https://sputnik.az/20231114/azerbaycanda-sekerli-diabet-xestelerinin-sayi-niye-artir-460556135.html
Azərbaycanda şəkərli diabet xəstələrinin sayı niyə artır?
Azərbaycanda şəkərli diabet xəstələrinin sayı niyə artır?
Sputnik Azərbaycan
Respublika Endokrinoloji Mərkəzin direktoru vurğulayıb ki, hər bir dərman preparatının təyinatı laborator müayinələr əsasında yalnız həkim təyinatı ilə təqdim... 14.11.2023, Sputnik Azərbaycan
2023-11-14T19:08+0400
2023-11-14T19:08+0400
2023-11-14T23:54+0400
səhiyyə
şəkərli diabet
https://cdnn1.img.sputnik.az/img/41251/38/412513836_0:135:3011:1828_1920x0_80_0_0_75344825f031e800cd421e4a83a67005.jpg
BAKI, 14 noyabr — Sputnik. “Hal-hazırda ölkədə qeydiyyatda olan diabet xəstələrinin sayı 320000-nəfərdir. 2019-cu ildən 2023-cü ilə qədər tip2 şəkərli diabet xəstələrinin sayı 224607 nəfərdən 291178 nəfərə çatıb”. Bu məlumatı Sputnik Azərbaycan-a Respublika Endokrinoloji Mərkəzin direktoru Nərmin İsmayılova verib.O, bildirib ki, diabetli uşaqların (18 yaşa qədər) sayında isə 1717 nəfərdən 2432 nəfərə qədər artım müşahidə olunub. Direktor şəkər xəstələrinin dərman təminatı məsələsinə də toxunub. Bildirib ki, Azərbaycan Respublikasında şəkərli diabet xəstələrinin dərman və özünənəzarət vasitələri ilə təchizatı “Şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir:Mütəxəssis bildirib ki, xəstəliyin növündən və tipindən, xəstənin sağlamlıq vəziyyətinin dinamikasından asılı olaraq fərdi qaydada bəzi hallarda 20-30 vahid, bəzi hallarda 60 vahid, insulinərezistentlik olduqda isə daha çox (80-100-120 vahid) insulin miqdarına ehtiyac olur. Azərbaycan Diabet Liqasının sədri, həkim-endokrinoloq Yeganə Sultanova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son illər diabet xəstələrinin sayında artım təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur. Bu xəstəliyin əsas yayılma səbəbi, qeyri-sağlam qidalanma, oturaq həyat tərzi, piylənmədir.Onun sözlərinə görə, bu əsasən ikinci tip şəkərli diabet xəstələrinə aiddir. Həmsöhbətimiz bildirib ki, bu gün şəkər xəstələrinin 85 faizini ikinci tip diabetli xəstələr təşkil edir. Liqa rəhbəri deyir ki, şəkərli diabetin qarşısını almaq üçün düzgün qidalanma, fiziki aktivlik və zərərli vərdişlərdən uzaq durmaq vacib amildir. Y.Sultanova şəkərli diabetin erkən aşkarlanmasının vacib olduğunu söyləyib. Bildirib ki, Azərbaycan Diabet Liqası 2014-cü ildə 1200 nəfəri müayinə edərək onların 235 nəfərində ikinci tip şəkərli diabet aşkarlanıb. Bundan sonra onlar Respublika Endekronoloji Mərkəzə yönləndirilib. Məlum olub ki, nə qədər insan şəkər xəstəsi olduğundan xəbərsiz imiş.Y. Sultanova bildirib ki, xəstəlik erkən aşkarlandıqda vaxtında müalicə ağırlaşmalardan qoruyur:Y. Sultanova həmçinin Liqanın təşkilatçılığı ilə birinci tip diabet uşaqlar üçün yay düşərgələri təşkil edildiyini söyləyib. Bildirib ki, bu düşərgələrdə uşaqlara təlim dərsləri keçirilir. Onlar düşərgədə diabetlə sərbəst yaşamağı öyrənirlər. Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) diabet xəstələrinin sayının artacağı ilə bağlı proqnoz verib. ÜST ekspertləri və aparıcı həkimlər belə qənaətə gəliblər ki, bütün dünya ölkələri bu xəstəliyin yayılmasına qarşı mübarizə tədbirləri görməsələr, əsrin ortalarına qədər dünyada şəkərli diabet xəstələrinin sayı indiki 529 milyondan 1,3 milyarda çatacaq.Sietldəki Sağlamlıq Ölçmələrinin Öyrənilməsi üzrə Amerika İnstitutunun (IHME) mətbuat xidmətinin yaydığı məlumata görə, şəkərli diabet hal-hazırda dünya əhalisinin təxminən 6,1%-nə təsir edir və onu ölüm və əlilliyin əsas 10 səbəbindən birinə çevirir.Yaxın 30 ildə daşıyıcıların sayı iki dəfədən çox artacaq, bu artım xüsusilə Şimali Afrika, Yaxın Şərqə təsir edəcək. Burada şəkərli diabet daşıyıcılarının sayı 11,3%-dən 17,8%-ə qədər olacaq" – məlumatda deyilir. Qeyd edək ki, hər il noyabrın 14-ü Ümumdünya Diabet Günü kimi qeyd olunur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20231105/gelen-il-sekerli-diabet-uzre-tedbirlere-ayrilan-xercler-10-faiz-artirilir-460281709.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41251/38/412513836_0:0:2731:2048_1920x0_80_0_0_2fa3dc1b8cea1ac22bd2e34f625840b2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
şəkərli diabet
Azərbaycanda şəkərli diabet xəstələrinin sayı niyə artır?
19:08 14.11.2023 (Yenilənib: 23:54 14.11.2023) Eksklüziv
Respublika Endokrinoloji Mərkəzin direktoru vurğulayıb ki, hər bir dərman preparatının təyinatı laborator müayinələr əsasında yalnız həkim təyinatı ilə təqdim oluna bilər.
BAKI, 14 noyabr — Sputnik. “Hal-hazırda ölkədə qeydiyyatda olan diabet xəstələrinin sayı 320000-nəfərdir. 2019-cu ildən 2023-cü ilə qədər tip2 şəkərli diabet xəstələrinin sayı 224607 nəfərdən 291178 nəfərə çatıb”. Bu məlumatı Sputnik Azərbaycan-a Respublika Endokrinoloji Mərkəzin direktoru Nərmin İsmayılova verib.
O, bildirib ki, diabetli uşaqların (18 yaşa qədər) sayında isə 1717 nəfərdən 2432 nəfərə qədər artım müşahidə olunub.
“Qırx beş yaşdan yuxarı şəxslərdə bu xəstəliyə daha çox rast gəlinir. Uşaqlar arasında tip1 şəkərli diabetə daha çox rast gəlinir və onların sayı 2432-dir. Tip2 şəkərli diabetə (piylənmə) daha çox rast gəlinir. Şəkərli diabetin fəsadlarından olan xroniki böyrək çatışmazlığından ölənlərin sayı 2022-ci ildə 205 nəfər, 2023-cü ildə 218 nəfər, qanqrenadan ölənlərin sayı isə 2022-ci ildə 111, 2023-cü ildə 133 nəfər olub”, - deyə o bildirib.
Direktor şəkər xəstələrinin dərman təminatı məsələsinə də toxunub. Bildirib ki, Azərbaycan Respublikasında şəkərli diabet xəstələrinin dərman və özünənəzarət vasitələri ilə təchizatı “Şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir:
"Nəzərinizə çatdırırıq ki, diabet xəstələrinə verilməli olan insulin, həblərin və özünənəzarət vasitələrinin miqdarı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2005-ci il tarixli 87 nömrəli qərarında əks olunan normativlər əsasında hesablanır. Beləliklə, şəkərli diabet xəstələri hər ay orta hesabla 40 vahid insulinlə təmin edilir. Ümumilikdə hər bir dərman preparatının təyinatı (şəkərsalıcı preparatlar da daxil olmaqla) laborator müayinələr əsasında yalnız həkim təyinatı ilə təqdim oluna bilər".
