DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İsrail hərbi əməliyyatları 4 saatlıq dayandırıb

© AFP 2023 / JALAA MAREYİsrail hərbçiləri, arxiv şəkli
İsrail hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.11.2023
Abunə olmaq
İsrail oktyabrın 7-də səhər Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb.
BAKI, 13 noyabr — Sputnik. İsrail ordusu Misirlə sərhədə yaxın Rəfah şəhərində hərbi əməliyyatları 4 saatlıq dayandırıb.
Bu barədə İsrail Müdafiə Ordusundan bildirilib.
Qeyd olunub ki, bu humanitar məqsədli addımdır.
İsrail oktyabrın 7-də səhər Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. HƏMAS döyüşçüləri kütləvi raket hücumlarından sonra İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olublar.
Fələstinin HƏMAS hərəkatının hərbi qanadı İsrailə qarşı "Əl-Əqsa Tufanı" əməliyyatı elan edib. İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başladığını elan edib.
Münaqişənin kəskinləşməsi fonunda bir sıra dövlətlər öz vətəndaşlarını İsraildən çıxarmağa başlayıblar.
Xəbər lenti
0