https://sputnik.az/20231114/naxcivan-baki-avtobusunda-narkotik-maddeler-askar-edilib-460532121.html
Naxçıvan-Bakı avtobusunda narkotik maddələr aşkar edilib
Naxçıvan-Bakı avtobusunda narkotik maddələr aşkar edilib
Sputnik Azərbaycan
Yoxlama zamanı həmin şəxsin ayaqqabılarının içərisindən gömrük nəzarətindən gizlədilmiş külli miqdarda narkotik vasitələr aşkar edilib. 14.11.2023, Sputnik Azərbaycan
2023-11-14T13:13+0400
2023-11-14T13:13+0400
2023-11-14T13:13+0400
narkotik
cəmiyyət
naxçıvan
biləsuvar
gömrük
https://cdnn1.img.sputnik.az/img/07e5/07/09/427427241_0:0:3069:1727_1920x0_80_0_0_f2e5a354dcd9cf3bc45890a7208d7591.jpg
BAKI, 14 noyabr — Sputnik. İrandan tranzit keçməklə Naxçıvan-Bakı marşrutu üzrə hərəkət edən avtobusda külli miqdarda narkotik vasitələr və psixotrop maddə aşkar edilib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, Komitənin Biləsuvar Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında İrandan tranzit keçməklə Naxçıvan-Bakı marşrutu üzrə hərəkət edən avtobusdakı sərnişinin üzərinə baxış keçirilib. Yoxlama zamanı həmin şəxsin ayaqqabılarının içərisindən gömrük nəzarətindən gizlədilmiş külli miqdarda - 205,776 qram metamfetamin psixotrop maddəsi, 189,610 qram heroin və 4,93 qram metadon narkotik vasitələri aşkar edilib. Faktla bağlı Komitənin Əməliyyat-İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq) və 234.4.1, 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını əldə etmə, saxlama) maddələri ilə cinayət işi başlanıb və bir nəfər cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işinin istintaqı davam etdirilir, cinayətə aidiyyəti olan digər şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/09/427427241_166:0:2897:2048_1920x0_80_0_0_fe97e0db8528eeab239f555e6b3f2312.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
narkotik, naxçıvan, biləsuvar, gömrük
narkotik, naxçıvan, biləsuvar, gömrük
Naxçıvan-Bakı avtobusunda narkotik maddələr aşkar edilib
Yoxlama zamanı həmin şəxsin ayaqqabılarının içərisindən gömrük nəzarətindən gizlədilmiş külli miqdarda narkotik vasitələr aşkar edilib.
BAKI, 14 noyabr — Sputnik. İrandan tranzit keçməklə Naxçıvan-Bakı marşrutu üzrə hərəkət edən avtobusda külli miqdarda narkotik vasitələr və psixotrop maddə aşkar edilib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, Komitənin Biləsuvar Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında İrandan tranzit keçməklə Naxçıvan-Bakı marşrutu üzrə hərəkət edən avtobusdakı sərnişinin üzərinə baxış keçirilib.
Yoxlama zamanı həmin şəxsin ayaqqabılarının içərisindən gömrük nəzarətindən gizlədilmiş külli miqdarda - 205,776 qram metamfetamin psixotrop maddəsi, 189,610 qram heroin və 4,93 qram metadon narkotik vasitələri aşkar edilib.
Faktla bağlı Komitənin Əməliyyat-İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq) və 234.4.1, 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını əldə etmə, saxlama) maddələri ilə cinayət işi başlanıb və bir nəfər cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işinin istintaqı davam etdirilir, cinayətə aidiyyəti olan digər şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.