https://sputnik.az/20231115/srail-terror-dovletidir---turkiye-prezidenti-460579548.html
İsrail terror dövlətidir - Türkiyə prezidenti
İsrail terror dövlətidir - Türkiyə prezidenti
Sputnik Azərbaycan
Türkiyə lideri yəhudi dövlətinin Qəzzaya hücumlarına görə bu fikri ifadə edib. 15.11.2023, Sputnik Azərbaycan
2023-11-15T21:23+0400
2023-11-15T21:23+0400
2023-11-15T21:23+0400
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
dünya xəbərləri
həmas
antonio quterreş
israil
fələstin
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1b/457194850_0:161:3071:1888_1920x0_80_0_0_677ee040572d44a3f088bc23f1a4d1bc.jpg
BAKI, 15 noyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü il noyabrın 15-də ölkə parlamentində çıxışı zamanı İsrailin terrorçu dövlət olduğunu deyib. Bu barədə Rusiya mediası xəbər verib. "İsrail Qəzzanı terror edir. İsrail terror dövlətidir" - Ərdoğan vurğulayıb. Fələstin-İsrail münaqişəsi 2023-cü il oktyabrın 7-də səhər saatlarında İsrailin bir neçə bölgəsinin Qəzza zolağından HƏMAS raketləri ilə hücumundan sonra kəskinləşib. Yəhudi dövlətinin hərbi-siyasi kabineti ölkənin "müharibə vəziyyətinə" keçdiyini elan edib. Bu yaxınlarda Ərdoğan İsraili hərbi cinayətkar və işğalçı adlandırıb. Türkiyə lideri əlavə edib ki, yəhudi dövlətinin Qəzza zolağında dinc məhəllələrə qarşı qeyri-insani hücumları, minlərlə dinc sakinin ölümü Qüds və ABŞ-ın vicdanındadır. BMT-nin baş katibi Antonio Quterres İsrail və HƏMAS arasında atəşkəs çağırışı ilə dəfələrlə çıxış edib. O qeyd edib ki, anklavdakı vəziyyət ağır olaraq qalır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1b/457194850_170:0:2901:2048_1920x0_80_0_0_648beea0e83d090ab49754dbebb6c28a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə prezidenti rəcəb tayyib ərdoğan, həmas, antonio quterreş, israil, fələstin
türkiyə prezidenti rəcəb tayyib ərdoğan, həmas, antonio quterreş, israil, fələstin
İsrail terror dövlətidir - Türkiyə prezidenti
Türkiyə lideri yəhudi dövlətinin Qəzzaya hücumlarına görə bu fikri ifadə edib.
BAKI, 15 noyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü il noyabrın 15-də ölkə parlamentində çıxışı zamanı İsrailin terrorçu dövlət olduğunu deyib.
Bu barədə Rusiya mediası xəbər verib.
"İsrail Qəzzanı terror edir. İsrail terror dövlətidir" - Ərdoğan vurğulayıb.
Fələstin-İsrail münaqişəsi 2023-cü il oktyabrın 7-də səhər saatlarında İsrailin bir neçə bölgəsinin Qəzza zolağından HƏMAS raketləri ilə hücumundan sonra kəskinləşib. Yəhudi dövlətinin hərbi-siyasi kabineti ölkənin "müharibə vəziyyətinə" keçdiyini elan edib.
Bu yaxınlarda Ərdoğan İsraili hərbi cinayətkar və işğalçı adlandırıb. Türkiyə lideri əlavə edib ki, yəhudi dövlətinin Qəzza zolağında dinc məhəllələrə qarşı qeyri-insani hücumları, minlərlə dinc sakinin ölümü Qüds və ABŞ-ın vicdanındadır.
BMT-nin baş katibi Antonio Quterres İsrail və HƏMAS arasında atəşkəs çağırışı ilə dəfələrlə çıxış edib. O qeyd edib ki, anklavdakı vəziyyət ağır olaraq qalır.