Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Nüfuzlu təşkilat Ermənistanı mina istehsalçısı kimi qeydə alıb

© AR Ministry of DefenceMina, arxiv şəkli
Mina, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.11.2023
Abunə olmaq
Bu hesabat dünyada minalar əleyhinə fəaliyyətin bütün aspektlərini əhatə etməklə sayca 25-ci illik hesabatdır.
BAKI, 14 noyabr — Sputnik. Ermənistanın mina istehsalçısı olduğu nüfuzlu təşkilat tərəfindən qeydə alınıb.
Bu barədə Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin məlumatında bildirilib.
Məlumata görə, "Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi" haqqında BMT Konvensiyasına üzv dövlətlərin 21-ci İllik Konfransı 20-24 noyabr tarixlərində Cenevrə şəhərində keçiriləcək. Bununla əlaqədar olaraq bu gün Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya "Landmine Monitor Report 2023" hesabatını ictimaiyyətə təqdim edir.
Qeyd olunub ki, bu hesabat dünyada minalar əleyhinə fəaliyyətin bütün aspektlərini əhatə etməklə sayca 25-ci illik hesabatdır. Hesabatda bildirilir ki, bu Konvensiya qəbul olunduqdan sonra ona üzv olan və üzv olmayan ölkələr minalarla mübarizə fəaliyyətlərinə əhəmiyyətli tövhə veriblər. Bu, humanitar tərksilah müqaviləsinin təcəssüm etdirdiyi tərəfdaşlığın güclü transformasiya gücünü nümayiş etdirir. Bununla belə, qlobal böhranların sayının getdikcə artması və digər xərclərə tələbatın artması vəziyyəti daha da təhlükəli edir. Bu son illərdə minalarla mübarizəyə dəstəyin azalmasına səbəb olub.
Bu Konvensiyanın imzalanmasından keçən 25 il ərzində 164 dövlət bu Konvensiyaya üzv olmuşdur. 33 dövlət o, cümlədən də Cənubi Qafqaz ölkələri bu Konvensiyaya qoşulmayıb.
Hələ də dünyanın ən azı 60 ölkəsində minalarla çirklənmə qeydə alınıb. Son il ərzində üzv dövlətlər tərəfindən 219.31km² ərazi təmizlənmiş və 169 276 piyada əleyhinə mina tapılaraq məhv edilmişdir. Konvensiyaya üzv olan 94 ölkə ehtiyatında olan 55 milyon minanı məhv etdiyini rəsmi bildirib.
Hesabat dövründə Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyinin rəsmi strukturların, xüsusilə də Müdafiə Nazirliyinin yaydığı məlumatlar və foto-video çəkilişlərin dəfələrlə Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniyaya və onun "Landmine Monitor Report" layihəsinin redaksiya heyətinə göndərməsi və digər fəaliyyətləri nəticəsində Ermənistan Respublikasının mina istehsalçısı olduğu bu nüfuzlu təşkilat tərəfindən qeydə alınıb və bu hesabata salınıb.
Əvvəlki illərdə mina istehsal edən ölkələrin sayı 55-dən 11-ə enib, son hesabatda Ermənistanın da mina istehsalçısı olduğu nəzərə alınaraq 12 ölkənin mina istehsal etdiyi bildirilir.
Son hesabatda qeyd olunub ki, dünyada 4710 nəfərin minaların və müharibənin partlayıcı qalıqlarının qurbanı olduğu qeydə alınıb. Bunların 1661 nəfəri həlak olub, 3015 nəfər yaralanıb, 34 nəfərin statusu məlum deyil. Mina qurbanlarının 85% mülki insanlardır, onların da 49%-ni uşaqlar təşkil edir. Ən çox qurbanlar Suriya və Ukraynada qeydə alınıb. Mina qurbanlarının böyük əksəriyyəti kişilər və oğlan uşaqlarıdır. Hesabat dövründə bir çox üzv dövlətlərdə səhiyyə və reabilitasiya xidmətləri kifayət qədər maliyyələşdirilməyib və əlçatanlıq, təcrübə və materialların tədarükü daxil olmaqla çoxsaylı problemlər yaranıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0