https://sputnik.az/20231113/sputnik-azerbaycan-in-emekdasinin-beynelxalq-sergide-imza-saati-kecirildi---fotolar-460501005.html
Sputnik Azərbaycan-ın əməkdaşının beynəlxalq sərgidə imza saatı keçirildi - FOTOLAR
Sputnik Azərbaycan-ın əməkdaşının beynəlxalq sərgidə imza saatı keçirildi - FOTOLAR
Sputnik Azərbaycan
Aygün Bünyadzadə “Uşaqlar qarşısında xidmətlər üçün” BMT-nin və Polşanın beynəlxalq “Təbəssüm Ordeni” kavaleri, AYB-nın “ən yaxşı uşaq əsərlərinə görə” Tofiq... 13.11.2023, Sputnik Azərbaycan
2023-11-13T17:10+0400
2023-11-13T17:10+0400
2023-11-13T17:10+0400
yazıçı
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/0d/460499132_0:83:1600:983_1920x0_80_0_0_1e36ac53fd26cd11a36f8cf779b04ab4.jpg
BAKI, 13 noyabr — Sputnik. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində (Baku International Book Fair 2023) Sputnik Azərbaycan-ın əməkdaşı, uşaq yazıçısı Aygün Bünyadzadənin imza saatı keçirilib. Sputnik Azərbaycan-ın xəbərinə görə, Aygün Bünyadzadə noyabrın 12-də sərgidə keçirilən imza saatına "Təhsil” nəşriyyatında işıq üzü görən üç yeni kitabı ilə qatılıb. Müəllifin yazdığı "Küçüklərin macəraları”, “Meymunun həkimliyi” və rus dilindən tərcümə etdiyi “Pulçinellanın qaçışı” (müəllif: Canni Rodari) kitabları kiçik oxucuların böyük marağına səbəb olub. Sərgidə həmçinin Aygün Bünyadzadənin “Bir damla su” və “Karuseldəki at” nağıllarının yer aldığı Rusiyada dərc olunan “MDB dövlətlərinin bu günkü ədəbiyyatı” seriyasının “uşaq ədəbiyyatı” kitabı da nümayiş olunub. Məlumat üçün bildirək ki, Aygün Bünyadzadə uşaq ədibi kimi fəaliyyətinə 2000-ci ildən başlayıb. O, çoxsaylı nağıl, nağıl-povest və nağıl-pyeslərin müəllifidir. Aygün Bünyadzadə, həmçinin dünya xalqlarının nağıl və əfsanələrini alman, türk və rus dillərindən ana dilimizə dilimizə tərcümə edib. Məlumat üçün onu da bildirək ki, Aygün Bünyadzadə “Uşaqlar qarşısında xidmətlər üçün” BMT-nin və Polşanın beynəlxalq “Təbəssüm Ordeni” kavaleri, AYB-nın “ən yaxşı uşaq əsərlərinə görə” Tofiq Mahmud adına mükafatın laureatıdır. Uşaq yazarı Aygün Bünyadzadənin təltif edildiyi BMT-nin və Polşanın “Beynəlxalq Təbəssüm Ordeni” ilə dünya uşaq ədəbiyyatının nəhəngləri – Astrid Lindqren, Tuve Yansson, Coan Roulinq, Sergey Mixalkov, Aqniya Barto və digərləri də təltif ediliblər. A. Bünyadzadə ilə yanaşı bu mükafata Roma Papası Fransisk, İsveç kraliçası Silviya, tanınmış rejissor Stiven Spilberq, sonuncu İran şahının həyat yoldaşı Fərəh Pəhləvi və digər məşhur şəxslər də layiq layiq görülüb. Maraqlıdır ki, A.Bünyadzadə Şərqdə Fərəh Pəhləvidən sonra bu mükafatı alan ikinci qadındır. Onu da əlavə edək ki, bu orden 1968-ci ildə Polşada təsis olub. “Təbəssüm” ordeni 1979-da BMT tərəfindən qəbul olunub. Bu mükafatın fərqi odur ki, uşaqların arzusu ilə ən yaxın dostu olan böyüklərə verilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/0d/460499132_90:0:1511:1066_1920x0_80_0_0_63747df4b86ab640e480a8a8f5417d44.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yazıçı
Sputnik Azərbaycan-ın əməkdaşının beynəlxalq sərgidə imza saatı keçirildi - FOTOLAR
Aygün Bünyadzadə “Uşaqlar qarşısında xidmətlər üçün” BMT-nin və Polşanın beynəlxalq “Təbəssüm Ordeni” kavaleri, AYB-nın “ən yaxşı uşaq əsərlərinə görə” Tofiq Mahmud adına mükafatın laureatıdır.
BAKI, 13 noyabr — Sputnik. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində (Baku International Book Fair 2023) Sputnik Azərbaycan-ın əməkdaşı, uşaq yazıçısı Aygün Bünyadzadənin imza saatı keçirilib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, Aygün Bünyadzadə noyabrın 12-də sərgidə keçirilən imza saatına "Təhsil” nəşriyyatında işıq üzü görən üç yeni kitabı ilə qatılıb. Müəllifin yazdığı "Küçüklərin macəraları”, “Meymunun həkimliyi” və rus dilindən tərcümə etdiyi “Pulçinellanın qaçışı” (müəllif: Canni Rodari) kitabları kiçik oxucuların böyük marağına səbəb olub. Sərgidə həmçinin Aygün Bünyadzadənin “Bir damla su” və “Karuseldəki at” nağıllarının yer aldığı Rusiyada dərc olunan “MDB dövlətlərinin bu günkü ədəbiyyatı” seriyasının “uşaq ədəbiyyatı” kitabı da nümayiş olunub.
Məlumat üçün bildirək ki, Aygün Bünyadzadə uşaq ədibi kimi fəaliyyətinə 2000-ci ildən başlayıb. O, çoxsaylı nağıl, nağıl-povest və nağıl-pyeslərin müəllifidir. Aygün Bünyadzadə, həmçinin dünya xalqlarının nağıl və əfsanələrini alman, türk və rus dillərindən ana dilimizə dilimizə tərcümə edib.
Məlumat üçün onu da bildirək ki, Aygün Bünyadzadə “Uşaqlar qarşısında xidmətlər üçün” BMT-nin və Polşanın beynəlxalq “Təbəssüm Ordeni” kavaleri, AYB-nın “ən yaxşı uşaq əsərlərinə görə” Tofiq Mahmud adına mükafatın laureatıdır. Uşaq yazarı Aygün Bünyadzadənin təltif edildiyi BMT-nin və Polşanın “Beynəlxalq Təbəssüm Ordeni” ilə dünya uşaq ədəbiyyatının nəhəngləri – Astrid Lindqren, Tuve Yansson, Coan Roulinq, Sergey Mixalkov, Aqniya Barto və digərləri də təltif ediliblər.
A. Bünyadzadə ilə yanaşı bu mükafata Roma Papası Fransisk, İsveç kraliçası Silviya, tanınmış rejissor Stiven Spilberq, sonuncu İran şahının həyat yoldaşı Fərəh Pəhləvi və digər məşhur şəxslər də layiq layiq görülüb. Maraqlıdır ki, A.Bünyadzadə Şərqdə Fərəh Pəhləvidən sonra bu mükafatı alan ikinci qadındır.
Onu da əlavə edək ki, bu orden 1968-ci ildə Polşada təsis olub. “Təbəssüm” ordeni 1979-da BMT tərəfindən qəbul olunub. Bu mükafatın fərqi odur ki, uşaqların arzusu ilə ən yaxın dostu olan böyüklərə verilir.