Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycan yazıçı və nəşriyyatları Başqırdıstan "Kitap Bayram" yarmarkasına dəvət olunub

© Sputnik / Kemale AliyevaBaşqırdıstan Respublikasının nümayəndə heyəti IX Bakı Beynəlxalq Kitab Sərgisində "Kitap Bayram" Beynəlxalq Kitab Sərgisinin prezentasiyasını təqdim edib
Başqırdıstan Respublikasının nümayəndə heyəti IX Bakı Beynəlxalq Kitab Sərgisində  Kitap Bayram Beynəlxalq Kitab Sərgisinin prezentasiyasını təqdim edib - Sputnik Azərbaycan, 1920, 15.11.2023
Abunə olmaq
"Başqırdıstan Respublikasının Mədəniyyət Proqramları Direktorluğu" Muxtar Qeyri-Kommersiya Təşkilatının direktoru Gülnarə Yurina və Başqırdıstan Respublikası Yazıçılar Birliyinin sədri Aygiz Baymuxametov "Kitap bayram" kitab yarmarkasından danışıblar.
BAKI, 15 noyabr — Sputnik. Başqırdıstan Respublikasının nümayəndə heyəti IX Bakı Beynəlxalq Kitab Sərgisində bu il ilk dəfə Rusiyanın Ufa şəhərində təşkil olunan "Kitap Bayram" Beynəlxalq Kitab Sərgisinin prezentasiyasını təqdim edib. Azərbaycan yazıçıları və kitab nəşriyyatları sərgidə iştiraka dəvət edilib.
Layihəni Bakıda "Başqırdıstan Respublikasının Mədəniyyət Proqramları Direktorluğu" Muxtar Qeyri-Kommersiya Təşkilatının direktoru, Başqırdıstan Respublikasının əməkdar mədəniyyət işçisi Gülnarə Yurina və rusiyalı jurnalist, yazıçı, respublikanın əməkdar mədəniyyət işçisi, Başqırdıstan Respublikası Yazıçılar Birliyinin sədri Aygiz Baymuxametov təqdim ediblər.
© Sputnik / Kemale AliyevaBaşqırdıstan Respublikasının nümayəndə heyəti IX Bakı Beynəlxalq Kitab Sərgisində "Kitap Bayram" Beynəlxalq Kitab Sərgisinin prezentasiyasını təqdim edib
Делегация Республики Башкортостан представила на IX Бакинской международной книжной выставке презентацию Международной книжной ярмарки Китап-байрам - Sputnik Azərbaycan, 1920, 15.11.2023
Başqırdıstan Respublikasının nümayəndə heyəti IX Bakı Beynəlxalq Kitab Sərgisində "Kitap Bayram" Beynəlxalq Kitab Sərgisinin prezentasiyasını təqdim edib
Onlar Bakıdakı bu kitab bayramının yüksək səviyyədə təşkili üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, həmçinin Rusiya stendinin təşkilatçılarına - Dövri Mətbuat və Kitab Sənayesi Dövlət Dəstəyi Departamentinin direktor müavini Yuri Puli və Rusiya Rusiya Kitab İttifaqının prezidenti Sergey Stepaşinin timsalında Rusiya Federasiyasının Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiya Nazirliyinə minnətdarlıqlarını bildiriblər. Bundan əlavə, Ruslan Mirsayapovun şəxsində bütün məsələlərin həlli, detallara diqqət və Bakıya səfərin təşkilində kömək üçün Rusiyanın Azərbaycandakı ticarət nümayəndəliyinə təşəkkür ediblər.
Gülnarə Yurinanın "Sputnik Azərbaycan"a verdiyi xəbərə görə, onların Bakı Beynəlxalq Kitab Sərgisində iştirakının əsas məqsədi 2024-cü ildə mayın 24-dən 26-dək Ufada təşkil olunacaq "Kitap Bayram" kitab sərgisi haqqında məlumatlandırmaqdır. Tədbir şəhərin 450 illik yubileyi ilində baş tutacağı üçün xüsusilə geniş miqyaslı olacaq.
