Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanın hansı rayonları dövlət büdcəsindən subsidiya alacaq

Abunə olmaq
2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 34,1 milyard manatdan çox, xərcləri isə 36,7 milyard manatdan çox olacaq. Hansı rayonların büdcədən subsidiya alacağı barədə daha ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında.
Azərbaycanın 2024-cü il üçün dövlət büdcəsi layihəsinə uyğun olaraq, ölkənin yalnız yeddi rayonu subsidiya alacaq. Belə ki, subsidiyaların ən böyük həcmi Kəlbəcər rayonuna ayrılacaq - 1,94 milyon manat.
Bundan əlavə, ölkənin dövlət büdcəsindən işğaldan azad edilmiş digər rayonlara - Xocalı, Xocavənd, Laçın, Zəngilan və Cəbrayıl rayonlarına da subsidiyalar ayrılacaq.
Yardımlı rayonu da 1,86 milyon manat məbləğində subsidiya alacaq.
Qeyd edək ki, Azərbaycanın 2024-cü il dövlət büdcəsinin gəlirləri 34,173 milyard manat, xərcləri isə 36,763 milyard manat məbləğində proqnozlaşdırılır. Gələn il işğaldan azad edilmiş ərazilərin bərpası üçün 4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0