https://sputnik.az/20231113/dyp-suruculere-xeberdarliq-edib-460508007.html
DYP sürücülərə xəbərdarlıq edib
DYP sürücülərə xəbərdarlıq edib
Sputnik Azərbaycan
Bildirilib ki, qeydə alınan ağır yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, sürücülərin qəza və ya məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına... 13.11.2023, Sputnik Azərbaycan
2023-11-13T19:55+0400
2023-11-13T19:55+0400
2023-11-13T19:55+0400
dyp
cəmiyyət
dövlət yol polisi idarəsi
sürücülər
xəbərdarlıq
qəza
qəza
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0f/427928929_0:0:3072:1728_1920x0_80_0_0_fb30fdddb767c1d9fc3597c931678eb3.jpg
BAKI, 13 noyabr — Sputnik. "Bəzi sürücülər hava və yol şəraitini, nəqliyyatın hərəkət şiddətini, məhdudiyyətli görünməni, sutkanın işıqlı, yaxud qaranlıq olmasını nəzərə almadan avtomobillərini bu və ya digər səbəbdən yolun hərəkət hissəsində saxlamaqla özləri ilə yanaşı, digər hərəkət iştirakçılarını da təhlükəyə atdıqlarının fərqinə varmırlar". Bu barədə Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatda qeyd olunub. Bildirilib ki, qeydə alınan ağır yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, sürücülərin qəza və ya məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına riayət etməməsi bir sıra hallarda daha ağır faciələrə səbəb olur: "Yol-nəqliyyat hadisəsində, eləcə də nəqliyyat vasitəsi sıradan çıxdıqda və ya dayanmanın qadağan edildiyi yerdə məcburi dayandıqda, habelə sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahəsində, yaxud məhdudiyyətli görünmə şəraitində dayanarkən və durarkən sürücülərin yerinə yetirməli olduqları vəzifələr qanunvericilikdə göstərilib.Bəzi sürücülər hava və yol şəraitini, nəqliyyatın hərəkət şiddətini, məhdudiyyətli görünməni, sutkanın işıqlı, yaxud qaranlıq olmasını nəzərə almadan avtomobillərini bu və ya digər səbəbdən yolun hərəkət hissəsində saxlamaqla, özləri ilə yanaşı digər hərəkət iştirakçılarını da təhlükəyə atdıqlarının fərqinə varmırlar". Sürücü baş vermiş qəzanın daha bir xoşagəlməz hadisəyə səbəb olmaması üçün təhlükəsizlik tədbirləri görməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, yaxud yanıb-sönən qırmızı işıq fənərini qoymalı, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda isə hadisəni sənədləşdirməyə imkan verən qeydlər aparmaqla yolun hərəkət hissəsini boşaltmalıdır: "Eləcə də, nəqliyyat vasitəsi sıradan çıxdıqda, sürücü onu yolun hərəkət hissəsindən tamamilə kənara, bu mümkün olmadıqda isə səkinin yanına, yaxud yol çiyninə çəkərək hərəkət hissəsinin kənarına paralel yerləşdirməli, qəza işıq siqnalını yandırmalı, qəza dayanma nişanını quraşdırmalı, yalnız bundan sonra texniki yardım istəməlidir. DİN-in Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan səbəblərdən dəfələrlə ağır faciələrin yaşandığını diqqətə çatdırır və bir daha sürücülərə müraciət edərək onlardan qanunla tələb olunan qaydalara əməl etməyi, özlərinin və başqalarının həyat və sağlamlığına etinasız yanaşmamağı xahiş edir". – məlumatda bildirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0f/427928929_341:0:3072:2048_1920x0_80_0_0_9d1e7ba34f7437fa6a8af1a98dc41dd5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dyp, dövlət yol polisi idarəsi, sürücülər, xəbərdarlıq, qəza, qəza
dyp, dövlət yol polisi idarəsi, sürücülər, xəbərdarlıq, qəza, qəza
DYP sürücülərə xəbərdarlıq edib
Bildirilib ki, qeydə alınan ağır yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, sürücülərin qəza və ya məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına riayət etməməsi bir sıra hallarda daha ağır faciələrə səbəb olur.
BAKI, 13 noyabr — Sputnik. "Bəzi sürücülər hava və yol şəraitini, nəqliyyatın hərəkət şiddətini, məhdudiyyətli görünməni, sutkanın işıqlı, yaxud qaranlıq olmasını nəzərə almadan avtomobillərini bu və ya digər səbəbdən yolun hərəkət hissəsində saxlamaqla özləri ilə yanaşı, digər hərəkət iştirakçılarını da təhlükəyə atdıqlarının fərqinə varmırlar".
Bu barədə Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, qeydə alınan ağır yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, sürücülərin qəza və ya məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına riayət etməməsi bir sıra hallarda daha ağır faciələrə səbəb olur:
"Yol-nəqliyyat hadisəsində, eləcə də nəqliyyat vasitəsi sıradan çıxdıqda və ya dayanmanın qadağan edildiyi yerdə məcburi dayandıqda, habelə sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahəsində, yaxud məhdudiyyətli görünmə şəraitində dayanarkən və durarkən sürücülərin yerinə yetirməli olduqları vəzifələr qanunvericilikdə göstərilib.Bəzi sürücülər hava və yol şəraitini, nəqliyyatın hərəkət şiddətini, məhdudiyyətli görünməni, sutkanın işıqlı, yaxud qaranlıq olmasını nəzərə almadan avtomobillərini bu və ya digər səbəbdən yolun hərəkət hissəsində saxlamaqla, özləri ilə yanaşı digər hərəkət iştirakçılarını da təhlükəyə atdıqlarının fərqinə varmırlar".
Sürücü baş vermiş qəzanın daha bir xoşagəlməz hadisəyə səbəb olmaması üçün təhlükəsizlik tədbirləri görməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, yaxud yanıb-sönən qırmızı işıq fənərini qoymalı, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda isə hadisəni sənədləşdirməyə imkan verən qeydlər aparmaqla yolun hərəkət hissəsini boşaltmalıdır:
"Eləcə də, nəqliyyat vasitəsi sıradan çıxdıqda, sürücü onu yolun hərəkət hissəsindən tamamilə kənara, bu mümkün olmadıqda isə səkinin yanına, yaxud yol çiyninə çəkərək hərəkət hissəsinin kənarına paralel yerləşdirməli, qəza işıq siqnalını yandırmalı, qəza dayanma nişanını quraşdırmalı, yalnız bundan sonra texniki yardım istəməlidir. DİN-in Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan səbəblərdən dəfələrlə ağır faciələrin yaşandığını diqqətə çatdırır və bir daha sürücülərə müraciət edərək onlardan qanunla tələb olunan qaydalara əməl etməyi, özlərinin və başqalarının həyat və sağlamlığına etinasız yanaşmamağı xahiş edir". – məlumatda bildirilib.