SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

AB-nin baş diplomatı niyə Bakını hədəfə alıb?

© AP Photo / Pool /Kenzo TribouillardCozef Borrell, arxiv şəkli
Cozef Borrell, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.11.2023
Abunə olmaq
Politoloq qeyd edir ki, Azərbaycanın münasibətlərin normallaşdırılması üçün irəli sürdüyü 5 məlum şərtin müqabilində Ermənistanın irəli sürdüyü 3 şərdən ikisi Azərbaycanın maraqlarına cavab vermir.
BAKI, 14 noyabr — Sputnik. Avropa Birliyinin baş diplomatı Cozef Borrell noyabrin 13-də Brüsseldə Birliyin tərkibinə daxil olan dövlətlərin xarici işlər nazirlərinin iclasinda, Ermənistan və Azərbaycana səslənərək onları Brüssel formatı çərçivəsində danışıqları bərpa etməyə çağırıb.
Sputnik Azərbaycan Brrelin bu çağırışı ilə bağlı millət vəkili Arzu Nağıyevin və politoloq Elşən Manafovun fikirlərini öyrənib.
Millət vəkili Arzu Nağıyev qeyd edir ki, son iki ayda Azərbaycan-Ermənistan sərhədində tam şəkildə sakitlik hökm sürür, atəş səsləri eşidilmir:
"Azərbaycan öz suverenliyini bərpa etdikdən sonra hər hansı bir silahlı təxribatla üzləşmir. Bu vəziyyət Ermənistanın havadarlarını narahat edir, onlar bu vəziyyətlə barışa bilmirlər. Ona görə də hansısa yolla vəziyyəti gərginləşdirmək üçün müdaxilələr etməyə çalışırlar. Bunun üçün müxtəlif beynəlxalq təşkilatların platformalarından istifadə edirlər. Onlar münaqişənin yenidən qızışdırılmasına cəhd edirlər. Gah insan haqlarından, gah ermənilərin Qarabağa qayıdışından danışırlar, gah da etnik təmizləmə ilə bağlı absurd çıxışlar edirlər. Çünki onların hamısı bu işlərdən öz siyasi ambisiyaları üçün istifadə edirlər. Onlar bu bəyanatları verməklə sülh sazişinin imzalanmasını mümkün qədər təxirə salmağa çalışırlar".
© SputnikArzu Nağıyev
Arzu Nağıyev - Sputnik Azərbaycan, 1920, 14.11.2023
Arzu Nağıyev
Millət vəkili AB rəsmilrəinin yanaşmasını ikili statndart hesab edir və deyir ki, onlar bununla bölgədə nüfuz sahib olmağa çalışırlar:

"Həm Fransa, həm də onun timsalında AB bölgədə Rusiya və Türkiyənin mövqeyini zəiflətmək niyyəti güdürlər. Amma anlamaq lazımdır ki, artıq regionda yeni geosiyasi reallıqlar var. Ermənistan və onun havadarları da bununla hesablaşmağa məcburdurlar".

Politoloq Elşən Manafov bidlirib ki, qeyd olunan format çərçivəsində danışıqlar AB-nin sədri Şarl Mişelin vasitəçiliyi ilə aparılıb, lakin danışıqlarda Azəbaycanın dövlət və milli təhlükəsizlik maraqlarına cavab verməyən şərtlərin irəli sürülməsi rəsmi Bakını danışıqlar masasından kənarda durmağa sövq edib:
"AB tərəflər arasında sərhədlərə patrul bölmələrini yeritmək istəyir, bu isə Rusiya ilə münasibətlərdə narazılığın artmasına hesablanmış bir addımdır, zira, sərhədlərə Rusiya sərhədçilərinin nəzarət etməsi bəllidir. Digər tərəfdən AB bölgə uğrunda geosiyasi mübarizənin reallıqlarından çıxış edərək, Ermənistanı Rusiya ilə münasibətlərdə gərginliyin artmasına səbəb ola biləcək addımlar atmağa sövq edir, 2020-ci ilin 10 noyabr üçtərəfli razılaşmasının məlum 9-cu bəndinin icrasından imtina etməyə çağırır. Dəhlizə nəzarətin isə Ermənistanin Təhlükəsizlik xidmətinin nəzdində yaradılmış xususi komitəyə həvalə etməyi məsləhət bilir".
Politoloq Elşən Manafov - Sputnik Azərbaycan, 1920, 14.11.2023
Politoloq Elşən Manafov
Politoloq qeyd edir ki, Azərbaycanın münasibətlərin normallaşdırılması üçün irəli sürdüyü 5 məlum şərtin müqabilində Ermənistanın irəli sürdüyü 3 şərdən ikisi Azərbaycanın maraqlarına cavab vermir:

"AB-nin danışıqlarda qərəzli və ermənipərəst mövqe sərgiləyən Fransanı danışıqlara cəlb etmək istəyi də bizim dövlət maraqlarımız baxımından yolverilməzdir. Azərbaycan bölgənin digər dövlətləri kimi regionun təhlükəsizlik problemlərinin həllini "3+3" formatında əməkdaşlıqda görür. Bu format regiona coğrafi anlamda aidiyyəti olmayan tərəflərin bölgənin problemlərinə müdaxiləsini məqbul saymır. Bu isə Rusiyanı bölgədən sıxışdırıb çıxartmağa səy göstərən Vaşinqton və Brüsselin maraqlarına cavab vermir".

Politoloq vurğulayıb ki, AB-nin baş diplomatının diplomatik etikaya uyğun olmayan bir tərzdə rəsmi Bakıya ünvanladığı məlumat isə bu qurumun rəsmi Baki ilə münasibətləri təhdid çərçivəsində qurmaq istəklərindən xəbər verir.
"Belə ki, Borrell Azərbaycanı Zəngəzura hücum fikrindən daşındırmaq üçün bunun baş verəcəyi təqdirdə münasibətlərdə arzuolunmaz halların yaşanacağına diqqəti yönəldir. Halbuki, rəsmi Bakı bir qayda olaraq, Ermənistan torpaqlarına heç bir ərazi iddiasının olmaması ilə bağli mövqeyini ortalığa qoyub", - deyə politoloq fikirlərini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0