https://sputnik.az/20231114/azerbaycan-ve-serbiya-muhum-senedler-imzalayacaq-460520176.html
Azərbaycan və Serbiya mühüm sənədlər imzalayacaq
Azərbaycan və Serbiya mühüm sənədlər imzalayacaq
Sputnik Azərbaycan
Serbiya və Bolqarıstan arasında yeni təbii qaz interkonnektorunu tikintisinə 2022-ci ilin fevralın 1-də başlanılıb. 14.11.2023, Sputnik Azərbaycan
2023-11-14T23:04+0400
2023-11-14T23:04+0400
2023-11-14T23:04+0400
serbiya
iqtisadiyyat
azərbaycan
sənəd
https://cdnn1.img.sputnik.az/img/07e4/08/1c/424791668_0:312:3001:2000_1920x0_80_0_0_823993eb7b703da1c7df2d0caed59cba.jpg
BAKI, 14 noyabr — Sputnik. Sabah Azərbaycan və Serbiya arasında energetika sahəsində iki mühüm sənədin imzalanması gözlənilir. Sənədlər Azərbaycanın energetika naziri Pərviz Şahbazovla Serbiyanın dağ-mədən və energetika naziri Dubravka Yedovic Handanoviç arasında Bakıda baş tutacaq görüş çərçivəsində imzalanacaq. Bunlar, "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Serbiya Respublikasının Mədənçilik və Energetika Nazirliyi arasında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Srbijagas" arasında əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumu", həmçinin SOCAR və "Srbijagas" şirkəti arasında qaz satışı müqaviləsidir. Məlumatı Energetika Nazirliyindən təsdiq ediblər. Qeyd edək ki, Serbiya və Bolqarıstan arasında yeni təbii qaz interkonnektorunu tikintisinə 2022-ci ilin fevralın 1-də başlanılıb. Niş-Dimitrovqrad-Bolqarıstan interkonnektorunun tikintisi layihəsi qismən Avropa İttifaqının (Aİ) qrantları hesabına maliyyələşdiriləcək. Bu maliyyələşdirmə 49,6 milyon avro məbləğində olacaq, Avropa İnvestisiya Bankından 25 milyon avro dəyərində əlverişli kredit əlavə edilməklə. Qaz kəmərinin Serbiya ərazisindən keçən hissəsi isə bu dövlət tərəfindən ödəniləcək. Serbiya bu günə qədər layihə üçün 7,5 milyon avro ayırıb. İnterkonnektor Niş şəhərini Bolqarıstanın paytaxtı Sofiya ilə birləşdirəcək, yeni boru kəmərinin layihə gücü ildə 1,8 milyard kubmetr təbii qaz təşkil edəcək. Layihəyə əsasən, yeni qaz kəməri Serbiyanın cari illik ehtiyacı ilə müqayisədə əlavə 80 % ötürmə qabiliyyətini təmin edəcək ki, bu da ildə təxminən 2,4 milyard kubmetr qaz deməkdir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/1c/424791668_154:0:2821:2000_1920x0_80_0_0_9b4e1cbd0712c845ede8c4e3bdfccac8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
serbiya, azərbaycan, sənəd
serbiya, azərbaycan, sənəd
Azərbaycan və Serbiya mühüm sənədlər imzalayacaq
Serbiya və Bolqarıstan arasında yeni təbii qaz interkonnektorunu tikintisinə 2022-ci ilin fevralın 1-də başlanılıb.
BAKI, 14 noyabr — Sputnik. Sabah Azərbaycan və Serbiya arasında energetika sahəsində iki mühüm sənədin imzalanması gözlənilir.
Sənədlər Azərbaycanın energetika naziri Pərviz Şahbazovla Serbiyanın dağ-mədən və energetika naziri Dubravka Yedovic Handanoviç arasında Bakıda baş tutacaq görüş çərçivəsində imzalanacaq.
Bunlar, "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Serbiya Respublikasının Mədənçilik və Energetika Nazirliyi arasında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Srbijagas" arasında əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumu", həmçinin SOCAR və "Srbijagas" şirkəti arasında qaz satışı müqaviləsidir.
Məlumatı Energetika Nazirliyindən təsdiq ediblər.
Qeyd edək ki, Serbiya və Bolqarıstan arasında yeni təbii qaz interkonnektorunu tikintisinə 2022-ci ilin fevralın 1-də başlanılıb.
Niş-Dimitrovqrad-Bolqarıstan interkonnektorunun tikintisi layihəsi qismən Avropa İttifaqının (Aİ) qrantları hesabına maliyyələşdiriləcək. Bu maliyyələşdirmə 49,6 milyon avro məbləğində olacaq, Avropa İnvestisiya Bankından 25 milyon avro dəyərində əlverişli kredit əlavə edilməklə. Qaz kəmərinin Serbiya ərazisindən keçən hissəsi isə bu dövlət tərəfindən ödəniləcək.
Serbiya bu günə qədər layihə üçün 7,5 milyon avro ayırıb. İnterkonnektor Niş şəhərini Bolqarıstanın paytaxtı Sofiya ilə birləşdirəcək, yeni boru kəmərinin layihə gücü ildə 1,8 milyard kubmetr təbii qaz təşkil edəcək.
Layihəyə əsasən, yeni qaz kəməri Serbiyanın cari illik ehtiyacı ilə müqayisədə əlavə 80 % ötürmə qabiliyyətini təmin edəcək ki, bu da ildə təxminən 2,4 milyard kubmetr qaz deməkdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.