https://sputnik.az/20231113/gelen-ilki-budcenin-502-faizi-qeyri-neft-sektorunun-hesabina-formalasacaq--komite-sedri-460489290.html
Gələn ilki büdcənin 50,2 faizi qeyri-neft sektorunun hesabına formalaşacaq – Komitə sədri
Gələn ilki büdcənin 50,2 faizi qeyri-neft sektorunun hesabına formalaşacaq – Komitə sədri
Sputnik Azərbaycan
Komitə sədri bildirib ki, neft-qaz sektoru üzrə dövlət büdcəsi gəlirlərinin azalmasının əsas səbəbləri növbəti ilə təbii qazın satış qiymətlərinin kəskin... 13.11.2023, Sputnik Azərbaycan
2023-11-13T12:31+0400
2023-11-13T12:31+0400
2023-11-13T12:52+0400
büdcə
iqtisadiyyat
əli əsədov
mikayıl cabbarov
mikayıl cabbarov
sahil babayev
sahil babayev
müzakirə
dövlət büdcəsi
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268563_0:102:2000:1227_1920x0_80_0_0_5b2394a43c94e1d49e5dc8994fc4a2f9.jpg
BAKI, 13 noyabr - Sputnik. "2024-cü il üçün dövlət büdcəsinin gəlirləri 2023-cü illə müqayisədə 282,5 milyon manat çox - 34 milyard 173 milyon manat nəzərdə tutulub. Bunun 50,2%-ni qeyri-neft sektorunun, 49,8%-i isə neft-qaz sektorunun hesabına formalaşacaq. Qeyri-neft-qaz sektorunda büdcə daxilolamalarının 1 milyard manatdan çox artması, neft-qaz sektorundan büdcə daxilolmalarının isə 775,7 milyon manat azalması proqnozlaşdırılır". Bunu Milli Məclisin plenar iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib. "Neft-qaz sektoru üzrə dövlət büdcəsi gəlirlərinin azalmasının əsas səbəbləri növbəti ilə təbii qazın satış qiymətlərinin kəskin düşməsi, neft hasilatında gözlənilən azalma ilə izah edilir. Bu riskləri nəzərə alaraq ölkəmizdə alternativ enerji layihələrinin uğurla icra edilməsi istiqamətində mühüm işlər görülür və əminliklə demək olar ki, Azərbaycan regionun əsas yaşıl enerji ixracatçısına çevriləcəkdədir", - deyə o qeyd edib. O əlavə edib ki, Azərbaycanda təkcə büdcə vəsaitlərindən deyil, bütövlükdə dövlət vəsaitlərindən istifadəyə nəzarətin gücləndirilməsi vacibdir. Xatırladaq ki, Milli Məclisin plenar iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi başlayıb. Deputatlar üç gün dalbadal - noyabrın 13-ü, 14-ü və 15-də büdcə zərfini müzakirə edəcəklər. İclasda Baş nazir Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər hökimət üzvləri iştirak edirlər. İclasın gündəliyinə ümumilikdə 14 məsələ daxil edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268563_114:0:1887:1330_1920x0_80_0_0_9ac6f450a381a7b7e32c2a4fe5eb6845.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
büdcə, əli əsədov, mikayıl cabbarov, mikayıl cabbarov, sahil babayev, sahil babayev, müzakirə, dövlət büdcəsi
büdcə, əli əsədov, mikayıl cabbarov, mikayıl cabbarov, sahil babayev, sahil babayev, müzakirə, dövlət büdcəsi
Gələn ilki büdcənin 50,2 faizi qeyri-neft sektorunun hesabına formalaşacaq – Komitə sədri
12:31 13.11.2023 (Yenilənib: 12:52 13.11.2023) Komitə sədri bildirib ki, neft-qaz sektoru üzrə dövlət büdcəsi gəlirlərinin azalmasının əsas səbəbləri növbəti ilə təbii qazın satış qiymətlərinin kəskin düşməsi, neft hasilatında gözlənilən azalma ilə izah edilir.
BAKI, 13 noyabr - Sputnik. "2024-cü il üçün dövlət büdcəsinin gəlirləri 2023-cü illə müqayisədə 282,5 milyon manat çox - 34 milyard 173 milyon manat nəzərdə tutulub. Bunun 50,2%-ni qeyri-neft sektorunun, 49,8%-i isə neft-qaz sektorunun hesabına formalaşacaq. Qeyri-neft-qaz sektorunda büdcə daxilolamalarının 1 milyard manatdan çox artması, neft-qaz sektorundan büdcə daxilolmalarının isə 775,7 milyon manat azalması proqnozlaşdırılır".
Bunu Milli Məclisin plenar iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
"Neft-qaz sektoru üzrə dövlət büdcəsi gəlirlərinin azalmasının əsas səbəbləri növbəti ilə təbii qazın satış qiymətlərinin kəskin düşməsi, neft hasilatında gözlənilən azalma ilə izah edilir. Bu riskləri nəzərə alaraq ölkəmizdə alternativ enerji layihələrinin uğurla icra edilməsi istiqamətində mühüm işlər görülür və əminliklə demək olar ki, Azərbaycan regionun əsas yaşıl enerji ixracatçısına çevriləcəkdədir", - deyə o qeyd edib.
O əlavə edib ki, Azərbaycanda təkcə büdcə vəsaitlərindən deyil, bütövlükdə dövlət vəsaitlərindən istifadəyə nəzarətin gücləndirilməsi vacibdir.
Xatırladaq ki, Milli Məclisin plenar iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi başlayıb.
Deputatlar üç gün dalbadal - noyabrın 13-ü, 14-ü və 15-də büdcə zərfini müzakirə edəcəklər.
İclasda Baş nazir Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər hökimət üzvləri iştirak edirlər.
İclasın gündəliyinə ümumilikdə 14 məsələ daxil edilib.