CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avtomobillə qadını vurub qaçan sürücü saxlanılıb

© Sputnik / Murad OrujovSürücü, arxiv şəkli
Sürücü, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.11.2023
Abunə olmaq
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə qəzanı törədərək hadisə yerindən qaçan sürücü saxlanılıb.
BAKI, 14 noyabr — Sputnik. Naftalan şəhər sakini, 1981-ci il təvəllüdlü S.İmaninin ölümünə səbəb olan sürücü saxlanılıb.
Polis Şöbəsinə naməlum avtomobil tərəfindən piyadanın vurulması, onun aldığı xəsarətlərdən hadisə yerində ölməsi ilə bağlı məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə qəzanı törədərək hadisə yerindən qaçan sürücü saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, Naftalan şəhər sakini M.Hüseynov tanışına məxsus avtomobillə yol-nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən qaçıb, daha sonra avtomobili təmir edərək cinayət izlərini itirməyə çalışıb.
Faktla bağlı Naftalan ŞPŞ-də araşdırmalar davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0