https://sputnik.az/20231114/pia-kauman-azerbaycanin-uzlesdiyi-mina-problemi-ile-bagli-melumatlandirilib-460540562.html
Pia Kauman Azərbaycanın üzləşdiyi mina problemi ilə bağlı məlumatlandırılıb
Pia Kauman Azərbaycanın üzləşdiyi mina problemi ilə bağlı məlumatlandırılıb
Sputnik Azərbaycan
Bu təhdid və maneələrin aradan qaldırılması istiqamətində həyata keçirilən genişmiqyaslı humanitar minatəmizləmə əməliyyatları barədə nümayəndə heyətinə... 14.11.2023, Sputnik Azərbaycan
2023-11-14T14:48+0400
2023-11-14T14:48+0400
2023-11-14T14:48+0400
siyasət
atət
avropada təhlükəsizlik və əməkdaşlıq təşkilatı parlament assambleyası
mina
təhlükə
anama
https://cdnn1.img.sputnik.az/img/07e6/08/10/445062752_0:17:1000:580_1920x0_80_0_0_a2e626fa534003160dfc1057ca69e52b.jpg
BAKI, 14 noyabr — Sputnik. Azərbaycanda səfərdə olan ATƏT PA prezidenti Pia Kauman Azərbaycanın üzləşdiyi mina problemi ilə bağlı məlumatlandırılıb. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Bildirilib ki, ANAMA İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib. B.Məmmədov görüş zamanı Agentliyin fəaliyyət istiqamətləri, ölkəmizin üzləşdiyi mina problemi, minaların insanların həyatına törətdiyi təhdidlər, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması və işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin gedişatına yaratdığı maneələr, eləcə də bu təhdid və maneələrin aradan qaldırılması istiqamətində həyata keçirilən genişmiqyaslı humanitar minatəmizləmə əməliyyatları barədə nümayəndə heyətinə məlumat verib. Ölkədə humanitar minatəmizləmə sahəsində həyata keçirilən işlərlə ətraflı maraqlanan və bu fəaliyyətin xüsusi önəm kəsb etdiyini diqqətə çatdıran P.Kauman suallarının cavablandırılmasına, habelə aşkarlanan hər bir mina və xilas edilən hər bir insan həyatına görə təşəkkürünü ifadə edib və Agentliyə fəaliyyətində uğurlar arzulayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20231114/ombudsman-atet-pa-nin-prezidenti-ile-gorusub-460535765.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/10/445062752_102:0:898:597_1920x0_80_0_0_51748894db01de407839cdc9f0fd15b7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
atət, avropada təhlükəsizlik və əməkdaşlıq təşkilatı parlament assambleyası, mina, təhlükə, anama
atət, avropada təhlükəsizlik və əməkdaşlıq təşkilatı parlament assambleyası, mina, təhlükə, anama
Pia Kauman Azərbaycanın üzləşdiyi mina problemi ilə bağlı məlumatlandırılıb
Bu təhdid və maneələrin aradan qaldırılması istiqamətində həyata keçirilən genişmiqyaslı humanitar minatəmizləmə əməliyyatları barədə nümayəndə heyətinə məlumat verib.
BAKI, 14 noyabr — Sputnik. Azərbaycanda səfərdə olan ATƏT PA prezidenti Pia Kauman Azərbaycanın üzləşdiyi mina problemi ilə bağlı məlumatlandırılıb. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Bildirilib ki, ANAMA İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib. B.Məmmədov görüş zamanı Agentliyin fəaliyyət istiqamətləri, ölkəmizin üzləşdiyi mina problemi, minaların insanların həyatına törətdiyi təhdidlər, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması və işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin gedişatına yaratdığı maneələr, eləcə də bu təhdid və maneələrin aradan qaldırılması istiqamətində həyata keçirilən genişmiqyaslı humanitar minatəmizləmə əməliyyatları barədə nümayəndə heyətinə məlumat verib.
Ölkədə humanitar minatəmizləmə sahəsində həyata keçirilən işlərlə ətraflı maraqlanan və bu fəaliyyətin xüsusi önəm kəsb etdiyini diqqətə çatdıran P.Kauman suallarının cavablandırılmasına, habelə aşkarlanan hər bir mina və xilas edilən hər bir insan həyatına görə təşəkkürünü ifadə edib və Agentliyə fəaliyyətində uğurlar arzulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.