https://sputnik.az/20231116/azerbaycanli-rejissorun-filmi-beynelxalq-festivalin-esas-proqramina-daxil-edilib-460604173.html
Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalın əsas proqramına daxil edilib
Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalın əsas proqramına daxil edilib
Sputnik Azərbaycan
Bu ilin əvvəlində Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun dəstəyi ilə "Nəfəs" filminin ABŞ-nin Nyu-York və Boston şəhərlərində təqdimatı... 16.11.2023, Sputnik Azərbaycan
2023-11-16T15:21+0400
2023-11-16T15:21+0400
2023-11-16T15:23+0400
film
mədəniyyət
rejissor
rejissor
qısametrajlı film
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426991215_0:320:3073:2048_1920x0_80_0_0_07a0c125cea9917d4e6023c1e3fd3da7.jpg
BAKI, 16 noyabr — Sputnik. ABŞ-də yaşayan azərbaycanlı rejissor Elmar Bayramov müəllifi olduğu "Nəfəs" ("Breath") qısametrajlı filminə görə 14-cü Bakı Beynəlxalq Qısa Film Festivalının (yerli müsabiqə) ən yaxşı rejissoru nominasiyasının qalibi olub. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, rejissor bu günlərdə "Nəfəs" filminin Haaqa Beynəlxalq Film Festivalının əsas proqramına daxil edilməsi barədə xəbər alıb. Haaqa Beynəlxalq Film Festivalının direktoru Dr. Avniş Rajvanşinin adından Elmar Bayramova ünvanlanan məktubda bildirilib ki, azərbaycanlı rejissorun ekran əsəri 80 ölkədən 600 film arasından seçilib. Qeyd edək ki, bu ilin əvvəlində Diasporla İş üzrə Dövlət Komitəашдьsinin və Heydər Əliyev Fondunun dəstəyi ilə "Nəfəs" filminin ABŞ-nin Nyu-York və Boston şəhərlərində təqdimatı keçirilib. "Nəfəs" qısametrajlı filmi Birinci Qarabağ müharibəsində əsir düşənlərə həsr olunub. Filmdə müharibənin ağır təsirləri, insanların həyatında qoyduğu ağır psixoloji fəsadların post-müharibə dövründə də davam etdiyi, müharibə sonrası şəxsiyyətin cəmiyyətə reinteqrasiyasının çətinlikləri diqqətə çatdırılıb. Çəkilişləri Azərbaycanda aparılan film "Old stone pictures" və "Black Garden Company" şirkətlərinin Azərbaycan Diasporuna Dəstək Fondu ilə əməkdaşlığı çərçivəsində istehsal olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426991215_27:0:2758:2048_1920x0_80_0_0_68f79b2c122c88d011adea1d08843917.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
film, rejissor, rejissor, qısametrajlı film
film, rejissor, rejissor, qısametrajlı film
Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalın əsas proqramına daxil edilib
15:21 16.11.2023 (Yenilənib: 15:23 16.11.2023) Bu ilin əvvəlində Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun dəstəyi ilə "Nəfəs" filminin ABŞ-nin Nyu-York və Boston şəhərlərində təqdimatı keçirilib.
BAKI, 16 noyabr — Sputnik. ABŞ-də yaşayan azərbaycanlı rejissor Elmar Bayramov müəllifi olduğu "Nəfəs" ("Breath") qısametrajlı filminə görə 14-cü Bakı Beynəlxalq Qısa Film Festivalının (yerli müsabiqə) ən yaxşı rejissoru nominasiyasının qalibi olub.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, rejissor bu günlərdə "Nəfəs" filminin Haaqa Beynəlxalq Film Festivalının əsas proqramına daxil edilməsi barədə xəbər alıb. Haaqa Beynəlxalq Film Festivalının direktoru Dr. Avniş Rajvanşinin adından Elmar Bayramova ünvanlanan məktubda bildirilib ki, azərbaycanlı rejissorun ekran əsəri 80 ölkədən 600 film arasından seçilib.
Qeyd edək ki, bu ilin əvvəlində Diasporla İş üzrə Dövlət Komitəашдьsinin və Heydər Əliyev Fondunun dəstəyi ilə "Nəfəs" filminin ABŞ-nin Nyu-York və Boston şəhərlərində təqdimatı keçirilib.
"Nəfəs" qısametrajlı filmi Birinci Qarabağ müharibəsində əsir düşənlərə həsr olunub. Filmdə müharibənin ağır təsirləri, insanların həyatında qoyduğu ağır psixoloji fəsadların post-müharibə dövründə də davam etdiyi, müharibə sonrası şəxsiyyətin cəmiyyətə reinteqrasiyasının çətinlikləri diqqətə çatdırılıb. Çəkilişləri Azərbaycanda aparılan film "Old stone pictures" və "Black Garden Company" şirkətlərinin Azərbaycan Diasporuna Dəstək Fondu ilə əməkdaşlığı çərçivəsində istehsal olunub.