https://sputnik.az/20231116/bagca-muellimleri-ucun-heyecanli-gun-460598199.html
Bağça müəllimləri üçün həyəcanlı gün
Bağça müəllimləri üçün həyəcanlı gün
Sputnik Azərbaycan
Ümumilikdə ölkə üzrə 17 imtahan mərkəzində təşkil olunacaq test imtahanlarına 5038 namizəd dəvət edilib. 16.11.2023, Sputnik Azərbaycan
2023-11-16T13:21+0400
2023-11-16T13:21+0400
2023-11-16T13:21+0400
bağça
təhsil
uşaq bağçası
uşaq bağçaları
namizəd
məktəbəqədər təhsil müəssisələri
https://cdnn1.img.sputnik.az/img/41921/12/419211294_0:0:1949:1097_1920x0_80_0_0_0abee30345fb8764e7dfec06b02f5727.jpg
BAKI, 16 noyabr — Sputnik. Bu gün məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzi məlumat yayıb. Bildirilib ki, ümumilikdə ölkə üzrə 17 imtahan mərkəzində təşkil olunacaq test imtahanlarına 5038 namizəd dəvət edilib. Test imtahanlarında hər bir namizədə məzmun və metodikaya aid 40 sual, pedaqoji və psixoloji yanaşmalara aid 20 sual təqdim edilir. Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 120 dəqiqə vaxt ayrılır. Bu mərhələdə məzmun və metodika, həmçinin pedaqoji və psixoloji yanaşmalara aid test tapşırıqlarının hər biri 1 bal olaraq hesablanacaq. Ümumilikdə 60 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək. Qaydalara əsasən məzmun və metodika, həmçinin pedaqoji və psixoloji yanaşmalara aid hər səhv cavablandırılmış test tapşırığı - 0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsinə təsir göstərəcək. Namizəd şəxsi səhifəsində qeyd olunan tarix və məkanda imtahanda iştirak etməlidir. Qeydiyyat prosesinə gecikən namizədlər imtahan binasına buraxılmayacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41921/12/419211294_226:0:1949:1292_1920x0_80_0_0_a1e8b713125fdfe7eeb7f13978c4ce92.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bağça, uşaq bağçası, uşaq bağçaları, namizəd, məktəbəqədər təhsil müəssisələri
bağça, uşaq bağçası, uşaq bağçaları, namizəd, məktəbəqədər təhsil müəssisələri
Bağça müəllimləri üçün həyəcanlı gün
Ümumilikdə ölkə üzrə 17 imtahan mərkəzində təşkil olunacaq test imtahanlarına 5038 namizəd dəvət edilib.
BAKI, 16 noyabr — Sputnik. Bu gün məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzi məlumat yayıb.
Bildirilib ki, ümumilikdə ölkə üzrə 17 imtahan mərkəzində təşkil olunacaq test imtahanlarına 5038 namizəd dəvət edilib.
Test imtahanlarında hər bir namizədə məzmun və metodikaya aid 40 sual, pedaqoji və psixoloji yanaşmalara aid 20 sual təqdim edilir. Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 120 dəqiqə vaxt ayrılır. Bu mərhələdə məzmun və metodika, həmçinin pedaqoji və psixoloji yanaşmalara aid test tapşırıqlarının hər biri 1 bal olaraq hesablanacaq. Ümumilikdə 60 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək. Qaydalara əsasən məzmun və metodika, həmçinin pedaqoji və psixoloji yanaşmalara aid hər səhv cavablandırılmış test tapşırığı - 0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsinə təsir göstərəcək.
Namizəd şəxsi səhifəsində qeyd olunan tarix və məkanda imtahanda iştirak etməlidir. Qeydiyyat prosesinə gecikən namizədlər imtahan binasına buraxılmayacaq.