DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tokayev DİN rəhbərinə sabiq nazirin törətdiyi sensasion qətllə bağlı tapşırıq verib

© Sputnik / Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidQazaxıstan Prezidenti Kasım-Jomart Tokayev
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev - Sputnik Azərbaycan, 1920, 15.11.2023
Abunə olmaq
Qazaxıstanın sabiq milli iqtisadiyyat naziri Kuandıq Bişimbayevin paytaxt restoranlarının birində həyat yoldaşını döyərək öldürməsi xəbəri cəmiyyətdə rezonans yaradıb.
BAKI, 15 noyabr — Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Daxili İşlər Nazirliyinin rəhbərliyinə paytaxt restoranlarından birində baş vermiş səs-küylü qətl hadisəsini xüsusi nəzarətdə saxlamağı tapşırıb. Bu barədə Qazaxıstan liderinin mətbuat xidməti xəbər verir.
Noyabrın 9-da bir sıra Qazaxıstan KİV-i keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayevin həyat yoldaşının Astanadakı restoranlardan birində qətlə yetirilməsi barədə məlumat yayıb. Noyabrın 12-də Astananın ixtisaslaşdırılmış rayonlararası istintaq məhkəməsi Bişimbayevin həbsinə order verib. Lakin şəhər polis idarəsi sabiq milli iqtisadiyyat nazirinin hansı cinayətdə ittiham olunduğunu açıqlamayıb.
Tokayev daxili işlər naziri Yerjan Sadenov, baş prokuror Berik Asılov, Ali Məhkəmənin sədri Aslambek Merqaliev, eləcə də digər aidiyyəti idarələrin rəhbərləri ilə görüşlər və məsləhətləşmələr aparıb.
Qazaxıstan Prezidenti qanunun aliliyinə riayət edilməsi, vətəndaşların hüquqi şüurunun və mədəniyyətinin səviyyəsinin yüksəldilməsi məsələlərinə xüsusi diqqət yetirib.
Dövlət başçısı hüquq-mühafizə orqanlarının fəaliyyəti, vətəndaşların hüquqi şüurunun və hüquq mədəniyyətinin yüksəldilməsi ilə bağlı məsələləri xüsusi vurğulayıb. Tokayevin fikrincə, qanun və asayiş prinsipi Qazaxıstan cəmiyyətinin ideoloji və siyasi dayağına çevrilməlidir. Mövcud vəziyyət küçə ədəbsizliyindən tutmuş davalara, oğurluqlara, qətllərə qədər bütün növ cinayətlərə qarşı barışmaz müqavimət tələb edir. Belə qalmaqallara qarşı bütün cəmiyyət mübarizə aparmalıdır. Ölkədə elə bir şərait yaratmaq lazımdır ki, cəmiyyət məişət zorakılığı, vandalizm, kobudluq, xuliqanlıq kimi qayda pozuntularına dözümsüz yanaşsız, onu qətiyyətlə pisləsin. Qadınlara və uşaqlara qarşı zorakılığın qarşısı qətiyyətlə alınmalıdır.
Qasım-Jomart Tokayev Daxili İşlər Nazirliyinə paytaxt restoranlarından birində baş verən sensasiyalı qətl hadisəsini xüsusi nəzarətə götürməyi tapşırıb.
"Qanun hamı üçün eynidir. Cəmiyyətdə ədalət o zaman bərqərar olar ki, vətəndaşlarımız qanunun aliliyinin möhkəmləndirilməsi üçün var gücü ilə çalışsınlar. Ədalətli Qazaxıstan Qanunun və Asayişin hökm sürdüyü ölkədir" - Tokayev əlavə edib.
Qeyd edək ki, noyabrın 9-da sabiq milli iqtisadiyyat naziri Kuandıq Bişimbayevin paytaxt restoranlarının birində həyat yoldaşını döyərək öldürməsi xəbəri cəmiyyətdə rezonans yaradıb. Bəzi KİV-lər Bişimbayevin sərxoş olduğunu və hətta narkotik qəbul etdiyini yazıb.
Polis mərhumun xəstəxanaya çatdırılana qədər öldüyünü bildirib. Daxili İşlər Nazirliyi həmin gün restoranda mübahisə zəminində bir qadının aldığı xəsarətlərdən öldüyünü təsdiqləyib. Lakin o, hadisə ilə bağlı heç bir məlumat verməyib: zərərçəkənin adını çəkməyib. Daha sonra Daxili İşlər Nazirliyi “Astana” restoranında törədilən qətllə bağlı Kuandıq Bişimbayevin həbs olunduğunu təsdiqləyib. Kuandıq Bişimbayevin həyat yoldaşının ölümünün araşdırılması zamanı hadisənin baş verdiyi restoranın sahibi cinayəti gizlətməkdə şübhəli bilinərək həbs edilib və müvəqqəti saxlama təcridxanasına salınıb. Polis “Bau” restoranının müşahidə kameralarından videogörüntülər əldə edib.
Bişimbayev 2016-cı ilin may-dekabr aylarında Qazaxıstanın milli iqtisadiyyat naziri vəzifəsində çalışıb. 2018-ci ilin martında məhkəmə Bişimbayevi ömürlük dövlət qulluğunda rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, habelə əmlakı müsadirə olunmaqla 10 il müddətinə azadlıqdan məhrum edib. O, rüşvət almaqda və büdcə vəsaitlərini mənimsəməkdə təqsirli bilinib. 2019-cu ilin oktyabrında Çimkent (Qazaxıstanın cənubunda yerləşən respublika əhəmiyyətli şəhər) məhkəməsi keçmiş nazirin şərti azadlığa buraxılması barədə qərar çıxarıb.
Xəbər lenti
0