https://sputnik.az/20231115/siyavus-novruzov-banklar-kredit-faizlerini-asagi-salinmalidirlar-460566844.html
Siyavuş Novruzov: Banklar kredit faizlərini aşağı salmalıdırlar
Siyavuş Novruzov: Banklar kredit faizlərini aşağı salmalıdırlar
Sputnik Azərbaycan
Komitə sədri hazırda 40-a yaxın bankın ölkəmizdə fəaliyyət göstərdiyini, bankların çox olmasının rəqabət yarada biləcəyini söyləyib. 15.11.2023, Sputnik Azərbaycan
2023-11-15T12:25+0400
2023-11-15T12:25+0400
2023-11-15T18:15+0400
siyavuş novruzov
cəmiyyət
kredit
kredit faizləri
kredit faizlərinin endirilməsi
güzəştli kredit
milli məclis
banklar
"banklar haqqında" qanun
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442372821_0:0:2932:1649_1920x0_80_0_0_7bfa679fd8ec0418d393e400f718a0aa.jpg
BAKI, 15 noyabr — Sputnik. Vətəndaşların banklardan götürdükləri kreditlərin faiz dərəcələri aşağı salınmalıdır. Bunu Milli Məclisin bu gün keçirilən iclasında "Banklar haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. Deputat bildirib ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ölkədə 300-ə yaxın bank var idi: "Tədricən bank sistemi təkmilləşdi, bir sıra banklar sıradan çıxdı, bəzi banklar düzgün işləmədiyinə görə ləğv olundu. Hazırda 40-a yaxın bank ölkəmizdə fəaliyyət göstərir. Amma bankların çox olması rəqabət yarada bilər. Bu gün vətəndaşların kiçik və orta sahibkarlıqla məşğul olmaq üçün ala biləcəyi kreditlərin faizləri yuxarıdır, illik 14%-dən başlayır. Vətəndaşın bu krediti götürüb qaytarması çətin olur. Vətəndaş külli miqdarda vəsaiti ümumiyyətlə götürə bilmir". S.Novruzov bildirib ki, kredit faizləri aşağı salınmalıdır: "Kənd təsərrüfatı sahəsinə illik 3-7%-lə kreditlər verilir və digər vətəndaşlar üçün də bu faizlər əlçatan olmalıdır. Bu olsa, kiçik və orta sahibkarlıq inkişaf edər. İkincisi, yerli bankların xarici banklarla əməkdaşlığı sıfır səviyyəsindədir. Keçmişdə Almaniya və digər ölkələrdəki banklardan vəsaitlər alınırdı ki, vətəndaşlara verilsin. Bu zaman vətəndaşa aşağı faizlə kreditlər verilə bilirdi, banklar da qazanırdı. İndi bu sıradan çıxıb". "Kreditlərə əlçatanlıq olmalıdır ki, regionlarda iş yerləri açılsın, rayonlara investisiyalar daxil olsun", -deyə komitə sədri əlavə edib. Bundan başqa, S.Novruzov deyib ki, ölkədə valyuta-dəyişmə məntəqələrinin sayı artırılmalı və hamısı şənbə-bazar günlərində işləməlidir: "Valyuta-dəyişmə məntəqələri demək olar ki, ancaq bankların içində yerləşir. Vətəndaşlar şənbə-bazar günlərində pul dəyişmək üçün yer axtarmağa məcbur olur. Rayon yerlərində "qara bazar" aktiv fəaliyyət göstərir, pullar müəyyən yerlərdə əldə dəyişdirilir və bundan dövlətə xeyir gəlmir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442372821_155:0:2886:2048_1920x0_80_0_0_7284511974479739c8c84ffdb9bc550b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
siyavuş novruzov, kredit, kredit faizləri, kredit faizlərinin endirilməsi, güzəştli kredit, milli məclis, banklar, "banklar haqqında" qanun
siyavuş novruzov, kredit, kredit faizləri, kredit faizlərinin endirilməsi, güzəştli kredit, milli məclis, banklar, "banklar haqqında" qanun
Siyavuş Novruzov: Banklar kredit faizlərini aşağı salmalıdırlar
12:25 15.11.2023 (Yenilənib: 18:15 15.11.2023) Komitə sədri hazırda 40-a yaxın bankın ölkəmizdə fəaliyyət göstərdiyini, bankların çox olmasının rəqabət yarada biləcəyini söyləyib.
BAKI, 15 noyabr — Sputnik. Vətəndaşların banklardan götürdükləri kreditlərin faiz dərəcələri aşağı salınmalıdır.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında "Banklar haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ölkədə 300-ə yaxın bank var idi: "Tədricən bank sistemi təkmilləşdi, bir sıra banklar sıradan çıxdı, bəzi banklar düzgün işləmədiyinə görə ləğv olundu. Hazırda 40-a yaxın bank ölkəmizdə fəaliyyət göstərir. Amma bankların çox olması rəqabət yarada bilər. Bu gün vətəndaşların kiçik və orta sahibkarlıqla məşğul olmaq üçün ala biləcəyi kreditlərin faizləri yuxarıdır, illik 14%-dən başlayır. Vətəndaşın bu krediti götürüb qaytarması çətin olur. Vətəndaş külli miqdarda vəsaiti ümumiyyətlə götürə bilmir".
S.Novruzov bildirib ki, kredit faizləri aşağı salınmalıdır: "Kənd təsərrüfatı sahəsinə illik 3-7%-lə kreditlər verilir və digər vətəndaşlar üçün də bu faizlər əlçatan olmalıdır. Bu olsa, kiçik və orta sahibkarlıq inkişaf edər. İkincisi, yerli bankların xarici banklarla əməkdaşlığı sıfır səviyyəsindədir. Keçmişdə Almaniya və digər ölkələrdəki banklardan vəsaitlər alınırdı ki, vətəndaşlara verilsin. Bu zaman vətəndaşa aşağı faizlə kreditlər verilə bilirdi, banklar da qazanırdı. İndi bu sıradan çıxıb".
"Kreditlərə əlçatanlıq olmalıdır ki, regionlarda iş yerləri açılsın, rayonlara investisiyalar daxil olsun", -deyə komitə sədri əlavə edib.
Bundan başqa, S.Novruzov deyib ki, ölkədə valyuta-dəyişmə məntəqələrinin sayı artırılmalı və hamısı şənbə-bazar günlərində işləməlidir: "Valyuta-dəyişmə məntəqələri demək olar ki, ancaq bankların içində yerləşir. Vətəndaşlar şənbə-bazar günlərində pul dəyişmək üçün yer axtarmağa məcbur olur. Rayon yerlərində "qara bazar" aktiv fəaliyyət göstərir, pullar müəyyən yerlərdə əldə dəyişdirilir və bundan dövlətə xeyir gəlmir".