© Sputnik / Kemale AliyevaBaşqırdıstan Respublikasının nümayəndə heyəti IX Bakı Beynəlxalq Kitab Sərgisində "Kitap Bayram" Beynəlxalq Kitab Sərgisinin prezentasiyasını təqdim edib
Делегация Республики Башкортостан представила на IX Бакинской международной книжной выставке презентацию Международной книжной ярмарки Китап-байрам - Sputnik Azərbaycan, 1920, 15.11.2023
Başqırdıstan Respublikasının nümayəndə heyəti IX Bakı Beynəlxalq Kitab Sərgisində "Kitap Bayram" Beynəlxalq Kitab Sərgisinin prezentasiyasını təqdim edib
"Biz Bakıya Başqırdıstan Respublikasının Mədəniyyət Nazirliyi adından Azərbaycanın yazıçı ictimaiyyətini kitab sərgimizə dəvət etmək üçün gəlmişik. Müəllifləriniz orada öz əsərlərini təqdim edə və oxucularımızı öz əsərləri ilə tanış edə biləcəklər", - deyə Gülnarə Yurina bildirib.
O qeyd edib ki, "Kitap Bayram" kitab yarmarkası ilk dəfə bu ilin may ayında Başqırdıstan Respublikasının rəhbəri Radiy Xabirovun təşəbbüsü ilə Ufa şəhərində çoxlu sayda tarixi binaların, eləcə də 112-ci Başqırd süvari diviziyasının əfsanəvi komandiri, Rusiya Qəhrəmanı Miniqali Şaymuratovun abidəsinin yerləşdiyi məşhur təmir edilmiş Sovet meydanında təşkil olunub. Yurinanın sözlərinə görə, onların respublikasında yazı, poliqrafiya və kitabxanaşünaslığın inkişafı məhz bu meydandan başlayıb.
© Sputnik / Kemale AliyevaBaşqırdıstan Respublikasının nümayəndə heyəti IX Bakı Beynəlxalq Kitab Sərgisində "Kitap Bayram" Beynəlxalq Kitab Sərgisinin prezentasiyasını təqdim edib
Делегация Республики Башкортостан представила на IX Бакинской международной книжной выставке презентацию Международной книжной ярмарки Китап-байрам - Sputnik Azərbaycan, 1920, 15.11.2023
Başqırdıstan Respublikasının nümayəndə heyəti IX Bakı Beynəlxalq Kitab Sərgisində "Kitap Bayram" Beynəlxalq Kitab Sərgisinin prezentasiyasını təqdim edib
"Kitap Bayram" unikal bir hadisədir. İlk yarmarkada təkcə Rusiya regionlarından deyil, Belarus, Qırğızıstan və digər ölkələrdən də 206 ən böyük nəşriyyatlar, kitab mağazaları və nümunəvi kitabxanalar iştirak ediblər.
"Tədbirimizdə 160 mindən çox insan iştirak edib, onların arasında rəssamlar, dramaturqlar, sənətşünaslar da olub. Yarmarka çərçivəsində yeni kitabların satışı ilə yanaşı, tanınmış yazıçılarla görüşlər, populyar artistlərin çıxışları, müsabiqələr, o cümlədən gənc müəlliflərin yaradıcılığı ilə tanışlıq təşkil edilib", - deyə "Başqırdıstan Respublikası Mədəniyyət Proqramları İdarəsi" Muxtar Qeyri-Kommersiya Təşkilatının direktoru sözünə davam edib.
Gülnarə Yurinanın sözlərinə görə, yarmarkanın unikal hadisələrindən biri odur ki, burada orijinalı Muyi Müborak mədrəsəsində yerləşən Usmanın Qurani-Kəriminin qızıl nüsxəsi təqdim olunub. Onu tikintisi hələ də davam edən Köçəri Sivilizasiyalar Muzeyinə təhvil verməyi planlaşdırırlar. Hələlik Müqəddəs Kitab müvəqqəti saxlanmaq üçün Başqırdıstan Respublikasının Milli Muzeyinə təhvil verilib.
