https://sputnik.az/20231113/gelen-ilki-budcede-mudafie-qabiliyyetinin-guclendirilmesi-prioritetdir---nazir-460496258.html
Gələn ilki büdcədə müdafiə qabiliyyətinin gücləndirilməsi prioritetdir - Nazir
Gələn ilki büdcədə müdafiə qabiliyyətinin gücləndirilməsi prioritetdir - Nazir
Sputnik Azərbaycan
Nazir həmçinin səfərbərlik və digər ehtiyatların formalaşdırılması üçün dövlət büdcəsindən vəsait ayrılacağını da diqqətə çatdırıb. 13.11.2023, Sputnik Azərbaycan
2023-11-13T17:27+0400
2023-11-13T17:27+0400
2023-11-13T17:27+0400
büdcə
iqtisadiyyat
hərbi
samir şərifov
maliyyə naziri samir şərifov
samir şərifov
müdafiə
xərclər
hərbi xərclər
büdcə müzakirələri
https://cdnn1.img.sputnik.az/img/41192/22/411922285_0:0:2001:1125_1920x0_80_0_0_10ffd5d8b16d4dd23da99d34fb7ee9c2.jpg
BAKI, 13 noyabr - Sputnik. "Sərhədlərin toxunulmazlığının təmin edilməsi baxımından ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi əsas prioritet kimi saxlanılıb". Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, Prezident İlham Əliyevin Xankəndidə keçirilən paradda dediyi kimi, bütün vəzifələri həyata keçirmişik, ancaq ordu quruculuğu yenə də əsas prioritet olaraq qalacaq: “2024-cü ilin dövlət büdcəsində müdafiə qabiliyyətinin gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması üzrə tədbirlərin maliyyələşdirilməsi prioritet olaraq qəbul edilib. Növbəti ildə azad edilmiş ərazilərdə quruculuq işlərinə dövlət büdcəsi xərclərinin 10,9 faizinə bərabər vəsait ayrılacaq”. Nazir həmçinin səfərbərlik və digər ehtiyatların formalaşdırılması üçün dövlət büdcəsindən vəsait ayrılacağını da diqqətə çatdırıb. Qeyd edək ki, növbəti ilin dövlət büdcəsinin xərclərinin prioritet istiqamətlərindən olan müdafiə və milli təhlükəsizlik xərclərinə dövlət büdcəsinin xərclərinin 17,5%-i həcmində və ya 6,4 milyard manat vəsait ayrılması nəzərdə tutulub. Xatırladaq ki, Milli Məclisin plenar iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi başlayıb. Deputatlar üç gün dalbadal - noyabrın 13-ü, 14-ü və 15-də büdcə zərfini müzakirə edəcəklər. İclasda Baş nazir Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər hökimət üzvləri iştirak edirlər. İclasın gündəliyinə ümumilikdə 14 məsələ daxil edilib. Qanun layihəsinə görə, 2024-cü il dövlət büdcəsinin gəlirlərinin 34,1 milyard manat, xərclərinin isə 36,7 milyard manat təşkil edəcəyi gözlənilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41192/22/411922285_105:0:1812:1280_1920x0_80_0_0_e86c6e22b39a1d940c7bcfd54db938bd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
büdcə, hərbi, samir şərifov, maliyyə naziri samir şərifov, samir şərifov, müdafiə, xərclər, hərbi xərclər, büdcə müzakirələri, milli məclis, milli məclis
büdcə, hərbi, samir şərifov, maliyyə naziri samir şərifov, samir şərifov, müdafiə, xərclər, hərbi xərclər, büdcə müzakirələri, milli məclis, milli məclis
Gələn ilki büdcədə müdafiə qabiliyyətinin gücləndirilməsi prioritetdir - Nazir
Nazir həmçinin səfərbərlik və digər ehtiyatların formalaşdırılması üçün dövlət büdcəsindən vəsait ayrılacağını da diqqətə çatdırıb.
BAKI, 13 noyabr - Sputnik. "Sərhədlərin toxunulmazlığının təmin edilməsi baxımından ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi əsas prioritet kimi saxlanılıb".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, Prezident İlham Əliyevin Xankəndidə keçirilən paradda dediyi kimi, bütün vəzifələri həyata keçirmişik, ancaq ordu quruculuğu yenə də əsas prioritet olaraq qalacaq: “2024-cü ilin dövlət büdcəsində müdafiə qabiliyyətinin gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması üzrə tədbirlərin maliyyələşdirilməsi prioritet olaraq qəbul edilib. Növbəti ildə azad edilmiş ərazilərdə quruculuq işlərinə dövlət büdcəsi xərclərinin 10,9 faizinə bərabər vəsait ayrılacaq”.
Nazir həmçinin səfərbərlik və digər ehtiyatların formalaşdırılması üçün dövlət büdcəsindən vəsait ayrılacağını da diqqətə çatdırıb.
Qeyd edək ki, növbəti ilin dövlət büdcəsinin xərclərinin prioritet istiqamətlərindən olan müdafiə və milli təhlükəsizlik xərclərinə dövlət büdcəsinin xərclərinin 17,5%-i həcmində və ya 6,4 milyard manat vəsait ayrılması nəzərdə tutulub.
Xatırladaq ki, Milli Məclisin plenar iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi başlayıb. Deputatlar üç gün dalbadal - noyabrın 13-ü, 14-ü və 15-də büdcə zərfini müzakirə edəcəklər.
İclasda Baş nazir Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər hökimət üzvləri iştirak edirlər. İclasın gündəliyinə ümumilikdə 14 məsələ daxil edilib.
Qanun layihəsinə görə, 2024-cü il dövlət büdcəsinin gəlirlərinin 34,1 milyard manat, xərclərinin isə 36,7 milyard manat təşkil edəcəyi gözlənilir.