https://sputnik.az/20231114/prezident-lham-eliyev-ozbekistanin-investisiya-senaye-ve-ticaret-nazirini-qebul-edib-460531949.html
Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib
Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib
Sputnik Azərbaycan
Dövlət başçısı Laziz Kudratovun ölkəmizə səfəri zamanı qarşıdakı illərdə əməkdaşlığın gündəliyi və qarşıya qoyulan məqsədlərə nail olunması ilə bağlı səmərəli... 14.11.2023, Sputnik Azərbaycan
2023-11-14T12:03+0400
2023-11-14T12:03+0400
2023-11-14T12:03+0400
prezident ilham əliyev
azərbaycan xəbərləri
özbəkistan
iqtisadi əməkdaşlıq təşkilatı
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/0e/460531182_0:111:923:630_1920x0_80_0_0_47b696030120584576111405b889404f.jpg
BAKI, 14 noyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri Laziz Kudratovu qəbul edib. Dövlət başçısı ilk növbədə Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısının yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, həmin tədbir çərçivəsində Özbəkistan Prezidenti ilə görüşünü məmnunluqla xatırlayıb. Dostluq və qardaşlıq münasibətlərimizin gündəliyinin çox geniş olduğunu və müxtəlif istiqamətləri əhatə etdiyini deyən Prezident İlham Əliyev iqtisadi, sənaye, o cümlədən sənaye kooperasiyası, kənd təsərrüfatı və digər sahələrdə nəzərdə tutulan birgə layihələrin önəmini qeyd edib. Dövlət başçısı Laziz Kudratovun ölkəmizə səfəri zamanı qarşıdakı illərdə əməkdaşlığın gündəliyi və qarşıya qoyulan məqsədlərə nail olunması ilə bağlı səmərəli müzakirələrin aparılacağına əminliyini bildirib. Laziz Kudratov ilk növbədə Özbəkistan Prezidentinin salamlarını və xoş arzularını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Şavkat Mirziyoyevə çatdırmağı xahiş edib. Qonaq Azərbaycan və Özbəkistan prezidentləri arasında mövcud olan dostluq münasibətlərinin əməkdaşlığımızın keyfiyyətcə yeni səviyyəyə qalxması üçün möhkəm əsas yaratdığını bildirib, hər iki dövlət başçısının qarşılıqlı səfərlərinin və görüşlərinin strateji əlaqələrimizin möhkləmləndirilməsi baxımından önəmini qeyd edib. Laziz Kudratov vurğulayıb ki, Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizin əldə etdiyi iqtisadi uğurlar və əhalinin rifah halının daha da yaxşılaşdırılması Özbəkistanda böyük sevinc doğurur. Qonaq, eyni zamanda, qeyd edib ki, özbək xalqı Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunmuş hərbi paradı qürur hissi ilə izləyib. Azərbaycan Prezidentinin qətiyyəti və möhkəm iradəsi, uğurlu siyasəti nəticəsində tarixi ədalətin bərpa edilməsinin mümkün olduğunu vurğulayan Laziz Kudratov Şuşa və Füzuliyə səfərləri zamanı orada gedən böyük yenidənqurma və bərpa işlərinin şahidi olduğunu deyib. Görüşdə sənaye kooperasiyası, iqtisadi, ticari, nəqliyyat, logistika əlaqələrinin dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/0e/460531182_83:0:923:630_1920x0_80_0_0_0144b2f39b2827204e0be37ae3a056ba.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, özbəkistan, iqtisadi əməkdaşlıq təşkilatı
prezident ilham əliyev, özbəkistan, iqtisadi əməkdaşlıq təşkilatı
Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib
Dövlət başçısı Laziz Kudratovun ölkəmizə səfəri zamanı qarşıdakı illərdə əməkdaşlığın gündəliyi və qarşıya qoyulan məqsədlərə nail olunması ilə bağlı səmərəli müzakirələrin aparılacağına əminliyini bildirib.
BAKI, 14 noyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri Laziz Kudratovu qəbul edib.
Dövlət başçısı ilk növbədə Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısının yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, həmin tədbir çərçivəsində Özbəkistan Prezidenti ilə görüşünü məmnunluqla xatırlayıb.
Dostluq və qardaşlıq münasibətlərimizin gündəliyinin çox geniş olduğunu və müxtəlif istiqamətləri əhatə etdiyini deyən Prezident İlham Əliyev iqtisadi, sənaye, o cümlədən sənaye kooperasiyası, kənd təsərrüfatı və digər sahələrdə nəzərdə tutulan birgə layihələrin önəmini qeyd edib.
Dövlət başçısı Laziz Kudratovun ölkəmizə səfəri zamanı qarşıdakı illərdə əməkdaşlığın gündəliyi və qarşıya qoyulan məqsədlərə nail olunması ilə bağlı səmərəli müzakirələrin aparılacağına əminliyini bildirib.
Laziz Kudratov ilk növbədə Özbəkistan Prezidentinin salamlarını və xoş arzularını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Şavkat Mirziyoyevə çatdırmağı xahiş edib.
Qonaq Azərbaycan və Özbəkistan prezidentləri arasında mövcud olan dostluq münasibətlərinin əməkdaşlığımızın keyfiyyətcə yeni səviyyəyə qalxması üçün möhkəm əsas yaratdığını bildirib, hər iki dövlət başçısının qarşılıqlı səfərlərinin və görüşlərinin strateji əlaqələrimizin möhkləmləndirilməsi baxımından önəmini qeyd edib.
Laziz Kudratov vurğulayıb ki, Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizin əldə etdiyi iqtisadi uğurlar və əhalinin rifah halının daha da yaxşılaşdırılması Özbəkistanda böyük sevinc doğurur. Qonaq, eyni zamanda, qeyd edib ki, özbək xalqı Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunmuş hərbi paradı qürur hissi ilə izləyib. Azərbaycan Prezidentinin qətiyyəti və möhkəm iradəsi, uğurlu siyasəti nəticəsində tarixi ədalətin bərpa edilməsinin mümkün olduğunu vurğulayan Laziz Kudratov Şuşa və Füzuliyə səfərləri zamanı orada gedən böyük yenidənqurma və bərpa işlərinin şahidi olduğunu deyib.
Görüşdə sənaye kooperasiyası, iqtisadi, ticari, nəqliyyat, logistika əlaqələrinin dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.