© Sputnik / Kemale AliyevaBaşqırdıstan Respublikasının nümayəndə heyəti IX Bakı Beynəlxalq Kitab Sərgisində "Kitap Bayram" Beynəlxalq Kitab Sərgisinin prezentasiyasını təqdim edib
Делегация Республики Башкортостан представила на IX Бакинской международной книжной выставке презентацию Международной книжной ярмарки Китап-байрам - Sputnik Azərbaycan, 1920, 15.11.2023
Başqırdıstan Respublikasının nümayəndə heyəti IX Bakı Beynəlxalq Kitab Sərgisində "Kitap Bayram" Beynəlxalq Kitab Sərgisinin prezentasiyasını təqdim edib
Başqırdıstan Respublikası Yazıçılar Birliyinin sədri Aygiz Baymuxametov ilk dəfə 2016-cı ildə Azərbaycana gəldiyini, bu dəfəki səfərin isə onun Bakıya dördüncü ziyarəti olduğunu bildirib. O, yaşlı və gənc nəsildən olan azərbaycanlı həmkarları ilə çoxdan dostluq əlaqələri saxladığını qeyd edib. 2020-ci ildə onun hətta Bakıda Azərbaycan dilində "Getmə, ana" kitabı nəşr olunub və kitab böyük uğur qazanıb.
"Azərbaycan paytaxtında Bakı Beynəlxalq Kitab Sərgisinin açıldığını biləndə hər şeyi öz gözlərimizlə görmək üçün uçaraq həmin yarmarkaya gəlmək qərarını verdik. Bizim Ufa şəhərində də "Kitap Bayram" kitab yarmarkası keçirilir, buna görə də sərginizin nə üçün belə marağa səbəb olduğunu, özümüz üçün dərs olaraq nələri öyrənə biləcəyimizi bilmək istədik. Bizdə kitabların satışından başqa bir çox mədəni-əyləncəli tədbirlər təşkil olunur, uşaqlar üçün də zonalar var, sizdə isə əsasən kitab almağa diqqət yetirilir. Bu, çox vacibdir, çünki belə tədbirlərin keçirilməsində əsas məqsəd gənc nəsildə mütaliəyə marağı artırmaqdır" - deyə Aygiz Baymuxametov bildirib.
© Sputnik / Kemale AliyevaBaşqırdıstan Respublikasının nümayəndə heyəti IX Bakı Beynəlxalq Kitab Sərgisində "Kitap Bayram" Beynəlxalq Kitab Sərgisinin prezentasiyasını təqdim edib
Делегация Республики Башкортостан представила на IX Бакинской международной книжной выставке презентацию Международной книжной ярмарки Китап-байрам - Sputnik Azərbaycan, 1920, 15.11.2023
Başqırdıstan Respublikasının nümayəndə heyəti IX Bakı Beynəlxalq Kitab Sərgisində "Kitap Bayram" Beynəlxalq Kitab Sərgisinin prezentasiyasını təqdim edib
Muxtar Qeyri-Kommersiya Təşkilatının sədri qeyd edib ki, Başqırdıstan sakinləri Azərbaycanın tanınmış yazıçıları Nizami Gəncəvi, Səməd Vurğun, Rəsul Rza, Anar və başqalarının əsərləri ilə yaxşı tanışdırlar. Baymuxametov yaşlı nəsil Azərbaycan yazıçıları ilə yanaşı, İntiqam Yaşar, Əkbər Qoşalı, Taleh Mənsur, Umud Nəsir kimi bir çox gənc həmkarları ilə əlaqə saxlayır, həmçinin bu yaxınlarda dünyasını dəyişən Qənirə Paşayeva ilə də sağlığında əlaqə saxlayıb.
Tədbirdə "Başqırdıstan Respublikası Yazıçılar Birliyi" regional ictimai təşkilatının sədri Aygiz Baymuxametov və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) sədri İntiqam Yaşar təşkilatlar arasında ədəbi əməkdaşlıq haqqında müqavilə imzalayıblar. Müqaviləyə əsasən, tərəflər respublikalar arasında ədəbi mübadilə üçün əlverişli şərait yaradacaqlar.
Gülnarə Yurina vurğulayıb ki, bu müqavilə 2024-cü ildə Azərbaycan yazıçılarının "Kitap Bayram" kitab sərgisində iştirak edərək öz əsərlərini təqdim edəcəkləri deməkdir. O, həmçinin qeyd edib ki, bu tədbir Azərbaycanın iri nəşriyyatlarından biri olan "Qanun" nəşriyyatını və Bakı Beynəlxalq Kitab Sərgisinin bir çox iştirakçılarını maraqlandırıb.
Məqalə kommersiya xarakterlidir.
Xəbər lenti
0