https://sputnik.az/20231113/neqliyyat-vasitelerinin-ekoloji-siniflerine-dair-dovlet-standarti-qebul-edildi-460486004.html
Nəqliyyat vasitələrinin ekoloji siniflərinə dair dövlət standartı qəbul edildi
Nəqliyyat vasitələrinin ekoloji siniflərinə dair dövlət standartı qəbul edildi
Sputnik Azərbaycan
Standart layihəsi "Yol nəqliyyatı" standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 19) rəy və təkliflər nəzərə alınmaqla müzakirə edilib və konsensus... 13.11.2023, Sputnik Azərbaycan
2023-11-13T15:00+0400
2023-11-13T15:00+0400
2023-11-13T15:00+0400
nəqliyyat vasitələri
iqtisadiyyat
standart
iqtisadiyyat nazirliyi
dövlət proqramı
standartlaşdırma, metrologiya və patent üzrə dövlət komitəsi
https://cdnn1.img.sputnik.az/img/41677/32/416773262_0:107:1200:782_1920x0_80_0_0_3456f4b31189b19a4b7e849cde19188a.jpg
BAKI, 13 noyabr — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS 636:2023 "Yol nəqliyyat vasitələri. Ekoloji siniflər" dövlət standartı qəbul edilib. Standartlaşdırma İnstitutundan verilən məlumata görə, bu standart ölkə ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələbləri formalaşdırmaq, onların ətraf-mühitə, insan həyatına və sağlamlığına vurduğu ziyanı azaltmaq, həmçinin ekoloji təmiz nəqliyyat vasitələrindən və digər yaşıl texnologiyalardan istifadəni genişləndirmək, təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsini stimullaşdırmaq və zəruri infrastrukturu yaratmaq məqsədilə AZS 636-2012 "Yol nəqliyyatı. Ekoloji siniflər" dövlət standartının əvəzinə işlənib hazırlanıb. Standart layihəsi "Yol nəqliyyatı" standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 19) rəy və təkliflər nəzərə alınmaqla müzakirə edilib və konsensus əsasında qəbul edilib. Qeyd: AZS 636:2023 "Yol nəqliyyat vasitələri. Ekoloji siniflər" dövlət standartı Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərancamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın və Dövlət Proqramına dair Fəaliyyət Planının icrası məqsədilə yenidən işlənilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41677/32/416773262_0:0:1152:864_1920x0_80_0_0_56b53e6ce36118b0fb2e1193a86cfeb8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nəqliyyat vasitələri, standart, iqtisadiyyat nazirliyi, dövlət proqramı, standartlaşdırma, metrologiya və patent üzrə dövlət komitəsi
nəqliyyat vasitələri, standart, iqtisadiyyat nazirliyi, dövlət proqramı, standartlaşdırma, metrologiya və patent üzrə dövlət komitəsi
Nəqliyyat vasitələrinin ekoloji siniflərinə dair dövlət standartı qəbul edildi
Standart layihəsi "Yol nəqliyyatı" standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 19) rəy və təkliflər nəzərə alınmaqla müzakirə edilib və konsensus əsasında qəbul edilib.
BAKI, 13 noyabr — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS 636:2023 "Yol nəqliyyat vasitələri. Ekoloji siniflər" dövlət standartı qəbul edilib.
Standartlaşdırma İnstitutundan verilən məlumata görə, bu standart ölkə ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələbləri formalaşdırmaq, onların ətraf-mühitə, insan həyatına və sağlamlığına vurduğu ziyanı azaltmaq, həmçinin ekoloji təmiz nəqliyyat vasitələrindən və digər yaşıl texnologiyalardan istifadəni genişləndirmək, təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsini stimullaşdırmaq və zəruri infrastrukturu yaratmaq məqsədilə AZS 636-2012 "Yol nəqliyyatı. Ekoloji siniflər" dövlət standartının əvəzinə işlənib hazırlanıb.
Standart layihəsi "Yol nəqliyyatı" standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 19) rəy və təkliflər nəzərə alınmaqla müzakirə edilib və konsensus əsasında qəbul edilib.
Qeyd: AZS 636:2023 "Yol nəqliyyat vasitələri. Ekoloji siniflər" dövlət standartı Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərancamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın və Dövlət Proqramına dair Fəaliyyət Planının icrası məqsədilə yenidən işlənilib.