https://sputnik.az/20231116/eli-esedov-rosselxoznadzor-rehberini-qebul-edib-460601715.html
Əli Əsədov "Rosselxoznadzor" rəhbərini qəbul edib
Əli Əsədov "Rosselxoznadzor" rəhbərini qəbul edib
Sputnik Azərbaycan
Görüşdə xəstə heyvanların transsərhəd heyvan xəstəlikləri profilaktikası və bununla mübarizə sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub. 16.11.2023, Sputnik Azərbaycan
2023-11-16T19:11+0400
2023-11-16T19:11+0400
2023-11-16T19:11+0400
iqtisadiyyat
əli əsədov
"rosselxoznadzor"
heyvanlar
azərbaycan
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1c/447972784_0:78:3364:1970_1920x0_80_0_0_f6f52d7de626d1de5c477cefa021a593.jpg
BAKI, 16 noyabr — Sputnik. Bu gün Baş nazir Əli Əsədov Rusiyanın Veterinar və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") rəhbəri Sergey Dankverti qəbul edib.Nazirlər Kabinetindən verilən xəbərə görə, görüşdə Azərbaycan-Rusiya əlaqələrinin, xüsusi ilə ticari-iqtisadi əlaqələrin inkişafı qeyd olunub.Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Rusiyanın Veterinar və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin yüksək səviyyədə əməkdaşlığından məmnunluq ifadə edilib. Bildirilib ki, ticarət dövriyyəsi üzrə nəzarət sisteminin effektivliyi sayəsində bir sıra ciddi vəzifələr həllini tapıb, bu da ticarət dövriyyəsinin artmasına kömək edib. Ötən ilin 10 ayında ticarət dövriyyəsinin 20 faizdən çox artması müsbət qiymətləndirilib. 2022-ci illə müqayisədə 2023-cü ildə Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı 15 faizdən çox artıb. Tərəflər Azərbaycandan Rusiyaya bir sıra kənd təsərrüfatı məhsullarının ixracına nəzarət prosedurunun sadələşdirilməsi barədə razılaşmanı da yüksək qiymətləndiriblər.Görüşdə xəstə heyvanların transsərhəd heyvan xəstəlikləri profilaktikası və bununla mübarizə sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub. Bu aspektdə Qida Təhlükəsizliyi Agentliyi və Rosselxoznadzor arasında bu gün transsərhəd heyvan xəstəlikləri ilə birgə mübarizəyə dair Protokolun imzalanmasının əhəmiyyəti qeyd edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1c/447972784_317:0:3048:2048_1920x0_80_0_0_e4dfe20abc2ff450f119ff2adffbc79e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
əli əsədov, "rosselxoznadzor", heyvanlar, azərbaycan, rusiya
əli əsədov, "rosselxoznadzor", heyvanlar, azərbaycan, rusiya
Əli Əsədov "Rosselxoznadzor" rəhbərini qəbul edib
Görüşdə xəstə heyvanların transsərhəd heyvan xəstəlikləri profilaktikası və bununla mübarizə sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.
BAKI, 16 noyabr — Sputnik. Bu gün Baş nazir Əli Əsədov Rusiyanın Veterinar və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") rəhbəri Sergey Dankverti qəbul edib.
Nazirlər Kabinetindən verilən xəbərə görə, görüşdə Azərbaycan-Rusiya əlaqələrinin, xüsusi ilə ticari-iqtisadi əlaqələrin inkişafı qeyd olunub.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Rusiyanın Veterinar və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin yüksək səviyyədə əməkdaşlığından məmnunluq ifadə edilib. Bildirilib ki, ticarət dövriyyəsi üzrə nəzarət sisteminin effektivliyi sayəsində bir sıra ciddi vəzifələr həllini tapıb, bu da ticarət dövriyyəsinin artmasına kömək edib. Ötən ilin 10 ayında ticarət dövriyyəsinin 20 faizdən çox artması müsbət qiymətləndirilib. 2022-ci illə müqayisədə 2023-cü ildə Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı 15 faizdən çox artıb. Tərəflər Azərbaycandan Rusiyaya bir sıra kənd təsərrüfatı məhsullarının ixracına nəzarət prosedurunun sadələşdirilməsi barədə razılaşmanı da yüksək qiymətləndiriblər.
Görüşdə xəstə heyvanların transsərhəd heyvan xəstəlikləri profilaktikası və bununla mübarizə sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub. Bu aspektdə Qida Təhlükəsizliyi Agentliyi və Rosselxoznadzor arasında bu gün transsərhəd heyvan xəstəlikləri ilə birgə mübarizəyə dair Protokolun imzalanmasının əhəmiyyəti qeyd edilib.