Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Polietilen torbaların satışında 45-50% azalma müşahidə olunur - Rəsmi açıqlama

© AFP 2024 / TIMOTHY A. CLARYPolietilen torbalar, arxiv şəkli
Polietilen torbalar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.11.2023
Abunə olmaq
Qeyd edilib ki, Dövlət Xidməti bu sahədə qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı mütəmadi tədbirlər həyata keçirir.
BAKI, 14 noyabr — Sputnik. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müşahidələri və dövlət-özəl tərəfdaşlığı çərçivəsində "Ticarət şəbəkələrinin inkişafı" İctimai Birliyinin üzvü olan iri market şəbəkələrindən işçi qaydada əldə olunan məlumatlar göstərir ki, 2023-cü ilin sentyabr ayında 2023-cü ilin fevral ayı ilə müqayisədə (qanunvericiliyin tələblərinin icrasından əvvəl) ticarət obyektlərində polietilen torbaların satışında 45-50% azalma müşahidə olunur.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib.
Qeyd edilib ki, Dövlət Xidməti bu sahədə qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı mütəmadi tədbirlər həyata keçirir:

"Eyni zamanda, bu istiqamətdə qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı "Ticarət şəbəkələrinin inkişafı" İctimai Birliyi və Birliyə üzv iri ticarət şəbəkələrinin nümayəndələri ilə bir neçə dəfə maarifləndirici xarakterli görüşlər keçirilib".

Xatırladaq ki , "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 46-cı maddəsinə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağandır.
Qanunvericiliyə əsasən, istehlakçılar (alıcılar) tərəfindən malların və məhsulların daşınması üçün nəzərdə tutulan qalınlığı 15-50 mikron olan, qulplu və qulpsuz, yüngülçəkili polietilen torbalar istehlakçılara (alıcılara) ayrıca məhsul növü kimi təqdim edilməlidir. Bu növ məhsulların ayrıca təqdim edildiyi və satış qiyməti barədə istehlakçıya (alıcıya) əvvəlcədən məlumat verilməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0