https://sputnik.az/20231115/bas-nazirinin-muavini-cinin-azerbaycandaki-sefiri-ile-gorusde-ne-deyib-460573023.html
Baş nazirinin müavini Çinin Azərbaycandakı səfiri ilə görüşdə nə deyib?
Baş nazirinin müavini Çinin Azərbaycandakı səfiri ilə görüşdə nə deyib?
Sputnik Azərbaycan
Söhbət zamanı Azərbaycanla Çin arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. 15.11.2023, Sputnik Azərbaycan
2023-11-15T17:12+0400
2023-11-15T17:12+0400
2023-11-15T17:12+0400
çin
şahin mustafayev
şanxay
şanxay əməkdaşlıq təşkilatı
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1a/441452605_0:0:2001:1125_1920x0_80_0_0_322ba93420832c76b295a62b0dcf9046.jpg
BAKI, 15 noyabr — Sputnik. Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev noyabrın 14-də Çin Xalq Respublikasının ölkəmizdəki səfiri xanım Qo Min ilə görüşüb. Nazirlər Kabinetindən verilən xəbərə görə, görüşdə Azərbaycan-Çin dostluq və əməkdaşlıq əlaqələrinin siyasi, ticarət-iqtisadi, qarşılıqlı investisiyalar, nəqliyyat-logistika, energetika, kənd təsərrüfatı, humanitar və bütün digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi, dövlətlərarası münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı bildirilib. 2023-cü ilin 4-6 noyabr tarixlərində Baş nazirin müavini Ş.Mustafayevin rəhbərliyi ilə Azərbaycan Respublikası nümayəndə heyətinin Çinin Şanxay şəhərinə səfərinin nəticələri yüksək qiymətləndirilib. Səfər çərçivəsində keçirilmiş Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 9-cu iclasının nəticələrinə dair imzalanmış Protokolun ticarət-iqtisadi sahədə münasibətlərin inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub. Eyni zamanda ölkəmizin Şanxay şəhərində keçirilmiş 6-cı Çin Beynəlxalq İdxal Sərgisində iştirakının əhəmiyyəti vurğulanıb. Söhbət zamanı Azərbaycanla Çin arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1a/441452605_0:0:1777:1333_1920x0_80_0_0_35421c91de4bde2e8fc78a8f971059d0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
çin, şahin mustafayev, şanxay, şanxay əməkdaşlıq təşkilatı
çin, şahin mustafayev, şanxay, şanxay əməkdaşlıq təşkilatı
Baş nazirinin müavini Çinin Azərbaycandakı səfiri ilə görüşdə nə deyib?
Söhbət zamanı Azərbaycanla Çin arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
BAKI, 15 noyabr — Sputnik. Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev noyabrın 14-də Çin Xalq Respublikasının ölkəmizdəki səfiri xanım Qo Min ilə görüşüb.
Nazirlər Kabinetindən verilən xəbərə görə, görüşdə Azərbaycan-Çin dostluq və əməkdaşlıq əlaqələrinin siyasi, ticarət-iqtisadi, qarşılıqlı investisiyalar, nəqliyyat-logistika, energetika, kənd təsərrüfatı, humanitar və bütün digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi, dövlətlərarası münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı bildirilib.
2023-cü ilin 4-6 noyabr tarixlərində Baş nazirin müavini Ş.Mustafayevin rəhbərliyi ilə Azərbaycan Respublikası nümayəndə heyətinin Çinin Şanxay şəhərinə səfərinin nəticələri yüksək qiymətləndirilib.
Səfər çərçivəsində keçirilmiş Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 9-cu iclasının nəticələrinə dair imzalanmış Protokolun ticarət-iqtisadi sahədə münasibətlərin inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.
Eyni zamanda ölkəmizin Şanxay şəhərində keçirilmiş 6-cı Çin Beynəlxalq İdxal Sərgisində iştirakının əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı Azərbaycanla Çin arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.