Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Bu günün faktiki havası açıqlanıb

© Sputnik / Ilham MustafayevDumanlı hava, arxiv şəkli
Dumanlı hava, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.11.2023
Abunə olmaq
Şimal-qərb küləyi arabir Naftalanda 24 m/s, Qobustanda 22 m/s, Şahdağda 20 m/s, Mingəçevirdə 19 m/s, Tərtər, Bərdədə 18 m/s, Gəncədə 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 28 m/s-dək güclənib.
BAKI, 15 noyabr — Sputnik. Milli Hidrometeorologiya Xidmətinin noyabrın 15-nə olan məlumatına əsasən, gecə və səhər bəzi yerlərdə arabir yağış yağıb.
Xidmətdən verilən xəbərə görə, şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib.
Düşən yağıntının miqdarı: Şəkidə 6 mm, Qax, Ordubad, Sədərək, Mingəçevir, Goranboy, Gədəbəy, Naxçıvan, Şərur, Şahbuz, Naftalan, Ağdam, Balakən, Zaqatala, Oğuz, Ağsu, Xınalıq, Qrız, Şahdağ, Tərtər, Naftalan, Yevlax, Kürdəmirdə 4 mm-dək olub.
Külək: Şimal-qərb küləyi arabir Naftalanda 24 m/s, Qobustanda 22 m/s, Şahdağda 20 m/s, Mingəçevirdə 19 m/s, Tərtər, Bərdədə 18 m/s, Gəncədə 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 28 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.6 metrə çatıb.
Xəbər lenti
0