DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Robert Köçəryanın oğlu and içib

© SputnikRobert Köçəryan, arxiv şəkli
Robert Köçəryan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.11.2023
Abunə olmaq
Levon Köçəryan sentyabrın 22-də hökumət əleyhinə etiraz aksiyaları zamanı həbs edilib.
BAKI, 14 noyabr — Sputnik. Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan and içərək rəsmən Ermənistan parlamentinin müxalifətdəki "Hayastan" fraksiyasından deputatı olub.
Ermənistanın ikinci prezidenti, "Hayastan" blokunun lideri Robert Köçəryanın oğlu Levon Köçəryan polis əməkdaşlarını döyməkdə ittiham olunaraq həbsdə olunub. O deputat mandatı aldıqdan sonra deputat toxunulmazlığı ilə həbsdən azad edilib.
Xatırladaq ki, Levon Köçəryan sentyabrın 22-də hökumət əleyhinə etiraz aksiyaları zamanı həbs edilib. Daha sonra o, polis əməkdaşları tərəfindən döyülüb, sonra xəstəxanaya yerləşdirilib. Paytaxt tibb mərkəzlərinin birində ona beyin silkələnməsi diaqnozu qoyulub. Lakin buna baxmayaraq, Köçəryan dörd polis əməkdaşını döyməkdə şübhəli bilinərək saxlanılıb.
Qeyd edək ki, Azərbaycanın Baş Prokurorluğu Ermənistanın eks-prezidentləri Robert Köçaryan və Serj Sarqsyanı axtarışa verib. Ermənistanın keçmiş prezidentləri Köçaryan Robert Sedrakoviç və Sarqsyan Serj Azatoviç 1988-ci ilin fevral ayından etibarən Azərbaycan və erməni xalqları arasında milli düşmənçilik salmaq, nifrət oyatmaq niyyəti ilə şəhərin təşkilat və müəssisələrində erməni milliyyətindən olan işçiləri yığıb iclaslar keçiriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0