https://sputnik.az/20231116/kur-ve-araz-caylarinda-su-ehtiyatlarinin-20-faizedek-azalacagi-proqnozlasdirilir-460584352.html
Kür və Araz çaylarında su ehtiyatlarının 20 faizədək azalacağı proqnozlaşdırılır
Kür və Araz çaylarında su ehtiyatlarının 20 faizədək azalacağı proqnozlaşdırılır
Sputnik Azərbaycan
Temperaturun 2 dərəcə artması, yağıntıların miqdarının dəyişməməsi fonunda Kür və Araz çaylarının iqlim dəyişmələrinə həssaslığı qiymətləndirilib və proqnozlar... 16.11.2023, Sputnik Azərbaycan
2023-11-16T08:33+0400
2023-11-16T08:33+0400
2023-11-16T08:33+0400
kür
azərbaycan xəbərləri
araz
bmt
https://cdnn1.img.sputnik.az/img/42433/01/424330187_0:200:3072:1928_1920x0_80_0_0_1373bb8fc7d2b2dbd545506a8aa25ce4.jpg
BAKI, 16 noyabr — Sputnik. "Əsrin sonuna kimi Kür və Araz çaylarının su ehtiyatları 20 faizə qədər azala bilər". Bunu BMT-nın İnkişaf Proqramının layihə meneceri Zaur Əliyev Türk Dünyası II Meteorologiya Forumunda deyib. O bildirib ki, temperaturun 2 dərəcə artması, yağıntıların miqdarının dəyişməməsi fonunda Böyük və Kiçik Qafqaz ərazisindən, Lənkəran-Astara bölgəsindən axan çayların, o cümlədən Kür və Araz çaylarının iqlim dəyişmələrinə həssaslığı qiymətləndirilib və proqnozlar hazırlanıb. "Proqnozlara görə, Kür və Araz çaylarının, o cümlədən Kiçik Qafqaz ərazisindən axan çayların su ehtiyatlarının 2040-cı ilədək 10, 2041-2070-ci illər ərzində 15, 2071-2098-ci illər ərzində isə 20 faiz azalacağı gözlənilir. Böyük Qafqaz ərazisindən və Lənkəran-Astara bölgəsindən axan çaylarda isə müvafiq illər üzrə azalma göstəricilərinin 5, 10, 15 faiz olacağı ehtimal edilir",- deyə o əlavə edib. Xatırladaq ki, ötən ay BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat bildirib ki, dünyadakı su ehtiyatının cəmi 3-4%-dən içməli su kimi istifadə edilə bilər. Azərbaycan da su qıtlığından əziyyət çəkən ölkələr arasındadır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42433/01/424330187_341:0:3072:2048_1920x0_80_0_0_033168a9d0e404b426c74267bc3f5992.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kür, araz, bmt
Kür və Araz çaylarında su ehtiyatlarının 20 faizədək azalacağı proqnozlaşdırılır
Temperaturun 2 dərəcə artması, yağıntıların miqdarının dəyişməməsi fonunda Kür və Araz çaylarının iqlim dəyişmələrinə həssaslığı qiymətləndirilib və proqnozlar hazırlanıb.
BAKI, 16 noyabr — Sputnik. "Əsrin sonuna kimi Kür və Araz çaylarının su ehtiyatları 20 faizə qədər azala bilər".
Bunu BMT-nın İnkişaf Proqramının layihə meneceri Zaur Əliyev Türk Dünyası II Meteorologiya Forumunda deyib.
O bildirib ki, temperaturun 2 dərəcə artması, yağıntıların miqdarının dəyişməməsi fonunda Böyük və Kiçik Qafqaz ərazisindən, Lənkəran-Astara bölgəsindən axan çayların, o cümlədən Kür və Araz çaylarının iqlim dəyişmələrinə həssaslığı qiymətləndirilib və proqnozlar hazırlanıb.
"Proqnozlara görə, Kür və Araz çaylarının, o cümlədən Kiçik Qafqaz ərazisindən axan çayların su ehtiyatlarının 2040-cı ilədək 10, 2041-2070-ci illər ərzində 15, 2071-2098-ci illər ərzində isə 20 faiz azalacağı gözlənilir. Böyük Qafqaz ərazisindən və Lənkəran-Astara bölgəsindən axan çaylarda isə müvafiq illər üzrə azalma göstəricilərinin 5, 10, 15 faiz olacağı ehtimal edilir",- deyə o əlavə edib.
Xatırladaq ki, ötən ay BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat bildirib ki, dünyadakı su ehtiyatının cəmi 3-4%-dən içməli su kimi istifadə edilə bilər. Azərbaycan da su qıtlığından əziyyət çəkən ölkələr arasındadır.