Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Lənkəranda yük və minik avtomobilləri toqquşub - xəsarət alanlar var

© Sputnik / Rahim MammadovQəza, arxiv şəkli
Qəza, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.11.2023
Abunə olmaq
Toqquşma nəticəsində 5-i Bərdə rayon sakinləri olmaqla 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
BAKI, 15 noyabr — Sputnik. Lənkəranda yük və minik avtomobilləri toqquşub, 7 nəfər xəsarət alıb.
Hadisə Lənkəran-Boradigah-Masallı yolunun Girdəni kəndi ərazisində baş verib.
Belə ki, "QAZel" markalı yük avtomobili "VAZ-21011" markalı minik avtomobili ilə toqquşub.
Toqquşma nəticəsində 5-i Bərdə rayon sakinləri olmaqla 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Bərdə rayon sakinləri - 1984-cü il təvəllüdlü Ramin İsax oğlu Hüseynov, 1957-ci il təvəllüdlü Roza İsacan qızı Hümmətova, 2009-cu il təvəllüdlü Yasəmən Yasin qızı Şirinzadə, 1981-ci il təvəllüdlü Sevil Sabir qızı Hüseynova, 1980-cı il təvəllüdlü Sevinc Sabir qızı Hüseynova və iki nəfər Lənkəran rayon sakinləri 1988-ci il təvəllüdlü Elmin Əli oğlu Rzayev, 1984 - cü il təvəllüdlü Mirmayis Mətləb oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Acil şöbəsinə yerləşdiriliblər.
"Report" xəbər verir ki, yaralılardan Roza Hümmətovanın vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
0