DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Mirzoyan Brüsselə niyə gedib?

© MAXIM SHIPENKOV / POOL / AFPErmənistanın xarici işlər naziri Ararat Mirzoyan
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan - Sputnik Azərbaycan, 1920, 15.11.2023
Abunə olmaq
Ermənistanın xarici işlər naziri noyabrın 13-də Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Leo Doçerti ilə görüşündə iki ölkə arasında strateji dialoqun başlandığını elan edib.
BAKI, 15 noyabr — Sputnik. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunda iştirak edəcək. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan sosial şəbəkələrdə məlumat verib.
Mirzoyan noyabrın 15-də Belçika paytaxtına işgüzar səfərə gəlib.
Forumda iştirakla yanaşı, Brüsseldə də bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.
Mirzoyan Brüsselə Londondan gedib. Mirzoyan noyabrın 13-də Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Leo Doçerti ilə görüşündə iki ölkə arasında strateji dialoqun başlandığını elan edib.
Xəbər lenti
0