https://sputnik.az/20231115/manatin-mezennesi-2027-ci-iledek-sabit-qalacaq-460537537.html
Manatın məzənnəsi 2027-ci ilədək sabit qalacaq
Manatın məzənnəsi 2027-ci ilədək sabit qalacaq
Sputnik Azərbaycan
Ötən ilin sonlarında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, Mərkəzi Bank sabit məzənnə rejimini növbəti il üçün də qorumağa çalışacaq və bu sabitliyin... 15.11.2023, Sputnik Azərbaycan
2023-11-15T08:31+0400
2023-11-15T08:31+0400
2023-11-15T08:31+0400
manat
iqtisadiyyat
məzənnə
dollar
https://cdnn1.img.sputnik.az/img/42226/84/422268480_0:102:2000:1227_1920x0_80_0_0_2985644d74733688e7e10bec0f5c3da7.jpg
BAKI, 15 noyabr — Sputnik. "Fitch Group"a aid olan "Fitch Solutions" (FS) qarşıdakı on il üzrə Azərbaycan manatının məzənnəsi üzrə proqnozunu açıqlayıb. FS 2027-ci ilə kimi manatın məzənnəsinin sabit qalacağını proqnozlaşdırıb. Bununla belə, şirkət 2027-ci ildə manatın məzənnəsinin 1,75 səviyyəsinə, 2028-ci ildən isə 1,80 səviyyəsinə qədər enəcəyini bildirib. Proqnoza görə, USD/AZN məzənnəsi 2033-cü ilə kimi 1,80 səviyyəsində qalacaq. Qeyd edək ki, bundan əvvəl, Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING də manatın məzənnəsinin 2026-cı ilə kimi sabit qalacağını proqnozlaşdırdığını açıqlayıb. Xatırladaq ki, ötən ilin sonlarında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, Mərkəzi Bank sabit məzənnə rejimini növbəti il üçün də qorumağa çalışacaq və bu sabitliyin təmin edilməsi üçün əlindən gələni edəcək. Əlavə edək ki, ötən ilin sentyabrında Maliyyə Nazirliyinin 2023-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilib ki, 2023-cü ildə də makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalmasını dəstəkləyəcək. Sənəddə deyilib ki, İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2023-2026-cı illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat səviyyəsində götürülüb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/84/422268480_114:0:1887:1330_1920x0_80_0_0_942e4edda98a79b8da399106334140df.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
manat, məzənnə, dollar
Manatın məzənnəsi 2027-ci ilədək sabit qalacaq
Ötən ilin sonlarında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, Mərkəzi Bank sabit məzənnə rejimini növbəti il üçün də qorumağa çalışacaq və bu sabitliyin təmin edilməsi üçün əlindən gələni edəcək.
BAKI, 15 noyabr — Sputnik. "Fitch Group"a aid olan "Fitch Solutions" (FS) qarşıdakı on il üzrə Azərbaycan manatının məzənnəsi üzrə proqnozunu açıqlayıb.
FS 2027-ci ilə kimi manatın məzənnəsinin sabit qalacağını proqnozlaşdırıb. Bununla belə, şirkət 2027-ci ildə manatın məzənnəsinin 1,75 səviyyəsinə, 2028-ci ildən isə 1,80 səviyyəsinə qədər enəcəyini bildirib. Proqnoza görə, USD/AZN məzənnəsi 2033-cü ilə kimi 1,80 səviyyəsində qalacaq.
Qeyd edək ki, bundan əvvəl, Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING də manatın məzənnəsinin 2026-cı ilə kimi sabit qalacağını proqnozlaşdırdığını açıqlayıb.
Xatırladaq ki, ötən ilin sonlarında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, Mərkəzi Bank sabit məzənnə rejimini növbəti il üçün də qorumağa çalışacaq və bu sabitliyin təmin edilməsi üçün əlindən gələni edəcək.
Əlavə edək ki, ötən ilin sentyabrında Maliyyə Nazirliyinin 2023-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilib ki, 2023-cü ildə də makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalmasını dəstəkləyəcək.
Sənəddə deyilib ki, İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2023-2026-cı illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat səviyyəsində götürülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.