Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan və Mərakeş limanların qarşılıqlı fəaliyyətinə dair razılığa gəliblər

© Photo : Port of BakuAzərbaycan və Mərakeş limanların qarşılıqlı fəaliyyətinə dair razılığa gəliblər
Azərbaycan və Mərakeş limanların qarşılıqlı fəaliyyətinə dair razılığa gəliblər - Sputnik Azərbaycan, 1920, 14.11.2023
Abunə olmaq
İmzalanan sənəd liman əməliyyatlarının inkişafı, liman logistikası, terminalların idarə edilməsi, infrastruktur, qabaqcıl təcrübə mübadiləsi və ətraf mühitin mühafizəsi kimi bir çox sahələrdə qarşılıqlı əməkdaşlığın inkişafına yönəlib.
BAKI, 14 noyabr — Sputnik. "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyəti (QSC) Rabatda Mərakeş Milli Limanlar Agentliyi ilə qarşılıqlı anlaşma memorandumu imzalayıb.
Bu barədə QSC-nin mətbuat xidməti xəbər verir.
Sənədi Bakı Limanı QSC-nin baş direktoru Taleh Ziyadov və Mərakeş Limanları Milli Agentliyinin baş meneceri Nadia Laraki imzalayıblar. İmzalanma mərasimi ikitərəfli əməkdaşlıq üzrə Azərbaycan-Mərakeş birgə komissiyasının Rabatda keçirilən iclası çərçivəsində baş tutub.
Memorandumun əsas məqsədi iki struktur arasında əməkdaşlığın və tərəfdaşlığın gücləndirilməsidir. Sənəd liman əməliyyatlarının inkişafı, liman logistikası, terminalların idarə edilməsi, infrastruktur, qabaqcıl təcrübə mübadiləsi və ətraf mühitin mühafizəsi kimi bir çox sahələrdə qarşılıqlı əməkdaşlığın inkişafına yönəlib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0