Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

BTQ-nin Gürcüstanda genişləndirilməsi işi nə vaxt başa çatacaq?

© © Пресс-служба АЖДBakı-Tbilisi-Qars dəmir yolu xətti hərəkət edən qatar
Bakı-Tbilisi-Qars dəmir yolu xətti hərəkət edən qatar - Sputnik Azərbaycan, 1920, 15.11.2023
Abunə olmaq
Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan bir sıra strateji nəqliyyat layihələrinin təşəbbüskarı kimi çıxış edir.
BAKI, 15 noyabr — Sputnik. Bu ilin sonuna qədər Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Gürcüstan ərazisində genişləndirilməsi işləri başa çatdırılacaq.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda "Dayanıqlı maliyyə və investisiya" mövzusunda keçirilən II Bakı Forumunda bildirib.
Onun sözlərinə görə, bu layihənin tam reallaşdırılması Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərindəki mühüm rolu oynadığını göstərir: "Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan bir sıra strateji nəqliyyat layihələrinin təşəbbüskarı kimi çıxış edir. Ölkəmizin maliyyə dəstəyi ilə inşa edilmiş BTQ dəmir yolu 2017-ci ildə istismara verilib. Digər mühüm layihə isə Bakı Beynəlxalq Dəniz Ticarət Limanıdır. Bu limanın yanında yerləşən və müasir infrastruktura malik olan Ələt Azad İqtisadi Zonası yerli və xarici investor cəlb etməklə yüksək əlavə dəyərli, ixracyönümlü məhsul və xidmətlər istehsalını təşkil edəcək, Azərbaycanın tranzit imkanlarını genişləndirəcək, yükdaşımaları artıracaq. Sosial-iqtisadi inkişaf strategiyamızda da ölkəmizin regional haba və e-ticarət mərkəzinə çevrilməsi nəzərdə tutulur".
Xəbər lenti
0