Mütəxəssis bildirib ki, xəstəliyin növündən və tipindən, xəstənin sağlamlıq vəziyyətinin dinamikasından asılı olaraq fərdi qaydada bəzi hallarda 20-30 vahid, bəzi hallarda 60 vahid, insulinərezistentlik olduqda isə daha çox (80-100-120 vahid) insulin miqdarına ehtiyac olur.
"Bu ehtiyac nəzərə alaraq mövcud qərara dəyişikliklərlə bağlı müvafiq təkliflər aidiyyəti üzrə ünvanlanıb", - deyə mərkəzin direktoru bildirib.
Azərbaycan Diabet Liqasının sədri, həkim-endokrinoloq Yeganə Sultanova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son illər diabet xəstələrinin sayında artım təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur. Bu xəstəliyin əsas yayılma səbəbi, qeyri-sağlam qidalanma, oturaq həyat tərzi, piylənmədir.
Onun sözlərinə görə, bu əsasən ikinci tip şəkərli diabet xəstələrinə aiddir. Həmsöhbətimiz bildirib ki, bu gün şəkər xəstələrinin 85 faizini ikinci tip diabetli xəstələr təşkil edir. Liqa rəhbəri deyir ki, şəkərli diabetin qarşısını almaq üçün düzgün qidalanma, fiziki aktivlik və zərərli vərdişlərdən uzaq durmaq vacib amildir.
Y.Sultanova şəkərli diabetin erkən aşkarlanmasının vacib olduğunu söyləyib. Bildirib ki, Azərbaycan Diabet Liqası 2014-cü ildə 1200 nəfəri müayinə edərək onların 235 nəfərində ikinci tip şəkərli diabet aşkarlanıb. Bundan sonra onlar Respublika Endekronoloji Mərkəzə yönləndirilib. Məlum olub ki, nə qədər insan şəkər xəstəsi olduğundan xəbərsiz imiş.
Y. Sultanova bildirib ki, xəstəlik erkən aşkarlandıqda vaxtında müalicə ağırlaşmalardan qoruyur:
"Digər hallarda xəstələr ağırlaşdıqdan sonra diabet xəstəsi olduqlarından xəbər tuturlar ki, bu da yanaşı xəstəliklərin yaranmasına gətirib çıxardır. Belə xəstələrdə ürək qan-damar xəstəlikləri, insult, gözün görmə qabiliyyətinin itmısi, böyrək funksiyalarının itirilməsi ilə nəticələnir".
Y. Sultanova həmçinin Liqanın təşkilatçılığı ilə birinci tip diabet uşaqlar üçün yay düşərgələri təşkil edildiyini söyləyib. Bildirib ki, bu düşərgələrdə uşaqlara təlim dərsləri keçirilir. Onlar düşərgədə diabetlə sərbəst yaşamağı öyrənirlər.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) diabet xəstələrinin sayının artacağı ilə bağlı proqnoz verib. ÜST ekspertləri və aparıcı həkimlər belə qənaətə gəliblər ki, bütün dünya ölkələri bu xəstəliyin yayılmasına qarşı mübarizə tədbirləri görməsələr, əsrin ortalarına qədər dünyada şəkərli diabet xəstələrinin sayı indiki 529 milyondan 1,3 milyarda çatacaq.
Sietldəki Sağlamlıq Ölçmələrinin Öyrənilməsi üzrə Amerika İnstitutunun (IHME) mətbuat xidmətinin yaydığı məlumata görə, şəkərli diabet hal-hazırda dünya əhalisinin təxminən 6,1%-nə təsir edir və onu ölüm və əlilliyin əsas 10 səbəbindən birinə çevirir.
Yaxın 30 ildə daşıyıcıların sayı iki dəfədən çox artacaq, bu artım xüsusilə Şimali Afrika, Yaxın Şərqə təsir edəcək. Burada şəkərli diabet daşıyıcılarının sayı 11,3%-dən 17,8%-ə qədər olacaq" – məlumatda deyilir.
Qeyd edək ki, hər il noyabrın 14-ü Ümumdünya Diabet Günü kimi qeyd olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.