Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Tarif Şurasının bu səlahiyyəti əlindən alındı

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidPoçt, arxiv şəkli
Poçt, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.11.2023
Abunə olmaq
Bu dəyişikliklə universal poçt tariflərinin tənzimlənməsi funksiyası Tarif (Qiymət) Şurasından alınaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilib.
BAKI, 13 noyabr — Sputnik. Azərbaycanda universal poçt rabitəsi xidmətlərinin tariflərini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi müəyyən edəcək.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı fərmanda qeyd edilib.
Yeni fərmana əsasən, "Poçt haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 31 avqust tarixli 115 nömrəli Fərmanının 3.6-cı bəndi və "Poçt haqqında" Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsində dəyişiklik edilib.
Bu dəyişikliklə universal poçt tariflərinin tənzimlənməsi funksiyası Tarif (Qiymət) Şurasından alınaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilib.
Fərmanda göstərilir ki, RİNN tarifləri müəyyən edərkən İqtisadiyyat və Maliyyə nazirliklərinin rəylərini nəzərə almalıdır.
Xəbər lenti
0