https://sputnik.az/20231113/putin-ve-erdogan-arasinda-telefon-danisigi-olacagi-istisna-edilmir-460487525.html
Putin və Ərdoğan arasında telefon danışığı olacağı istisna edilmir
Putin və Ərdoğan arasında telefon danışığı olacağı istisna edilmir
Sputnik Azərbaycan
Hazırkı ikitərəfli gündəlik üzrə bir çox sahələrdə ölkələrin fəal əməkdaşlığını nəzərə alsaq, çox güman ki, cənab prezident Rusiya lideri ilə regiondakı... 13.11.2023, Sputnik Azərbaycan
2023-11-13T14:39+0400
2023-11-13T14:39+0400
2023-11-13T14:39+0400
rusiya prezidenti vladimir putin
dünya xəbərləri
rəcəb tayyip ərdoğan
ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
qəzza zolağı
həmas
həmas
israil
https://cdnn1.img.sputnik.az/img/07e6/09/10/446156758_0:178:3008:1870_1920x0_80_0_0_5fe49fcd1461b39ed0a7f1d05174b439.jpg
BAKI, 13 noyabr — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza üzrə dünya liderləri ilə telefon diplomatiyasını bərpa edəcək. Bu baxımdan Rusiya prezidenti Vladimir Putinlə danışıqlar mümkündür. RİA Novosti bu barədə Türkiyə liderinin administrasiyasındakı mənbəyə istinadən xəbər verir. Türkiyə və Rusiya liderləri arasında telefon danışığının baş tutma ehtimalı ilə bağlı sualı cavablandıran mənbə danışıqların istisna edilmədiyini qeyd edib. "Hazırkı ikitərəfli gündəlik üzrə bir çox sahələrdə ölkələrin fəal əməkdaşlığını nəzərə alsaq, çox güman ki, cənab prezident Rusiya lideri ilə regiondakı vəziyyəti müzakirə edəcək", - mənbə vurğulayıb. İsrail oktyabrın 7-də səhər Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. HƏMAS döyüşçüləri kütləvi raket hücumlarından sonra İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olublar. Fələstinin HƏMAS hərəkatının hərbi qanadı İsrailə qarşı "Əl-Əqsa Tufanı" əməliyyatı elan edib. İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başladığını elan edib. Münaqişənin kəskinləşməsi fonunda bir sıra dövlətlər öz vətəndaşlarını İsraildən çıxarmağa başlayıblar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/10/446156758_140:0:2869:2047_1920x0_80_0_0_8a4430acc4199b2cee051332865c53a1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya prezidenti vladimir putin, rəcəb tayyip ərdoğan, ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, qəzza zolağı, həmas, həmas, israil
rusiya prezidenti vladimir putin, rəcəb tayyip ərdoğan, ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, qəzza zolağı, həmas, həmas, israil
Putin və Ərdoğan arasında telefon danışığı olacağı istisna edilmir
Hazırkı ikitərəfli gündəlik üzrə bir çox sahələrdə ölkələrin fəal əməkdaşlığını nəzərə alsaq, çox güman ki, cənab prezident Rusiya lideri ilə regiondakı vəziyyəti müzakirə edəcək.
BAKI, 13 noyabr — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza üzrə dünya liderləri ilə telefon diplomatiyasını bərpa edəcək. Bu baxımdan Rusiya prezidenti Vladimir Putinlə danışıqlar mümkündür. RİA Novosti bu barədə Türkiyə liderinin administrasiyasındakı mənbəyə istinadən xəbər verir.
Türkiyə və Rusiya liderləri arasında telefon danışığının baş tutma ehtimalı ilə bağlı sualı cavablandıran mənbə danışıqların istisna edilmədiyini qeyd edib.
"Hazırkı ikitərəfli gündəlik üzrə bir çox sahələrdə ölkələrin fəal əməkdaşlığını nəzərə alsaq, çox güman ki, cənab prezident Rusiya lideri ilə regiondakı vəziyyəti müzakirə edəcək", - mənbə vurğulayıb.
İsrail oktyabrın 7-də səhər Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. HƏMAS döyüşçüləri kütləvi raket hücumlarından sonra İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olublar.
Fələstinin HƏMAS hərəkatının hərbi qanadı İsrailə qarşı "Əl-Əqsa Tufanı" əməliyyatı elan edib. İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başladığını elan edib.
Münaqişənin kəskinləşməsi fonunda bir sıra dövlətlər öz vətəndaşlarını İsraildən çıxarmağa başlayıblar.