https://sputnik.az/20231116/arif-acaloglunun-olumu-ile-bagli-cinayet-isi-acilib-460603817.html
Arif Acaloğlunun ölümü ilə bağlı cinayət işi açılıb
Arif Acaloğlunun ölümü ilə bağlı cinayət işi açılıb
Sputnik Azərbaycan
Arif Acaloğlunu vuran şəxs“Mercedes” markalı avtomobili idarə edən şəxs Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov olub. 16.11.2023, Sputnik Azərbaycan
2023-11-16T14:50+0400
2023-11-16T14:50+0400
2023-11-16T14:54+0400
alim
hadisə
qəza
kliniki tibbi mərkəz
sabunçu rayonu
rayon mərkəzi xəstəxanası
dövlət yol polisi idarəsi
https://cdnn1.img.sputnik.az/img/07e6/05/19/442221140_336:0:3977:2048_1920x0_80_0_0_7455eed2b6b5224f444cf082d8142844.jpg
BAKI, 16 noyabr — Sputnik. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tanınmış alimin həlak olduğu yol qəzası barədə məlumat yayıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hadisə noyabrın 15-i saat 23:30-da Bakı Olimpiya Stadionunun yaxınlığında baş verib. Məlumata görə, Bakı şəhər sakini Maqsudov Azər Spartak oğlu etibarnamə ilə idarə etdiyi 90-DR-808 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə yaşadığı Şağan qəsəbəsi istiqamətində hərəkət edərkən yolu sağdan sola keçən Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olan və Nərimanov rayonunda qeydiyyatda olan 67 yaşlı Acaloğlu Arif Mikayıl oğlunu vurub. Yaralı aldığı xəsarətlərdən yerləşdirildiyi 3 saylı şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib. Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır. Kliniki Tibbi Mərkəz də KTM-in Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun iştirakı ilə baş verən yol qəzası barədə məlumat yayıb. Mərkəzdən verilən məlumatda deyilir ki, dünən saat 23 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Azər Spartak oğlu Maqsudov idarə etdiyi “Mercedes” markalı avtomobillə qəza törədib. Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. Hadisədən dərhal sonra A.Maqsudov A.Acaloğlunu Sabunçu rayon mərkəzi xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. İstintaq tədbirləri nəticəsində A. Maqsudovun spirtli içki qəbul etməsi və narkotik vasitədən istifadə etməsini araşdırmaq üçün narkoloji dispanserdə müayinədən keçirilib. Onun bu kimi maddələrdən istifadə etmədiyi məlum olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/19/442221140_791:0:3522:2048_1920x0_80_0_0_74f65dc7424a0abb52bb18ef0becabd5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
alim, qəza, kliniki tibbi mərkəz, sabunçu rayonu, rayon mərkəzi xəstəxanası, dövlət yol polisi idarəsi
alim, qəza, kliniki tibbi mərkəz, sabunçu rayonu, rayon mərkəzi xəstəxanası, dövlət yol polisi idarəsi
Arif Acaloğlunun ölümü ilə bağlı cinayət işi açılıb
14:50 16.11.2023 (Yenilənib: 14:54 16.11.2023) Arif Acaloğlunu vuran şəxs“Mercedes” markalı avtomobili idarə edən şəxs Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov olub.
BAKI, 16 noyabr — Sputnik. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tanınmış alimin həlak olduğu yol qəzası barədə məlumat yayıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hadisə noyabrın 15-i saat 23:30-da Bakı Olimpiya Stadionunun yaxınlığında baş verib.
Məlumata görə, Bakı şəhər sakini Maqsudov Azər Spartak oğlu etibarnamə ilə idarə etdiyi 90-DR-808 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə yaşadığı Şağan qəsəbəsi istiqamətində hərəkət edərkən yolu sağdan sola keçən Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olan və Nərimanov rayonunda qeydiyyatda olan 67 yaşlı Acaloğlu Arif Mikayıl oğlunu vurub. Yaralı aldığı xəsarətlərdən yerləşdirildiyi 3 saylı şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır. Kliniki Tibbi Mərkəz də KTM-in Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun iştirakı ilə baş verən yol qəzası barədə məlumat yayıb.
Mərkəzdən verilən məlumatda deyilir ki, dünən saat 23 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Azər Spartak oğlu Maqsudov idarə etdiyi “Mercedes” markalı avtomobillə qəza törədib. Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib.
Hadisədən dərhal sonra A.Maqsudov A.Acaloğlunu Sabunçu rayon mərkəzi xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. İstintaq tədbirləri nəticəsində A. Maqsudovun spirtli içki qəbul etməsi və narkotik vasitədən istifadə etməsini araşdırmaq üçün narkoloji dispanserdə müayinədən keçirilib. Onun bu kimi maddələrdən istifadə etmədiyi məlum olub.