https://sputnik.az/20231115/azerbaycanda-seker-xesteleri-ucun-yeni-mekteb-fealiyyete-basladi-460563838.html
Azərbaycanda şəkər xəstələri üçün yeni məktəb fəaliyyətə başladı
Azərbaycanda şəkər xəstələri üçün yeni məktəb fəaliyyətə başladı
Sputnik Azərbaycan
TƏBİB nümayəndəsi bu təcrübənin gələcəkdə regionlarda da tətbiqinin vacib olduğunu vurğulayıb. 15.11.2023, Sputnik Azərbaycan
2023-11-15T12:49+0400
2023-11-15T12:49+0400
2023-11-17T12:09+0400
xəstə
səhiyyə
diabet
şəkərli diabet xəstəsi
şəkərli diabet
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/0f/460561161_0:120:1280:840_1920x0_80_0_0_a85f854a82f32aa88afc7fadc0394829.jpg
BAKI, 15 noyabr — Sputnik. Respublika Endokrinoloji Mərkəzində "Diabet Məktəbi" fəaliyyətə başlayıb. Tədbirdə TƏBİB-in nümayəndəsi Nahidə Mahmudova, Mərkəzin direktoru Nərmin İsmayılova, Azərbaycan Diabet Liqasının sədri, həkim-endokrinoloq Yeganə Sultanova və təlimçilər iştirak edib. Tədbirdə çıxış edən "Diabet Məktəbi"nin koordinatoru Yeganə Sultanova bildirib ki, şəkər xəstələri üçün təlimlər həftədə iki saat olmaqla dörd gün keçiriləcək. O, diabet xəstələrinin müalicəsi ilə yanaşı pasiyentlərin terapevtik təliminin də vacib olduğunu, dünyada bu təcrübədən geniş istifadə olunduğunu söyləyib. Bildirib ki, "Diabet Məktəbi" ndə diabet xəstələrinin terapevtik təlimi ödənişsiz aparılacaq. TƏBİB nümayəndəsi bu təcrübənin gələcəkdə regionlarda da tətbiqinin vacib olduğunu vurğulayıb. Nərmin İsmayılova isə bildirib ki, təlimdə pasiyentə mövcud xəstəliklə birgə həyatın idarə edilmə bacarıqları barədə məlumat verilir:"Diabetli xəstələrə düzgün qidalanma əyani şəkildə izah edilir, insulindən istifadə qaydaları, şəkərin normalda saxlanılması üçün zəruri məlumatlar verilir". "Diabet Məktəbi"nin təşkilinə dəstək göstərən "Servier" şirkətinin nümayəndəsi də bu təcrübənin dünyada geniş yayıldığını söyləyib. Bildirib ki, "Diabet Məktəbi" ndə iştirak edən pasiyentlər üçün məlumatlandırıcı bukletlər çap olunub. Y. Sultanova gələcəkdə bölgələrdə belə məktəblərin fəaliyyət göstərməsi üçün təlimçilərin hazırlanmasının vacib olduğunu söyləyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/0f/460561161_0:0:1280:960_1920x0_80_0_0_900c5b9dbcdc98ab0dafc343498cd094.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəstə, diabet, şəkərli diabet xəstəsi, şəkərli diabet
xəstə, diabet, şəkərli diabet xəstəsi, şəkərli diabet
Azərbaycanda şəkər xəstələri üçün yeni məktəb fəaliyyətə başladı
12:49 15.11.2023 (Yenilənib: 12:09 17.11.2023) TƏBİB nümayəndəsi bu təcrübənin gələcəkdə regionlarda da tətbiqinin vacib olduğunu vurğulayıb.
BAKI, 15 noyabr — Sputnik. Respublika Endokrinoloji Mərkəzində "Diabet Məktəbi" fəaliyyətə başlayıb. Tədbirdə TƏBİB-in nümayəndəsi Nahidə Mahmudova, Mərkəzin direktoru Nərmin İsmayılova, Azərbaycan Diabet Liqasının sədri, həkim-endokrinoloq Yeganə Sultanova və təlimçilər iştirak edib.
Tədbirdə çıxış edən "Diabet Məktəbi"nin koordinatoru Yeganə Sultanova bildirib ki, şəkər xəstələri üçün təlimlər həftədə iki saat olmaqla dörd gün keçiriləcək.
O, diabet xəstələrinin müalicəsi ilə yanaşı pasiyentlərin terapevtik təliminin də vacib olduğunu, dünyada bu təcrübədən geniş istifadə olunduğunu söyləyib. Bildirib ki, "Diabet Məktəbi" ndə diabet xəstələrinin terapevtik təlimi ödənişsiz aparılacaq.
TƏBİB nümayəndəsi bu təcrübənin gələcəkdə regionlarda da tətbiqinin vacib olduğunu vurğulayıb.
Nərmin İsmayılova isə bildirib ki, təlimdə pasiyentə mövcud xəstəliklə birgə həyatın idarə edilmə bacarıqları barədə məlumat verilir:
"Diabetli xəstələrə düzgün qidalanma əyani şəkildə izah edilir, insulindən istifadə qaydaları, şəkərin normalda saxlanılması üçün zəruri məlumatlar verilir".
"Diabet Məktəbi"nin təşkilinə dəstək göstərən "Servier" şirkətinin nümayəndəsi də bu təcrübənin dünyada geniş yayıldığını söyləyib. Bildirib ki, "Diabet Məktəbi" ndə iştirak edən pasiyentlər üçün məlumatlandırıcı bukletlər çap olunub. Y. Sultanova gələcəkdə bölgələrdə belə məktəblərin fəaliyyət göstərməsi üçün təlimçilərin hazırlanmasının vacib olduğunu söyləyib.