https://sputnik.az/20231116/a-nin-2030-ve-2045-ci-ile-qeder-inkisaf-layihesi-dovlet-bascilarina-teqdim-olunacaq-460612423.html
Aİİ-nin 2030 və 2045-ci ilə qədər inkişaf layihəsi dövlət başçılarına təqdim olunacaq
Aİİ-nin 2030 və 2045-ci ilə qədər inkişaf layihəsi dövlət başçılarına təqdim olunacaq
Sputnik Azərbaycan
Qlazyev qeyd edib ki, Aİİ ölkələrində istehsal gücündən istifadə 60%-dən bir qədər çoxdur ki, bu da istehsalın artırılması üçün imkanlar açır. 16.11.2023, Sputnik Azərbaycan
2023-11-16T21:15+0400
2023-11-16T21:15+0400
2023-11-16T21:15+0400
aii
iqtisadiyyat
avrasiya iqtisadi ittifaqı
qazaxıstan
rusiya
forum
komissiya
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449473568_0:168:3046:1881_1920x0_80_0_0_7a879bf07a834904c3f73dec2765814b.jpg
BAKI, 16 noyabr — Sputnik. Avrasiya İqtisadi İttifaqının (Aİİ) 2030 və 2045-ci ilə qədər inkişafı haqqında bəyannamə layihəsi dekabrda assosiasiyaya üzv dövlətlərin başçılarına təqdim olunacaq. Bunu Avrasiya İqtisadi Komissiyasının inteqrasiya və makroiqtisadiyyat naziri Sergey Qlazyev Moskvada, "İnteqrasiya forumu"nda deyib. "Hazırda komissiya Avrasiya İqtisadi İttifaqı ölkələri ilə birlikdə 2030-cu ilə qədər və 2045-ci ilə qədər olan dövr üçün Aİİ-də iqtisadi proseslərin gələcək inkişafına dair bəyannamə layihəsi üzərində fəal işləyir. Həmçinin Aİİ-nin fəaliyyətinə dair hesabat da hazırlanır ki, bu da birliyin mövcudluğunun bütün dövrünü əhatə edir. Hər iki sənədin dekabrda dövlət başçılarına təqdim edilməsi planlaşdırılır", - deyə AİK-in mətbuat xidmətindən "BELTA"ya bildirilib. Qlazyevin sözlərinə görə, inteqrasiyanın ÜDM-in artımına ən böyük töhfəsi Belarusda müşahidə olunur. Qırğızıstan və Ermənistan da mühüm göstəricilərə malikdirlər. "Qazaxıstan və Rusiyada təsirlər nisbətən azdır, lakin mütləq mənada heç də az deyil. Yəni Avrasiya iqtisadi inteqrasiyası iqtisadi fəallığın çox yüksək artımını təmin edir, artım imkanları isə böyükdür", - deyə Qlazyev forumda bəyan edib. O, həmçinin Aİİ ölkələrində istehsal gücündən istifadənin 60%-dən bir qədər çox olmasına diqqət çəkib ki, bu da istehsal həcminin artırılması üçün imkanlar açır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449473568_158:0:2889:2048_1920x0_80_0_0_b42f2dcb41a47e1b4b61bf92c4170142.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
aii, avrasiya iqtisadi ittifaqı, qazaxıstan, rusiya, forum, komissiya
aii, avrasiya iqtisadi ittifaqı, qazaxıstan, rusiya, forum, komissiya
Aİİ-nin 2030 və 2045-ci ilə qədər inkişaf layihəsi dövlət başçılarına təqdim olunacaq
Qlazyev qeyd edib ki, Aİİ ölkələrində istehsal gücündən istifadə 60%-dən bir qədər çoxdur ki, bu da istehsalın artırılması üçün imkanlar açır.
BAKI, 16 noyabr — Sputnik. Avrasiya İqtisadi İttifaqının (Aİİ) 2030 və 2045-ci ilə qədər inkişafı haqqında bəyannamə layihəsi dekabrda assosiasiyaya üzv dövlətlərin başçılarına təqdim olunacaq.
Bunu Avrasiya İqtisadi Komissiyasının inteqrasiya və makroiqtisadiyyat naziri Sergey Qlazyev Moskvada, "İnteqrasiya forumu"nda deyib.
"Hazırda komissiya Avrasiya İqtisadi İttifaqı ölkələri ilə birlikdə 2030-cu ilə qədər və 2045-ci ilə qədər olan dövr üçün Aİİ-də iqtisadi proseslərin gələcək inkişafına dair bəyannamə layihəsi üzərində fəal işləyir. Həmçinin Aİİ-nin fəaliyyətinə dair hesabat da hazırlanır ki, bu da birliyin mövcudluğunun bütün dövrünü əhatə edir. Hər iki sənədin dekabrda dövlət başçılarına təqdim edilməsi planlaşdırılır", - deyə AİK-in mətbuat xidmətindən "BELTA"ya bildirilib.
Qlazyevin sözlərinə görə, inteqrasiyanın ÜDM-in artımına ən böyük töhfəsi Belarusda müşahidə olunur. Qırğızıstan və Ermənistan da mühüm göstəricilərə malikdirlər.
"Qazaxıstan və Rusiyada təsirlər nisbətən azdır, lakin mütləq mənada heç də az deyil. Yəni Avrasiya iqtisadi inteqrasiyası iqtisadi fəallığın çox yüksək artımını təmin edir, artım imkanları isə böyükdür", - deyə Qlazyev forumda bəyan edib.
O, həmçinin Aİİ ölkələrində istehsal gücündən istifadənin 60%-dən bir qədər çox olmasına diqqət çəkib ki, bu da istehsal həcminin artırılması üçün imkanlar açır.