CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Noyabr ayında Cəlilabadda alça ağacı bar verib

© Photo : AZƏRTACAlça ağacı noyabrda bar verib
Alça ağacı noyabrda bar verib - Sputnik Azərbaycan, 1920, 16.11.2023
Abunə olmaq
Alça ağacının noyabr ayında bar gətirməsi hər kəsi heyrətləndirib.
BAKI, 16 noyabr — Sputnik. Cəlilabadın Xanəgah kənd sakini Cəbrayıl Süleymanovun həyətyanı sahəsində qeyri-adi təbiət hadisəsi baş verib.
Payızın bu günlərində alça ağacı yenidən çiçəkləyib və meyvə verib.
Ev sahibinin sözlərinə görə, alça ağacı 7 ildir ki əkilib. Bu meyvə ağacı yaz aylarında havalar istiləşəndə çiçəkləyir və yayda meyvəsi dərilir. Bu qayda ilə alça ağacları ildə bir dəfə bar verir. Son zamanlar havaların isti keçməsi səbəbindən ağaclar yenidən çiçəkləyib və bu il ikinci dəfə bar verib. Bu halın ilk dəfədir şahidi olduğunu söyləyən Cəbrayıl Süleymanov deyib:
© Photo : AZƏRTACAlça ağacı noyabrda bar verib
Alça ağacı noyabrda bar verib - Sputnik Azərbaycan, 1920, 15.11.2023
Alça ağacı noyabrda bar verib
"Alça ağacının noyabr ayında bar gətirməsi bizi heyrətləndirib. Düşünürəm ki, bu qeyri-adi təbiət hadisəsi hava ilə əlaqəlidir. Son günlər havanın isti keçməsi ağacların çiçəkləməsinə, bar verməsinə gətirib çıxarıb. Meyvənin formasında qeyri-adi fərq olmasa da, dadında kifayət qədər fərq var".
Mütəxəssislərin fikrincə, alça ağacının bu vaxt bar verməsi anormal hadisədir. Ümumiyyətlə, alça ağacı payız-qış aylarında artıq dərəcədə gün şüası qəbul etdikdə çiçəkləməyə meyilli olur. Hər il bu ağaclar "yalançı çiçək"lər açır və az sonra tökülür. Amma builki alça çiçəklərinin tədricən meyvəyə çevrilməsi və ağacın bir ildə ikinci dəfə məhsul verməsi qeyri-adi təbiət hadisəsi kimi qiymətləndirilir.
Xəbər lenti
0