CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisdə büdcə müzakirələri davam edir

© Sputnik / Murad OrujovMilli Məclis
Milli Məclis - Sputnik Azərbaycan, 1920, 14.11.2023
Abunə olmaq
Deputatlar üç gün dalbadal - noyabrın 13-ü, 14-ü və 15-də büdcə zərfini müzakirə edəcəklər.
BAKI, 14 noyabr — Sputnik. Milli Məclisin bugünkü plenar iclasında 2024-cü ilin dövlət büdcəsi layihəsinin və büdcə zərfinə daxil olan sənədlərin müzakirəsi davam edəcək.
Deputatlar üç gün dalbadal - noyabrın 13-ü, 14-ü və 15-də büdcə zərfini müzakirə edəcəklər.
İclasda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və hökumət üzvləri iştirak edirlər.
İclasların gündəliyinə ümumilikdə 15 məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:
1. "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
2. "Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
3. "İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
4. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
5. "Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
6. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
7. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
8. "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
9. "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
10. "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
11. "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
12. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
13. Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi.
14. Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi.
15. "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0