmasına çalışır:
"Bunun üçün Azərbaycanla sərhəddə Aİ-nin mülki missiyasının genişləndirilməsinə çalışır. Belə missiyalar beynəlxalq hüququn təmin olunmasına mane olmaq üçün tətbiq edilir. Ermənistanın tezislərindən çıxış edən avropalı diplomatlar bölgədəki vəziyyətin narahatedici olması ilə bağlı təəssürat yaratmağa, bununla da Aİ-nin regiona yerləşməsi üçün zəmin yaratmağa çalışırlar. Halbuki Azərbaycan və Ermənistan arasında son aylar eskalasiyanın müşahidə olunmaması onların təqdim etməyə çalışdığı vəziyyətin reallığı əks etdirmədiyini bir daha təsdiqləyir. Belə olan təqdirdə Aİ missiyasının genişlənməsinin səbəbi ilə bağlı suala cavab yoxdur".
Yeganə Hacıyeva vurğulayıb ki, bu gün Avropa İttifaqının atdığı addımlar Cənubi Qafqaza sülh vəd etmir:
"Bu, Ermənistan üçün də yaxşı heç nə vəd etmir. Bir-birinə qarşı olan qlobal güclərin Ermənistanda mövqelənməsi Ukraynada vəziyyət səngiyən kimi bu ölkədə özünü daha qabarıq şəkildə göstərəcək. Nikol Paşinyan xaricdəki erməni lobbisinin də təmsilçiliyi ilə daxildə balanslı hakimiyyət yürüdür. Yəni Ermənistan hakimiyyəti daxilində ABŞ-dan, Avropa və Yaxın Şərqdən, o cümlədən Rusiyadan olan üç qrup var. Paşinyan bunu Ermənistanda etməklə hakimiyyətini saxlayır və düşünür ki, bunu dünya miqyasında da edə bilər. Amma bu təhlükəli oyun Ermənistan Baş naziri üçün yaxşı heç nə vəd etmir. Paşinyan Ermənistan tarixinə ölkəyə iqtisadi dividentlər gətirən baş nazir kimi düşmək istəyir. Buna görə də kommunikasiyaların açılmasına maraq göstərir. Ermənistanı mövcud vəziyyətdən ancaq real addımlar atması xilas edə bilər"