DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

SEPAH generalı: “İsraillə HƏMAS arasındakı müharibə daha da genişlənəcək”

© AFP 2023 / MENAHEM KAHANAİsrail Ordusunun hərbi texnikası
İsrail Ordusunun hərbi texnikası - Sputnik Azərbaycan, 1920, 13.11.2023
Abunə olmaq
SEPAH-ın aerokosmik qüvvələrinin komandanı, briqada generalı deyib ki, İsrailin HƏMAS ilə münaqişəsi artıq Qəzza bölgəsindən kənara çıxıb.
BAKI, 13 noyabr — Sputnik. "İsraillə HƏMAS arasındakı müharibə daha da genişlənəcək".
Bunu "Tasnim" agentliyinə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) aerokosmik qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadə deyib.
O söyləyib ki, İsrailin HƏMAS ilə münaqişəsi artıq Qəzza bölgəsindən kənara çıxıb: "Döyüşlər artıq Livan ərazisinə keçib və daha da genişlənəcək".
HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb. İsrail Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyi barədə xəbərdarlıq edib.
Xəbər lenti
0