https://sputnik.az/20231113/palata-sedri-budce-teskilatlari-satinalma-ile-bagli-yeni-siyaset-mueyyenlesdirmelidir-460513458.html
Palata sədri: "Büdcə təşkilatları satınalma ilə bağlı yeni siyasət müəyyənləşdirməlidir"
Palata sədri: "Büdcə təşkilatları satınalma ilə bağlı yeni siyasət müəyyənləşdirməlidir"
Sputnik Azərbaycan
Yeni qanunun qüvvəyə minməsi ilə büdcə vəsaitindən istifadə edən qurumlar növbəti ildən satınalma ilə bağlı yeni siyasət müəyyənləşdirməlidir. 13.11.2023, Sputnik Azərbaycan
2023-11-13T22:59+0400
2023-11-13T22:59+0400
2023-11-13T22:59+0400
büdcə
iqtisadiyyat
vüqar gülməmmədov
vüqar gülməmmədov
hesablama palatası
https://cdnn1.img.sputnik.az/img/41093/04/410930448_0:0:2000:1125_1920x0_80_0_0_15765d0f4375dd53c7509ac7fa1f85c8.jpg
BAKI, 13 noyabr — Sputnik. 2024-cü ilin dövlət büdcəsinin satınalma xərcləri yeni "Satınalmalar haqqında" qanunun tələbləri əsasında aparılacaq. Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsində deyib. "Yeni qanunun qüvvəyə minməsi ilə büdcə vəsaitindən istifadə edən qurumlar növbəti ildən satınalma ilə bağlı yeni siyasət müəyyənləşdirməli, planlaşdırma işlərinə vaxtında başlamalı və qanunun tələblərinə ciddi riayət etməlidirlər", - Palatanın sədri deyib. V.Gülməmmədov vurğulayıb ki, dövlət sektorunun təşkilatları üzrə maliyyə hesabatlarının müvafiq çərçivələrə uyğun tərtibi üçün görülən işlər gücləndirilməlidir: "Qurum səviyyəsində konsolidə edilmiş maliyyə hesabatları üzrə ilk dəfə apardığımız auditlər bu sahədə problemlərin olduğunu göstərir. Problemlər həm hüquqi bazadan, həm də peşəkar potensial boşluqların olmasından irəli gəlir. Bu baxımdan, müvafiq hüquqi bazanın təkmilləşdirilməsi, mühasibat uçotunun, eləcə də maliyyə hesabatlılığının unifikasiyasını və cari monitorinqini təmin edəcək rəqəmsallaşma proseslərinin sürətləndirilməsi, həmçinin dövlət qurumlarında daxili audit funksiyasının yaradılması və inkişaf etdirilməsi üzrə tədbirlərin gücləndirilməsini məqsədəuyğun hesab edirik". Onun sözlərinə görə, satınalma fəaliyyəti təşkilatın işini yerinə yetirilməsi üçün lazımi məlumatları əldə etməklə gündəlik olaraq təşkilat mandatlarını dəstəkləyir: "Satınalmanın son məqsədi vəzifələri yerinə yetirərkən təşkilata dəyər əlavə etməkdir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41093/04/410930448_188:0:1965:1333_1920x0_80_0_0_1b89ca1f2b51063782287c529255b875.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
büdcə, vüqar gülməmmədov, vüqar gülməmmədov, hesablama palatası
büdcə, vüqar gülməmmədov, vüqar gülməmmədov, hesablama palatası
Palata sədri: "Büdcə təşkilatları satınalma ilə bağlı yeni siyasət müəyyənləşdirməlidir"
Yeni qanunun qüvvəyə minməsi ilə büdcə vəsaitindən istifadə edən qurumlar növbəti ildən satınalma ilə bağlı yeni siyasət müəyyənləşdirməlidir.
BAKI, 13 noyabr — Sputnik. 2024-cü ilin dövlət büdcəsinin satınalma xərcləri yeni "Satınalmalar haqqında" qanunun tələbləri əsasında aparılacaq.
Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsində deyib.
"Yeni qanunun qüvvəyə minməsi ilə büdcə vəsaitindən istifadə edən qurumlar növbəti ildən satınalma ilə bağlı yeni siyasət müəyyənləşdirməli, planlaşdırma işlərinə vaxtında başlamalı və qanunun tələblərinə ciddi riayət etməlidirlər", - Palatanın sədri deyib.
V.Gülməmmədov vurğulayıb ki, dövlət sektorunun təşkilatları üzrə maliyyə hesabatlarının müvafiq çərçivələrə uyğun tərtibi üçün görülən işlər gücləndirilməlidir: "Qurum səviyyəsində konsolidə edilmiş maliyyə hesabatları üzrə ilk dəfə apardığımız auditlər bu sahədə problemlərin olduğunu göstərir. Problemlər həm hüquqi bazadan, həm də peşəkar potensial boşluqların olmasından irəli gəlir.
Bu baxımdan, müvafiq hüquqi bazanın təkmilləşdirilməsi, mühasibat uçotunun, eləcə də maliyyə hesabatlılığının unifikasiyasını və cari monitorinqini təmin edəcək rəqəmsallaşma proseslərinin sürətləndirilməsi, həmçinin dövlət qurumlarında daxili audit funksiyasının yaradılması və inkişaf etdirilməsi üzrə tədbirlərin gücləndirilməsini məqsədəuyğun hesab edirik".
Onun sözlərinə görə, satınalma fəaliyyəti təşkilatın işini yerinə yetirilməsi üçün lazımi məlumatları əldə etməklə gündəlik olaraq təşkilat mandatlarını dəstəkləyir: "Satınalmanın son məqsədi vəzifələri yerinə yetirərkən təşkilata dəyər əlavə etməkdir".