https://sputnik.az/20231114/azerbaycanda-baliqciliq-mehsullari-ile-ozunuteminetme-seviyyesi-asagidir---deputat-460534514.html
Azərbaycanda balıqçılıq məhsulları ilə özünütəminetmə səviyyəsi aşağıdır - Deputat
Azərbaycanda balıqçılıq məhsulları ilə özünütəminetmə səviyyəsi aşağıdır - Deputat
Sputnik Azərbaycan
Komitə sədri deyir ki, balıqartırma zavodlarının özəlləşdirilməsinin gecikdirilməsi dövlət büdcəsinin xərcini artırır. 14.11.2023, Sputnik Azərbaycan
2023-11-14T12:29+0400
2023-11-14T12:29+0400
2023-11-14T12:35+0400
cəmiyyət
milli məclis
balıqçı
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0e/441100189_0:104:2000:1229_1920x0_80_0_0_7d52a5c8c8c7cf70af7dfb1d28e46e33.jpg
BAKI, 14 noyabr - Sputnik. "Azərbaycanda balıqçılıq məhsulları ilə özünütəminetmə səviyyəsi aşağıdır, ölkədə istehsal olunan bu məhsullar daxili tələbatı tam ödəmək üçün yetərli deyil". Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib. Deputat qeyd edib ki, ölkədə adambaşına düşən orta illik balıq və balıq məhsulları istehlakı 2014-cü ildə təxminən 7,2 kiloqrama, 2021-cı ildə isə 7,4 kiloqrama çatıb:"Akvakultura sahəsinin beynəlxalq tələblərə uyğunlaşdırılması üçün bu sahəyə diqqət ayrılmasına, investorların cəlbi üçün şərait yaradılmasına, təsərrüfatlarda müasir və effektiv texnologiyaların tətbiqinə ehtiyac var", - deyə komitə sədri əlavə edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0e/441100189_112:0:1889:1333_1920x0_80_0_0_91a47163e3efe67013eabccd7612de24.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
milli məclis, balıqçı
Azərbaycanda balıqçılıq məhsulları ilə özünütəminetmə səviyyəsi aşağıdır - Deputat
12:29 14.11.2023 (Yenilənib: 12:35 14.11.2023) Komitə sədri deyir ki, balıqartırma zavodlarının özəlləşdirilməsinin gecikdirilməsi dövlət büdcəsinin xərcini artırır.
BAKI, 14 noyabr - Sputnik. "Azərbaycanda balıqçılıq məhsulları ilə özünütəminetmə səviyyəsi aşağıdır, ölkədə istehsal olunan bu məhsullar daxili tələbatı tam ödəmək üçün yetərli deyil". Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.
Deputat qeyd edib ki, ölkədə adambaşına düşən orta illik balıq və balıq məhsulları istehlakı 2014-cü ildə təxminən 7,2 kiloqrama, 2021-cı ildə isə 7,4 kiloqrama çatıb:
"Dünya üzrə isə bu göstərici 20,5 kiloqram, Avropada isə 24 kiloqram təşkil edir. Son 15 il ərzində ölkədə ovlanmış və yetişdirilmiş balıq istehsalı 5 dəfəyədək artsa da, hələ də ölkədə istehlak olunan balıq məhsullarının ümumi həcminin cəmi 1%-ni təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ölkədə 2000-ci ildə 12 ədəd balıqartırma müəssisəsi olub, 2020-ci ildə isə 7 ədəd olmuşdur ki, hazırda bu müəssisələrdən 3-ü aktiv fəaliyyət göstərir. İllik istehsal gücü 15 milyon olan Xıllı Nərə Balıqartırma zavodunda 2019-2022-ci illər ərzində 2144135 ədəd nərə cinsli balıq körpəsi yetişdirilərək su hövzələrinə buraxılıb ki, bu da 2002-2003-cü illərdəki müvafiq orta göstəricidən 37,3 dəfə azdır. Həmçinin, istehsal fəaliyyəti dayandırılmış özəlləşdirməyə açıq balıqartırma zavodlarının özəlləşdirmə prosesinin gecikdirilməsi dövlət büdcəsinin xərcini artırır".
"Akvakultura sahəsinin beynəlxalq tələblərə uyğunlaşdırılması üçün bu sahəyə diqqət ayrılmasına, investorların cəlbi üçün şərait yaradılmasına, təsərrüfatlarda müasir və effektiv texnologiyaların tətbiqinə ehtiyac var", - deyə komitə sədri əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.