CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şagirdlər dərsdən yayınıb dil öyrənməyə gedirlər - Deputat

© Sputnik / Murad OrujovŞagirdlər, arxiv şəkli
Şagirdlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.11.2023
Abunə olmaq
Hikmət Babaoğlu deyir ki, Azərbaycanda dil bilmək savadlılığın göstəricisinə çevrilib. Belə getsə, gələcək kadrlar tarixini, dilini bilməyən ingilis dillilər olacaq.
BAKI, 14 noyabr - Sputnik. "Belə getsə, gələcəkdə Azərbaycanı idarə edəcək kadrlar Azərbaycanın tarixini, dilini, milli mədəniyyətini bilməyən ingilis dillilər olacaq".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.
H.Babaoğlu bildirib ki, bu gün təhsilə kifayət qədər vəsait ayrılır:

“Bilirik ki, orta məktəblərdə uşaqlar dərsdən yayınırlar, dil öyrənməyə gedirlər və bu da savadlılıq göstəricisi olur. Sadəcə dil bilən şəxslərdən ibarət milli aristokratiya yetişdirə bilərikmi? Yetişdirə bilmərik. Burada da hesabatlılıq olmalıdır”.

"Azərbaycanda dil bilmək savadlılığın göstəricisinə çevrilib", - deyə deputat əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0