Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda elektrovoz avtomobillə toqquşub

© AFP 2024 / JOEL SAGETQəza, arxiv şəkli
Qəza, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.11.2023
Abunə olmaq
Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsi hallarına görə sürücülər 100 manat cərimələnir.
BAKI, 14 noyabr — Sputnik. Noyabrın 13-də, axşam saatlarında "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus elektrovoz Yeni Suraxanı stansiyası yaxınlığında hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 77-CR-217 olan "Opel" markalı minik avtomobili qəflətən onun qarşısına çıxaraq qəzaya səbəb olub. Bu barədə ADY-dən bildirilib.
Məlumata görə, toqquşma nəticəsində xəsarət alan olmayıb.
"ADY nəqliyyat vasitələri sürücülərini "Yol hərəkəti haqqında" qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır", - deyə qurumun məlumatında bildirilir.

"Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsi hallarına görə sürücülər 100 manat cərimələnir", - deyə səhmdar cəmiyyəti bəyan edib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0