https://sputnik.az/20231116/ix-sankt-peterburq-beynelxalq-medeniyyet-forumu-ise-baslayib-460612289.html
IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu işə başlayıb
IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu işə başlayıb
Sputnik Azərbaycan
Azərbaycan tədbirdə mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə böyük nümayəndə heyəti ilə təmsil olunur. 16.11.2023, Sputnik Azərbaycan
2023-11-16T20:00+0400
2023-11-16T20:00+0400
2023-11-16T20:00+0400
sankt-peterburq
mədəniyyət
forum
covid-19
pandemiya
pandemiya
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/10/460612118_0:0:3056:1719_1920x0_80_0_0_37a6f779820260512e12d3278132b76f.jpg
BAKI, 16 noyabr — Sputnik. Sankt-Peterburqda IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu işə başlayıb. Tədbirdə 73 dövlətdən nümayəndə heyəti, eləcə də 30 ölkənin mədəniyyət nazirləri iştirak edir. Azərbaycan tədbirdə mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə böyük nümayəndə heyəti ilə təmsil olunur. Forum 3 ildən sonra fəaliyyətini bərpa edib. Belə ki, ötən dövr ərzində COVID-19 pandemiyası və Rusiyanın Ukraynada hərbi əməliyyata başlanması ilə əlaqədar forum təxirə salınmışdı. Noyabrın 18-dək davam edəcək forumun gündəliyi kifayət qədər zəngindir. Builki tədbirin proqramı 9 tematik blokdan, o cümlədən kino, teatr, muzey, süni intellekt və digər mövzulardan ibarətdir. Tədbir çərçivəsində Azərbaycan naziri Adil Kərimlinin rusiyali həmkarı Olqa Lyubimova ilə görüşü, Dövlət Ermitajında Azərbaycan zalı, dahi bəstəkar Üzeyir Hacıbəylinin Rusiyanın Şimal paytaxtinda ucaldılacaq abidəsinin məkanı ilə tanışlığı gözlənilir. Bundan başqa, səfər çərçivəsində nazir Adil Kərimlinin forumun plenar iclasında iştirakı həmçinin də "Mədəni suverenlik dövlət kimliyinin əsası kimi" adlı tədbirdə çıxışı nəzərdə tutulub. Forumun bölmələr üzrə iclaslarında Mədəniyyət Nazirliyinin yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov ("Süni intellekt – mədə niyyətə təhlükə və ya fayda"), strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsi müdirinin müavini Yaşar Hüseynli ("Ənənəvi mədəniyyət sivil cəmiyyətin qurulmasının təməli kimi"), mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov ("Teatr") iştirak edirlər. Forumun sonunda "Ermitaj" mükafatının təntənəli təqdimat mərasimi keçiriləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/10/460612118_0:0:2732:2048_1920x0_80_0_0_f262e9d0cab7c6678d18dd707603ec19.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sankt-peterburq, forum, covid-19, pandemiya, pandemiya
sankt-peterburq, forum, covid-19, pandemiya, pandemiya
IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu işə başlayıb
Azərbaycan tədbirdə mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə böyük nümayəndə heyəti ilə təmsil olunur.
BAKI, 16 noyabr — Sputnik. Sankt-Peterburqda IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu işə başlayıb.
Tədbirdə 73 dövlətdən nümayəndə heyəti, eləcə də 30 ölkənin mədəniyyət nazirləri iştirak edir. Azərbaycan tədbirdə mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə böyük nümayəndə heyəti ilə təmsil olunur.
Forum 3 ildən sonra fəaliyyətini bərpa edib. Belə ki, ötən dövr ərzində COVID-19 pandemiyası və Rusiyanın Ukraynada hərbi əməliyyata başlanması ilə əlaqədar forum təxirə salınmışdı.
Noyabrın 18-dək davam edəcək forumun gündəliyi kifayət qədər zəngindir. Builki tədbirin proqramı 9 tematik blokdan, o cümlədən kino, teatr, muzey, süni intellekt və digər mövzulardan ibarətdir. Tədbir çərçivəsində Azərbaycan naziri Adil Kərimlinin rusiyali həmkarı Olqa Lyubimova ilə görüşü, Dövlət Ermitajında Azərbaycan zalı, dahi bəstəkar Üzeyir Hacıbəylinin Rusiyanın Şimal paytaxtinda ucaldılacaq abidəsinin məkanı ilə tanışlığı gözlənilir. Bundan başqa, səfər çərçivəsində nazir Adil Kərimlinin forumun plenar iclasında iştirakı həmçinin də "Mədəni suverenlik dövlət kimliyinin əsası kimi" adlı tədbirdə çıxışı nəzərdə tutulub.
Forumun bölmələr üzrə iclaslarında Mədəniyyət Nazirliyinin yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov ("Süni intellekt – mədə niyyətə təhlükə və ya fayda"), strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsi müdirinin müavini Yaşar Hüseynli ("Ənənəvi mədəniyyət sivil cəmiyyətin qurulmasının təməli kimi"), mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov ("Teatr") iştirak edirlər.
Forumun sonunda "Ermitaj" mükafatının təntənəli təqdimat mərasimi keçiriləcək.